Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

ÇİNDƏ UYĞURLARA QARŞI ZÜLMÜN PƏRDƏARXASI –Çox təəssüf ki, əksər müsəlman dövlətləri də bu zülmə dəstək verir…

 Bir müddət əvvəl Çin 2010-cu ildə həbsdə olan dissident Liu Siabonu “Nobel” sülh mükafatı ilə təltif etdiyinə görə Norveçə qarşı sansksiyalar tətbiq etdi. Üstəlik, ateist-kommunist rejiminin təbliğatçıları Norveçin qərarını “Çinə qarşı küfr” kimi təqdim etdi. Hansı ki, bir vaxtlar “küfr” sözü müqəddəs kitabları və tanrını lənətləyənlərə qarşı işlədilirdi. İndi isə dünyanın ən böyük və ən zülmkar diktatorluğunun tənqid ifadəsi olub…

Yenixeber.org: 1989-cu ildə İran da “Şeytan Ayələri” kitabına görə müəllif Salman Rüşdi haqqlnda edam qərarı vermişdi. Həmin ərəfədə teokratik diktator Ayətullah Xomeyni isə müsəlman dünyasının sözçülüyünə iddia edərək, onu hədəfə alıb, özünə xal toplayırdı.

Danimarkalı jurnalist Məhəmməd peyğəmbərin karikaturalarını nəşr edən zaman qopan həngamədə Hüsni Mübarək və Bəşər Əsəd yaranan qəzəb dalğasının öndə gedənlərindən oldular.

…İndi isə Çini uyğurlara qarşı törətdiyi qətliamlara görə tənqid etmək yeni və tam haqlı tendensiya olsa da, adı müsəlman olan və ümmətin önündə getməyə iddialı olan bəzi ölkələr bu rəzalətin qarşısında susurlar. Buna misaı olaraq İranı göstərə bilərik. Ümumiyyətlə, İranın müsəlman ölkə kimi dini təəssübkeşliyinin səmimi nümayişinə rast gəlmək mümkün deyil. Təsadüf deyil ki, Suriyada Əsədin Putin ilə birgə müsəlman türkmən əhalinin “qanını içməsini” və onların genosidə uğradılmasını həzzlə seyr etdi. Ermənilərin Rusiya ilə birgə torpaqlarımızı işğal etməsi zamanı olduğu kimi. Eləcə də Cəbrayıl rayonunda ermənilərlə işbirliyi də diqqətdən qaçmamalıdır.

Fars rejiminin İsraili asıb-kəsməsinə gəldikdə isə, işinə gələndə Türkiyəyə qarşı olan ölkələrlə işbirliyi etdiyi kimi, burada da ikili oynayır. Dərdi islam ümmətinin liderliyini qapmaq olan və Türkiyənin bu statusu əldə etməsinə qısqanclıqla yanaşan bu ölkə hər zaman ikili, hətta çoxtərəfli oynayıb.

İran vaxtaşırı ABŞ-ın ünvanına da tənqidlər səsləndirir, lakin Trampa qarşı Çinin dəstəyinə ehtiyacı olduğundan şikayətlərini kodlaşdırır.

Cində müsəlmanlara qarşı soyqırıma təkcə İranmı göz yumur? Təəssüf ki, Misir, Suriya və onlarla digər ölkələr müsəlman uyğurların əsir düşərgələrdə başlarına gətirilən işgəncələrə, qadınların kütləvi qısırlaşdırılımasına, valideyinləri işgəncə üçün əsir düşərgəsinə aparılandan sonra xüsusi internat tipli məktəblərə qapadılan və çinliləşdirilmək üçün assimilyasiyaya məruz qalan uşaqlara görə səslərini çıxarmırlar.

İslam ümmətinə liderlik iddiasını edən Səudiyyə Ərəbistanı barədə də müstəqil xarici siyasət sferasında İrandan fərqli danışa bilmərik. Əksinə, bəlkə də xarici siyasətin yürüdülməsində İran daha müstəqildir. Sadəcə müsəlmanlıq faktoru işinə yarayanda xatırlanır. Bir vaxtlar Osmanlı dövlətinin tərkibində olan ərazilərdə İngiltərənin patronajlığı ilə yaradılan Səudiyyə Ərəbistanı 20-ci əsrdə ingilislərin yerini alan ABŞ-ın forpostudur və müstəqil xarici siyasət yürütmək səlahiyyəti yoxdur. Üzdə müsəlman birliyinin lideri roluna iddia etsə də, pərdə arxasında ABŞ və İsrailin ərəb coğrafiyasında dizayn etdiyi Yaxın Şərq siyasətinin aktyorlarıdır və islam ümmətini ağalarının arzusuna görə dizayn etmək görəvi üzərinə qoyulan bu krallıq ağalarının ona “biçdiyi” roldan kənara çıxa bilməz. Çox şeydə ABŞ-ın yanında yer alsa da, gürüldaya-guruldaya dünya fövqəlgücü taxtına iddialı olan, yeni dünya düzəninin başında gedən Çinə boyun əyməyi qərara alıb və itaətə hazırdır.

Əlbəttə, Səudiyyə Ərəbistanı heç vaxt müstəqil olmadı. Çox təəssüfedicidir ki, 8 iyul 2020-ci ildə BMT-nin İnsan Haqları Şurasının 44-cü iclasında Belarus tərəfindən Çinin Sincan Uyğur Muxtariyyətində “terror və seperatçı qruplara qarşı mübarizə”sini dəstəkləyən məktub təqdim edilib və 46 ölkə sözügedən məktuba imza atıb. İmza atanlar arasında Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Misir, Pakistan və Fələstin kimi müsəlman dövlətlərinin də olduğu məktubda deyilir: “Pekinin Sincan bölgəsində terrorizm, seperatizm və radikallıqla mübarizə istiqamətində atdığı addımların regiondakı insan haqlarının qorumasına hədəflənməsini təqdir edirik. Sincanda son 3 il ərzində heç terror aktı yaşanmayıb, region yenidən sabitlik və istiqrara qovuşub”.

 

Təəssüf ki, siyasi və iqtisadi maraqlar müsəlman səmimiyyətinin və həmrəyliyinin önünə keçməkdədir. Hansı ki, məktubda Çinə qarşı əsassız ittihamları durdurmaq çağırışı da edilib.

Qeyd edək ki, BMT, ABŞ Dövlət Katibliyi və bir çox insan haqları təşkilatlarının hesabatlarına görə, Çin 2017-ci ildən etibarən Şərqi Türkistan bölgəsində 1300-dən çox toplama düşərgələri qurub. Məlumata görə, bu düşərgələrdə 3 milyondan çox uyğur məcburi saxlanılır. Bundan əlavə ailəsi həmin düşərgələrdə olan 500 mindən çox uşağın xüsusi internat tipli məktəblərə yerləşdirildiyi və burada assimilasiya proqramına məruz qaldıqları bildirilir.

Avropa Parlamentinin 30 iyun tarixli hesabatına görə isə, Pekin müsəlman əhalinin artımımı xüsusi nəzarətə götürən proqram icra edir. Avropalı mütəxəssislər sözügedən proqramı “demoqrafik soyqırımı” adlandırıblar.

Mətbuatda işıqlandırılan son məlumatlara görə, Çin öldürdüyü hər uyğurun gözünün buynuz qişasını 30.000 dollar, ağ ciyərini 150.000 dollar, ürəyini 130.000 dollar, qara ciyərini 98.000 dollar, böyrəklərini 62.000 dollara körfəz ölkələrinə “halal orqan” kimi satır. Bir insandan ümumi olaraq 470.000 dollar gəlir əldə edir.

Beləliklə, Çin Kommunist Partiyası Maonun totalitar erasını yenidən dirildir. Çinli alim Adrian Zenz məlumat verir ki, qlobalistlərin əl buyruqçusu olan çinli kommunistlər, müsəlman uyğur xalqının sayının azlatmaq və kökünü kəsmək üçün uyğur qadınların məcburi sterilizasiyasını həyata keçirir. Əgər müqavimət göstərirlərsə, dövlət onları “yenidən tərbiyə” düşərgələrinə toplayır.

BBC-nin bir araşdırması aşkar etdi ki, Çinin ailələrindən ayırdığı uşaqlar islam ilə tanış olmadan böyüyürlər. Rüşdinin kitabına “dözə bilməyən”lər müsəlman qadınların kütləvi sterilizasiyasına və soyqırımına dözə bilirlər. Sadə bir baxış bucağı ola bilər, lakin Qərbin müsəlman coğrafiyasında etdiklərinə qarşı pıçıltı ilə də olsa səs çıxara bilsələr də, Çinə qarşı səsləri kəsildi. Müsəlman həmrəyliyi ideyasını yalnız öz mənafelərinə lazım olanda istifadə edirlər. Çox təəssüf ki, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və digər əksər müsəlman ölkələri BMT-nin Çinə “müstəqil beynəlxalq müşahidəçilərə” Sincandakı düşərgələrə baxış keçirməsi üçün icazə verməyə çağıran qətnaməsini də blok etməyə səbəb oldular. Çin indi BMT-də çox fəal və güclüdür, bir çox ölkələr milyardlarla qiyməti olan “Bir Kəmər, Bir Yol” Çin layihəsindən faydalanırlar.

21-ci əsrin ən böyük cinayətlərindən biri gözümüzün qarşısında törədilir. Çoxları bunu görsə də, özlərini gözməməzliyə vururlar.

BMT-nin irqi ayrı-seçkiliyin Ortadan Qaldırılması Komitəsi 2019-cu ildə Çini Türkistanı heç bir insan haqqının mövcud olmadığı insan kütləvi insan düşərgəsinə çevirməkdə günahlandırdı.

“New York Times”ın yayımladığı sənəddə Çin administrasiyasının bölgədə necə hərəkət etmək gərəkdiyinə dair veridyi təlimatlar diqqəti çəkmişdi: sənədin 200 səhifəsində Çin lideri Si Cinpinq və digər liderlərin islamın yayılmasının qarşısını almaq üçün tələb və xəbərdarlıqlarının yer alması bildirilmişdi. Məruzələrdə verilən məlumatlara görə Çin hökuməti nəinki uyğur, həmçinin bölgədə yaşayan qazaxlara qarşı da eyni münasibəti sərgiləyir. Çin hökumətinin uyğurları soyqırımına uğratmasının əsas səbəbi islamdırmı? Nəyə görə islam Çin dövlətinə mane olur?

Bildiyimiz kimi, Çin yeni dünya düzənində insanlığa sırınan rəqəmsal dövlət modelidir, hansı ki, bu sistemdə insanların sosiallaşmasına qarşı asosiallaşma, inanca qarşı inancsızlıq, dəyərlərə qarşı keçmiş dəyərlərdən imtina, dinə qarşı transhumanizm, kişi-qadın cinsinə qarşı neytral insan, kağız pula qarşı didgital valyuta ilə dəstəklənən nəğdsiz ödəniş dövriyyəsinə keçmiş cəmiyyət, insana qarşı robot irəli sürülən nizam dəstəklənir. Əvvəlki normal vəziyyət bəziləri tərəfindən ortaya atılan “yeni normal”la əvəz olunmağa sürüklənəcək. Hətta nəhayət ki, bu gün BMT baş katibi “mus-mus deməkdən mustafa”ya keçərək, “yeni normallıq” yaranana qədər, ən azı 5-7 il davam edəcək qlobal depressiyanın baş verə biləcəyi barədə xəbərdarlıq etdi. Əlbəttə, Covid-19-in günahkarı çıxarılan Çin isə “xilaskar mələk” donuna girərək, “koronavirus” yardımları paylayaraq, dünya ölkələrinə BMT tərəfindən nümunə kimi göstəriləcək. Bu təbiidir, çünki, digər ölkələri ardınca aparmaq vəzifəsi üzərinə qoyulan, rəqəmsal diktaturanın model dövlətidir. Dediyimiz kimi, yeni dövlət modelində din və inanca, dəyərlərə yer yoxdur, bu kriteriyalara malik olmaq köləliyə imkan vermir.

 

Uyğur xalqı müsəlman-türk olduğundan və Orta Asiyanın müsəlma-türk xalqları ilə həm qonşu, həm eyni köklü olduğundan, həm də yerləşdiyi coğrafi məkan Çin və Türk coğrafiyası arasında olduğundan Çin üçün arzuolunmazdır. Həmçinin, dünyanın yenidən bölünməsində iştirak etməyə və türk və müsəlman coğrafiaysı üçün aparıcı lider qüvvə olan Türkiyənin Çindəki dayaq nöqtəsidir, Avropanın göbəyindəki Bosniya-Hersoqovina kimi.

Rusiyanın dağılma variantı reallşarsa, oradakı türk xalqlarının qalxınma prosesi siyasi müstəvidə dövlətləşmə sürəcinə girərsə, uyğur məsələsi Çinə başağrısı gətirə bilər. Çinin “uzaqgörənliyi” bu problemi beşiyindəcə boğmağa qulluq edir. Hərçənd, Çin vaxtaşırı Monqolustana, Sibirə də media səviyyəsində iddialar səsləndirir, SSRİ-ni onun ərazilərini kiçiltməkdə ittiham edərək, özünün “fövqəldövlət” taxtında yerini tutması xəyallarını vizualizasiya edir. Lakin, hələ ki, ABŞ-ın işini bitirməmiş Rusiyanın taleyini həll etməyə və ərazilərinə açıq iddia etməyə keçə bilmir.

Beləlilklə, qlobalizasiyada dinə, səmavi inanca yer yoxdur, qlobalizasiyanın qarşısında duran ən güclü faktor olan islam inancı Çinə lazım deyil, insanın kölə şüurunu mənimsəməsinə mane olan müsəlman uyğurların bölgədə qalması qlobalist diktator Çin üçün arzuolunmazdır, tezliklə məhv olunan uyğyr əhalinin yeri köləlik üçün ən ideal material olan çinlilərlə doldurulmalıdır, kölələşdirilə bilənlərin isə assimilyasiya ilə çinliləşdirilməyi aparılır. . .

Bundan başqa Çinin “Bir Kəmər Bir Yol” layihəsinin uzandığı ərazilər Sincan Muxtar Bölgəsinin ərazisindən keçərək Orta Asiyadan dünyaya uzanması planlaşdırılır. Bu layihəsnin keçəcəyi əsas bölgə olmaqla yanaşı, Şərqi Türküstan Çinin digər ərazilərindən fərqli olaraq, zəngin təbii sərvətlərə malik bölgədir. Çinlilər media vasitəsilə dünyaya yayımlanan sənədlərdəki faktlardan rahatsız olsalar da, uyğurlara qarşı totalitar-despotizm siyasətindən geri çəkilmirlər. 2019-cu ildə Çini ziyarət edən prezident Ərdoğanın “Bu məsələdən istismar edən yanaşmalar var. Buna fürsət vermək olmaz. Qarşılıqlı həssass nöqtələri nəzərə alaraq həll yolu tapıla biləcəyinə inanıram”- deyərək, üstüörtülü etirazını bildirsə də, Çin XİN “Bu Çinin daxili məsələsidir, Türkiyənin Çin mövqeyini qəbul etməsini gözləyirik”- deyərək geri addım atmırlar. Nəticədə, ABŞ-ın onun “fövqəldövlət” yerinə göz dikən Çinə, onun nəhəng şirkətlərinə qarşı qəbul etdiyi sanksiyalarla əks-qarşı cəbhə yaradır.

İyulun 9-da ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsi Sincan Uyğur Muxtar Bölgəsindəki etnik azlıqlara qarşı insan hüquqları pozuntusu ilə əlaqədar bütövlükdə Çin hökumətinə və 4 hökumət rəsmisinə sanksiya işə saldı. Bu sanksiyaya Sincan Uyğur Muxtar Bölgəsinin Kommunist Partiyasının Katibi Chen Quanquo və onun müavini Zhu Hailun, həmçinin Sincan İcitmai Təhlükəsizlik Bürosu və Kommunist Partiyası katibi Vanq Minqshan və bu qurumun keçmiş partiya katibi Huo Liujin hədəf oldu. Kommunist partiyası və Təhlükəsizlik İdarəsi kimi qurumlara, adı çəkilən rəsmilərə Sincandakı müsəlman-türk uyğurlar ilə digər etnik azlıqları hədəf alan və onlara qarşı törədilən ağır fiziki zorakılıq halları, ciddi insan haqqları pozuntuları ilə əlaqədar bu sanksiyalar qəbul edildi. Covid-19-un Çinin Vuhan şəhərindəki virusologiya institutundan dünyaya yayılmasından tutmuş uyğurlara qarşı törətdiyi soyqırım siyasətinə görə “qırmızı əjdaha” dünyanın nifrətı ilə üz-üzədir. . .

Ülviyyə ŞÜKÜROVA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam