Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Maykl Ceksonun malikanəsi 31 milyon dollara satılır

Maykl Cekson rançonu 1987-ci ildə 19,5 milyon dollara alıb.

Yenixeber.org: Amerikalı müğənni Maykl Ceksonun “Neverland” rançosu 31 milyon dollara satışa çıxarılıb.

“The Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, 2015-ci ildə rançoya 100 milyon dollar, 2017-ci ildə isə 67 milyon dollar qiymət qoyulmuşdu. İndi isə malikanə ilkin qiymətindən demək olar ki, üç dəfə ucuz satılır.

Malikanə Santa-Barbara şəhərindən (Kaliforniya ştatı) 64 kilometr məsafədə yerləşir. Üç qonaq evi, kinoteatr, tennis kortu, hovuz və bir neçə yardımçı bina da daxil olmaqla, rançonun tikililərinin sahəsi 1,2 min kvadratmetrdən çoxdur.

Maykl Cekson rançonu 1987-ci ildə 19,5 milyon dollara almışdı və 15 ildən artıq burada yaşamışdı.

Məşhur amerikalı müğənni, bəstəkar, prodüser və rəqqas Maykl Cekson 13 “Grammy” mükafatı laureatı, həmçinin bir neçə fəxri mükafatın sahibidir. Bütün dünyada onun səs yazılarının 1 milyarddan çox nüsxəsi satılıb.

“Forbes” jurnalının məlumatına əsasən, Maykl Cekson mədəni irsi ölümündən sonra da gəlir gətirən tanınmış insanların reytinqinə başçılıq edir. Müğənni 2009-cu ildə 50 yaşında vəfat edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam