Yay aylarında qeydə alınan istilik - rekordları dünyada kütləvi yanğınlara səbəb olub
2019-cu il bir sıra ölkələrdə davamlı temperatur rekordları ilə əlamətdar oluib.
Yenixeber.org: Bu ilin iyul ayı isə 140 illik meteoroloji müşahidələr tarixinə ən isti iyul kimi düşüb. Temperatur 20-ci əsrin orta göstəricisindən təxminən 1 dərəcə yüks'k olub - təqribən 16,7° C. Mütəxəssislər həmçinin Antarktika və Arktika buzlarının həcminin ən aşağı səviyyəyə endiyini söyləyirlər.
Bir sıra Avropa ölkələrində - Almaniya, Fransa, Belçika, Hollandiya, Polşada milli temperatur rekordları qeydə alınıb. İstilik Avstraliyaya da çatıb. Asiya regionunda ən yüksək temperatur Vyetnam və Honkonqda qeydə alınıb. İstilik hətta qütb dairəsinə də çatıb.
Rekord yüksək temperaturlar səbəbindən dünyanın bir sıra bölgələrində meşə yanğınları da tüğyan edir.
Məsələn, Rusiyada bu ilin iyul ayında Krasnodar diyarı, İrkutsk vilayəti, Zabaykalye və Yakutiya ərazilərində güclü meşə yanğınları baş verib. Ayın sonuna qədər onların ümumi ərazisi Yakutiyada 1,13 milyon hektar, digər bölgələrdə isə 1,56 milyon hektar olub. Beş regionda fövqəladə vəziyyət rejiminin tətbiq edilməsinə dair qərar qəbul olunub.
Meşə yanğınları 2019-cu ildə Sibirdə əhatə etdiyi sahəyə görə son bir neçə ildə Rusiyada baş verən ən böyük meşə yanğınları olub. Sibirin güclü yanğınlar tüğyan edən hissəsində iyun ayında havanın ora tempraturu 1981-2010-cu illərdəki uzunmüddətli orta göstəricidən, demək olar, 10 dərəcə yüksək olub.
"Greenpeace" təşkilatının açıqlamasına görə, ilin əvvəlindən bəri Sibirdə 14,9 milyon hektar meşə ərazisi yanıb, atmosferə 225 milyon ton karbon qazı buraxılıb.
Braziliyada artıq 16 gündür Amazoniya meşələri yanır. Ölkənin Milli Kosmik Tədqiqatlar İnstitutu ilin əvvəlindən Amazon meşələrində rekord sayda - 75 min yanğın ocağının qeydə alındığını bildirib. Yanğınlar o qədər güclüdür ki, Rondoniya ştatında və qonşu Boliviya ərazisində olan yanğının tüstüsü iki min kilometr şərqdə yerləşən San Paulu meqapolisinə qədər çatıb və şəhər alatoranlığa çevrilib.
Avqustun 2-də Amazonas ştatında yanğınların getdikcə dah da artması səbəbilə fövqəladə vəziyyət elan edilib.
Qeyd olunur ki, bu il bölgədəki meşə yanğınlarının sahəsi ötən il yanan ərazidən 84 faiz çoxdur.
Amazoniya meşələrinin yerləşdiyi ərazisində yerləşdiyi digər ölkədə - Boliviyada artıq 744 hektar meşə sahəsini məhv edən yanğın zonalarının üzərindən uçuşlar qadağan edilib.
Kanar adalarında güclü yanğınlarla əlaqədar olaraq təbii yanğınların ən yüksək həddi elan edilib.
Avqustun 22-də səlahiyyətlilər Qran Kanariya adasında 12 min hektar ərazini əhatə edən yanğınla bağlı vəziyyətin sabitləşdiyini elan etsə də, alovun nəzarət altına alınmadığını qeyd edib. Səlahiyyətlilər Kanar adalarından təxminən 10 min adamı təxliyyə edib.
Yanğınlar Ermənistandan da yan keçməyib. Belə ki, artıq dördüncü gündür Qarnıyarıq dağı ətrafındakı ərazi yanır. Həmin yanğın 1,8 min hektar sahəni əhatə edir. Yanğınlar Kotayk, Araqatsotn, Syunik vilayətlərinin əhatə edir. Ermənistan Fövqəladə Hallar Nazirliyi əhaliyə yeni yanğınların baş verməsi təhlükəsinin qalması barədə xəbərdarlıq edib.
Bununla yanaşı, Ermənistanın cənubunda - İranla sərhəddə bir neçə gündür söndürülməsi mümkün olmayan yanğın baş verib. Orada ardıc bağları yanır.
Türkiyənin qərbində, İzmir və Bodrum kimi turistik bölgələrdə meşə yanğınları altıncı gündür davam edir. Yanğın bölgələrindən yerli əhali təxliyyə edilib. İzmirdə yanğın 500 ha ərazini əhatə edib.
Bununla yanaşı, Marmara adasında güclü yanğın baş verib, nəticədə 250 hektara yaxın meşə sahəsi yanıb. Yanğının söndürülməsinə 500 yanğınsöndürən və 15 helikopter cəlb olunub.
Bundan əlavə, ölkənin qərbindəlki Kütahya vilayətində yanğın 80 hektar meşə sahəsini cənginə alıb. Yerli rəsmilər istilik və quraqlığın şiddətli yanğına səbəb olduğunu iddia edir