Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Pandemiyanı fürsət bilməklik

 Ölkəmizdə qanunların hamı üçün eyni olan aliliyinin təmin edilməsinin, azad, ədalətli, demokratik cəmiyyətin qurulmasının zamana və ardıcıl mübarizəyə ehtiyacı vardır

Yenixeber.org: Koronavirus pandemiyasının davam etməsi səbəbindən, onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə, dövlət səviyyəsində tətbiq edilən məcburi məhdudlaşdırıcı tədbirlər, təəssüf ki, bəzi insanlar, xüsusilə də özünü millətsevər kimi təqdim etmək istəyən üzdəniraq "siyasətçilər" tərəfindən birmənalı qarşılanmır, həm xaricdə, həm də ölkəmizdə bəziləri belə tədbirləri insan haqlarının pozulması, demokratiyaya zidd hərəkətlər kimi qələmə verməyə cəhd edirlər. Təbiidir ki, pandemiya ilə bağlı məhdudlaşdırıcı tədbirlər ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Ancaq bundan daha çox dərəcədə vətəndaşlarımıza, xüsusilə də, daimi işi olmayanlara, gündəlik çörəkpulu qazananlara ziyan vurur və bu da, öz növbəsində, psixoloji gərginliyə, vətəndaşların narazılığına səbəb olur və bu başadüşüləndir. Başa düşülməyən yaranmış gərgin vəziyyətdən az itkilərlə çıxmağa yardım etmək, heç olmasa insanlarımıza təsəlli vermək, çətinliyin keçici olduğuna inandırmaq əvəzinə, fürsətdən istifadə edərək ölkədə mövcud olan problemləri qabartmaqla, onların həllinə istiqamətlənmiş tədbirləri aşağılamaqla vətəndaş qarşıdurmasına rəvac verə biləcək hərəkətlərə cəhd etmək istəyidir. Dəfələrlə qeyd etmişik ki, heç kəs Azərbaycanda hər şeyin qaydasında olduğunu, heç bir problemin olmadığını heç vaxt deməyib və demir. Təəssüf ki, ölkəmizdə korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı, qanun pozuntuları, dərəbəylik geniş yayılıb. Və bu o həddə çatıb ki, artıq iqtidar da bunun fərqindədir və görünən odur ki, belə hallara qarşı mübarizəyə start verilib. Bəzilərinə qeyd edilən mənfi təzahürlərin aradan qaldırılması asan gələ bilər. Belələri unudur ki, aşağıdan yuxarı, demək olar ki, bütün dövlət idarə və müəssisələrində, orqanlarında təmsil olunanların mütləq əksəriyyətinin qohumluq əlaqələri vardır və onlar daim bir-birini himayə edirlər. Ona görə də, bu cür mənfi halların aradan qaldırılmasının, ölkəmizdə qanunların hamı üçün eyni olan aliyinin təmin edilməsinin, azad, ədalətli, demokratik cəmiyyətin qurulmasının zamana və ardıcıl mübarizəyə ehtiyacı vardır. Və əsas məsələ bu mübarizənin mahiyyətində, onun necə qəbul edilib tətbiq edilməsindədir! Bəziləri bu mübarizədə daha çox xarici dəstəyə, xüsusilə Qərbə, bel bağlayır, ümid edirlər. Unudurlar ki, məhz Qərbin dəstəyinin nəticəsidir ki, torpaqlarımız uzun müddətdədir ki, işqal altındadır, məhz onlar deyirlər ki, torpaqlarımızın işqaldan azadlığının hərbi yolu yoxdur və bununla əslində Azərbaycana hədə-qorxu gəlirlər, məhz onlar mənfur ermənilərə hərtərəfli siyasi-iqtisadi-hərbi yardımlar etməklə Ermənistanı işğalı davam etdirməyə sövq edirlər. Məgər Qərb, xüsusilə də AŞ PA, Azərbaycanda demokratiyanın inkişafında, insan hüquqlarının qorunmasında maraqlıdırlar? Əgər AŞ PA doğrudan da Azərbaycanda insan haqlarının qorunmasında maraqlıdırlarsa, niyə işğal nəticəsində yurd-yuvasından didərgin düşən, sayı milyonu ötən vətəndaşlarımızın hüquqlarının qorunması, işğala son qoyulmsı üçün Ermənistana sanksiyalar tətbiq edilməsi üçün heç bir real addımlar atmır? Ancaq bunların əksinə olaraq, güya - haqlı və ya haqsız yerə - həbs olunan (Allah yollarını açıq etsin!) vətəndaşlarımızın hüquqlarını qorumağa cəhd edir və Azərbaycana qarşı sərt tədbirlərin görülməsini tələb edirlər. Azərbaycanda məhkəmələrin bir çox hallarda qanunsuz qərarlar çıxardığı hər kəsə məlumdur və buna görə də məhkəmə-hüquq sistemində də real islahatların aparılmasına, qanunun aliliyinin təmin edilməsinə ehtiyac vardır. Ancaq hesab edirik ki, bu cür məsələlər xaricdən təzyiqlə həll ediləcək məsələlər deyil və

bunların da zamana ehtiyacı var. Məhz buna görə də, Təkamül Partiyası siyasi mübarizədə təkamül yolunun qəti tərəfdarıdır. Ancaq, bəzilərinin fikirləşdiyi kimi, təkamülçülük hər şeyin öz-özünə düzələcəyini gözləmək, mübarizədən çəkinmək, yayınmaq anlamına gəlmir. Təkamülçülük qanunlar çərçivəsində ardıcıl, dönməz mübarizəni özündə ehriva edir, hər çür qarşıdurmanı, ixtişaşları, zorakılığı, siyasi mübarizənin küçə və meydanlarda aparılmasını rədd edir, hər bir sahədə islahatların "yuxarıdan" aparılmasının daha düzgün olmasını qəbul edir! Bu yol bəzilərinə uzun, əlçatmaz görünə bilər. Ancaq bu ölkəmizdə əmin-əmanlığın, sosial-siyasi sabitliyin qorunmasının, vətəndaş qarşıdurmasına yol verilməməsinin yeganə yoludur! Və sevindirici haldır ki, siyasi partiyaların, eləcə də, xalqımızın mütləq əksəriyyəti bu yolun yeganə düzgün olduğunu qəbul etməkdədir.

Teyyub Qənioğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam