Redaktor seçimi
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Günün xəbəri

Məşhur aktyor Amazon meşələrinin qorunmasına -beş milyon dollar ayırdı

Məşhur aktyor, “Oskar” mükafatı laureatı Leonardo Di Kaprio Amazoniyanın biomüxtəlifliyinin qorunması üzrə fövqəladə fondun yaradılmasının anonsunu verib.

Yenixeber.org:    Artistin fonda ilk payı beş milyon dollar miqdarında vəsait olub.

Di Kaprio iyulda iqlim dəyişiklikləri ilə mübarizə aparmaq üçün “Alyans Yer” qeyri-kommersiya təşkilatı yaradıb. Ona bu işdə Loren Pauell-Cobs və milyarder Brayan Şet kömək edib.

Təşkilat indi isə “Amazon Forest” fövqəladə fondunun təsis edildiyini elan edib. Beş milyon dollar həcmində ilk ödəniş Amazoniyanın zərər çəkmiş yerli xalqlarının zəruri resurlarla təmin edilməsinə, eləcə də ən iri tropik meşə massivinin biomüxtəlifliyinin qorunması ilə məşğul olan fondun tərəfdaşlarına dəstək verilməsinə ayrılacaq.

Qeyd edək ki, Amazon meşələri alova bürünüb. Avqustun 15-dən bəri 9,5 mindən çox meşə yanğını baş verib. Yanğın 1,3 min kvadrat kilometr meşəni məhv edib, tüstü üç milyon kvadrat kilometr əraziyə yayılaraq San-Paulu sakinlərinin Günəşi görməsinə mane olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam