Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Korrupsiyanın təkamül yolu

 

 

 

 Rüşvətxorluğun, korrupsiyanın, yoxsulluğun, işsizliyin aradan qaldırılması bir günlük iş deyil, onların zamana və ardıcıl mübarizəyə ehtiyacı var

Yenixeber.org: Koronavirus pandemiyasının hələ də davam etməsi və nə vaxt aradan qalxacağının proqnozlaşdırılmasında çətinliklər, bu pandemiyanın ölkəmizin iqtisadiyyatına, əhalinin güzəranına mənfi təsirləri istisnasız olaraq hamını narahat edir və istər-istəməz cəmiyyətdə müəyyən gərginliyin yaranmasına rəvac verir. Demək olar ki, hamı narahatdır: karantin səbəbindən evdən çıxmaları yasaq edilən, hamıdan çox gəzintiyə, təmiz havaya ehtiyacı olan yaşı 65-dən yuxarı olan vətəndaşlarımız da, güzəranını gündəlik məşğulluqla təmin edən, ancaq bu imkanı itirən, kasıblıq həddində yaşayan və hər gün kiminsə onlara yardım edəcəyini səbirsizliklə gözləyən insanlarımız da, koronavirusa qarşı mübarizə aparan, öz sağlamlıqlarını təhlükə altına atan, günlərlə övladlarının üzünü görməyən fədakar həkimlərimiz də, hər an virusa yoluxmaq təhlükəsi ilə üz-üzə qalan, buna baxmayaraq insanlarımızı yoluxma təhlükəsindən qoruyan əsgərlərimiz və polis işçilərimiz də, ölkə iqtisadiyyatının inkişafında həlledici rol oynayan, ancaq səmərəli fəaliyyət imkanlarını itirən sahibkarlar da və...dövlətin, xalqın hesabına milyonlar "qazanan", bu azmış kimi işsizlər üçün yaradılmış sosial iş yerlərinə ayrılmış vəsaitləri, pandemiya ilə əlaqədar imkansız ailələrə dövlət və müxtəlif qurumlar, insanlar tərəfindən edilən yardımları mənimsəyən, bu insanlığa sığmayan hərəkətlərinin faş olacağından əndişələnən, bir gün DTX-nin onun da qapısın döyəcəyindən qorxub yuxusu ərşə çəkilən rüşvətxor, korrupsioner məmurlar da... Ən pisi odur ki, öz keçmişlərini "unudan" bəzi uzdəniraq "xalq təəssübkeşləri", "vətənsevənlər", demokratiyadan xəbəri olmayıb "demokratiya uğrunda mübarizə aparanlar" yaranmış gərgin vəziyyətdə, bu gərginliyin yümşaldılmasına yardım etmək əvəzinə, sosial şəbəkələrdə mövcud olan çatışmazlıqları, qanun pozuntularını, haqsızlıqları daha da şişirtməklə onun daha da qəlizşləşdirilməsinə çalışır, vətəndaşlar arasında çaşqınlıq yaradırlar. Heç kim, eləcə də, iqtidar da, ölkəmizdə qanun pozuntularının, rüşvətxorluğun, korrupsiyanın, yoxsulluğun, işsizliyin olduğunu inkar etmir. Koronavirus bu kimi halları daha çılpaq şəkildə ortaya çıxardı. Ancaq, xüsusilə son zamanlar, qeyd edilən mənfi təzahürlərə qarşı dövlət səviyyəsində həyata keçirilən və öz müsbət nəticələrini biruzə verməkdə olan tədbirləri görməzlikdən gəlmək başadüşülən deyil. Unutmaq olmaz ki, rüşvətxorluğun, korrupsiyanın, yoxsulluğun, işsizliyin aradan qaldırılması bir günlük iş deyil, onların zamana və ardıcıl mübarizəyə ehtiyacı var. Bu kimi halları qarşıdurmalar, itaətsizlik yolu ilə deyil, yalnız məqsədyönlü, ardıcıl, düşünülmüş addımlarla, təkamül yolu ilə aradan qaldırmaq olar. Ona görə də, hər bir vətəndaş, mövqeyindən asılı olmayaraq siyasi partiyalar bu işə öz töhfəsini verməli, dövlətinin yanında olmalıdır və Təkamül Partiyası olaraq hesab edirik ki, belə də olacaqdır!

Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam