Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Xomeyniyə etiraz edən ayətullahın” audioyazısı

XomeyniXeberinfo.com:    “The Guardian” qəzetində dərc olunmuş bloqda deyilir ki, İranda 30 il əvvəl yazılmış səs İslam Respublikasının qaranlıq tarixinə işıq salıb.

Məqalədə deyilir ki, İranda 1988-ci ildə minlərlə solçu və Mücahedine Xəlq (MX) təşkilatı üzvlərinin siyasi məhbus kimi kütləvi edam edilməsinin o vaxtlar səsi çıxmayıb. Çünki həmin illərdə internet yox idi və bu qətliam, məsələn Srebrennitsa kimi hay-küyə səbəb olmamışdı.

“The Guardian” yazır ki, həmin qətliam günlərində yalnız bir nəfər qorxmadan inqilab banisi ayətullah Ruhulla Xomeyniyə etiraz bildirmişdi. Bu, ayətullah Hüseyn Əli Müntəziri idi.

Məqalədə deyilir ki, Müntəziri Xomeyniyə bir neçə məktub yazaraq kütləvi edamları kəskin tənqid etmiş və nəticədə imamın gözündən düşmüş və 2009-cu ildə vəfat edənədək ev məhbusu edilmişdi.

“The Guardian” yazır ki, bu həftə, həmin qanlı yayın 28-ci ildönümündə ayətullah Müntəzirinin ailəsi və davamçıları tərəfindən idarə olunan rəsmi internet saytı maraqlı bir səs yazısını dərc edib. Bu audioda onun 1988-ci ildə kütləvi edamlarda iştirak etmiş baş hakimlər və ədliyyə rəsmiləri ilə görüşünün səs yazısı var.

Bu audioyazıda Müntəziri üzünü şəriət hakimi və prokurorlara tutaraq açıq şəkildə elan edir: “Mənim nəzərimcə İslam Respublikası tarixində ən böyük cinayət sizin əllərinizlə törədilib və sizin adlarınız tarixə cinayətkarlar kimi yazılacaq”.

Məqalədə deyilir ki, 1988-ci ilin kütləvi edamları Mücahedine Xəlq silahlı müxalifət qruplaşması İraq lideri Səddam Hüseynin tərəfinə keçib İrana müdaxilə cəhdində bulunduqdan sonra başlanmışdı.

MX ABŞ və Avropa İttifaqı tərəfindən hələ də terrorçu təşkilat hesab edilir və İranda əksəriyyət bu təşkilatı xoşlamır. Sözü gedən audio yazısında ayətullah Müntəziri deyir ki, hakimiyyətin siyasi məhbusları edam etmək fikri çoxdan mövcud idi və indi MX-nin müdaxiləsindən sonra hökumətin əlinə girəvə keçib.

“The Guardian” yazır ki, Müntəzirinin öz oğlu 1979-cu ilin inqilabı zamanı şəhid olmuşdu və onun sui-qəsd nəticəsində öldürülməsini MX ilə əlaqələndirirdilər.

Qiyamət günündə

Lent yazısında Müntəziri bildirir ki, 1988-ci ildə edam olunanların heç də hamısı Mücahedine Xəlqin dəstəkçiləri deyildilər. Ayətullah bu barədə ona görə danışdığını deyir ki, “qiyamət günündə” cavab verməli olmasın. “Mən gecələr yata bilmirəm və bu fikirlər məni hər gecə 2-3 saat yatmağa qoymur. Siz bu adamların ailələri qarşısında nə cavab verəcəksiniz?”

Müntəziri nitqinin bir yerində deyir ki, inqilabdan bəri edam olunanların sayı artıq şahın edam etdiyi insanların sayını keçib.

Hüseyn Əli Müntəzi 2009-cu ildə vəfat edənədək ev məhbusu edilmişdi.

Bu audioda rəsmilərdən biri siyasi məhbusların 200 nəfərdən ibarət son qrupunun edamı üçün ayətullah Müntəziridən icazə istəyir. Müntəziri hiddətlə cavab verir: “Qətiyyən icazə vermirəm. Mən bircə nəfərin də edamının əleyhinəyəm”. Amnesty International təşkilatının təxminlərinə görə, 1988-ci ilin yayında 4500 nəfərədək siyasi məhbus edam edilib, hərçənd başqa mənbələr daha böyük rəqəm göstərir.

1988-ci ildə Xomeyni tərəfindən verilmiş fətvada deyilirdi ki, tövbə etməyən bütün kafirlər edam olunmalıdır. Məqalədə deyilir ki, minlərlə siyasi məhbus xüsusi komitələrin qarşısına çıxarılır və onlardan təqsirlərini boyunlarına alıb tövbə etmək tələb olunurdu. Onlardan namaz qılıb-qılmadıqları, İslam Respublikasına nə dərəcədə sədaqətli olduqları xəbər alınırdı.

Sözü gedən audiodan bəlli olur ki, bu məhbusların bəzilərinə İraq cəbhəsindəki minaların arası ilə getmək təklif olunurdu.

“Qara qutu”

“The Guardian” yazır ki, həmin yay edam edilənlərin əksəriyyəti Tehran yaxınlığındakı Xavərən məzarlığında adsız qəbirlərdə basdırılıb.

Məqalədə deyilir ki, sözü gedən audionun üzə çıxmasındamn sonra 1988-ci il qətliamının araşdırılmasına çağıran səslər yenidən ucalıb.

28 il əvvəl baş vermis hadisədən sağ çıxanlar və qurbanların ailələri bu kampaniyada bir-birlərinə dəstək verirlər. Bunlardan biri, 1980-ci illərdə 5 övladı və kürəkəni edam edilmiş Nairə Cəlali Mühacir – “Behkiş ana” bu ilin yanvarında vəfat edib.

Bu edamlar zamanı valideynlərini və iki əmisini itirmiş Səhər Məhəmmədi “The Guardian” qəzetinə deyib ki, edamların araşdırılması və onun təşkilatçı və iştirakçılarının məsuliyyətə cəlb edilməsi zəruridir.

Xanım Məhəmmədi deyib ki, onun eşitdiyinə görə ayətullah Müntəziri çox sayda məhbusu edamdan qurtara bilib. Ömrünün beş ilini həbsxanada keçirmiş və təsadüfən edamdan yan keçmiş Mehdi Aslani sözü gedən audionun üzə çıxmasını qəzaya uğramış təyyarənin qara qutusunun tapılmasına bənzədib.

“Biz nə baş verdiyini bilirdik, amma indi pilotun sözlərini eşidirik” – deyib Aslani. İranda insan haqlarının vəziyyətini Norveçdən monitorinq edən Mədyar Samiyenejad deyib ki, bu audio materialı basdırılmış tarixi faktlar aysberqinin yalnız görünən ucudur.

“İranda bu barədə danışmaq qadağan edilsə də, insanlar, şahidlər və edam olunanların ailələri baş verənləri bilirdilər. Amma audio yazısı tarixi sənəddir” – deyib Samiyenejad.

“Yaxşı ayətullah”

Samiyenejad həmçinin prezident Həsən Ruhanini Müntəzirinin həmin audioda tənqid etdiyi Mustafa Purməhəmmədini ədliyyə naziri təyin etdiyinə görə kəskin tənqid edir.

Aslani isə deyir ki, həmin edamları törədənlərin əksəriyyəti hazırda İranda yüksək vəzifələri tuturlar. Məsələn şəriət hakimi Hüseynəli Nayeri hazırda vəzifəli ədliyyə rəsmisidir.

Samiyenejad deyir ki, 1988-ci ilin kütləvi edamlarında əli olanlar İranda hələ də hakimiyyətdədirlər. Ölkədə indi də çox sayda insanın edam edilməsi həmin adamların əsasını qoyduqları ənənədir. New York-da mənzillənmiş İranda İnsan Haqları Beynəlxalq Kampaniyasından Hadi Qayemi deyir ki, bu edamlar bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilməlidir.

Məqalədə ayətullah Müntəzirinin həyatından da bəhs edilir. Müntəzirini hələ şah zamanında həbsxanada görmüş İran tarixçisi Abbas Milani 2010-cu ildə onun haqqında yazdığı məqaləni “Yaxşı Ayətullah” adlandırıb.

“Onun irsi heç də təkcə cəsarəti yox, həm də minillik tarixi olan şiəliyə heyrətamiz ideayalar gətirməsidir, – yazır tarixçi, – O ilk şiə ayətullahı idi ki, Bəhayilik dinindən olanlara bərabər hüquqlar verilməsinə çağırmış, nüvə silahının təkcə mənəviyyata yox, İslama qarşı olduğunu dilə gətirmiş və demişdi ki, İslam Dövlətində bütün hakimiyyətin qaynağı xalq olmalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam