Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Karantin rejimində siyasi partiyaların fəaliyyəti-ŞƏRH

 

 

 Mövcud karantin rejimi şəraitində siyasi partiyalar fəaliyyətlərini virtual məkanda maneəsiz davam etdirə bilərlər.

Yenixeber.org: Təəssüf ki, Azərbaycanda koronavirus pandemiyasının yayılması davam edir və bu səbəbdən iqtisadiyyatımızda böhran təzahürləri, vətəndaşlarımızın gündəlik güzəranlarında çətinliklər meydana çıxır. Pandemiyanın yayılmasının qarşısının alınması, onun iqtisadiyyatımıza və vətəndaşlarımızın güzəranına təsirlərinin minimuma endirlməsi üçün dövlət səviyyəsində müəyyən tədbirlər həyata keçirilməkdədir. Qeyd edilən istiqamətlərdə dövlət tərəfindən həyata keçirilən və keçirilməsi nəzərdə tutulan tədbirlər, hamının, ayrılıqda hər bir vətəndaşımızın, daimi diqqət mərkəzindədidr və onların tamlığına, səmərəliliyinə münasibətdə qərəzli olmayan müxtəlif yanaşmaların olması təbii qarşılanmalıdır.

Məlumdur ki, Azərbaycanda fəaliyyət göstərən bir qrup müxalifət partiyasının rəhbəri koronavirus pandemiyasının yaratdığı fəsadlar ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargaha müraciət etmişdir. Müraciətdə qeyd edilir ki: “Biz, bu müraciəti imzalayan təşkilatların rəhbərləri, dünyanın qarşılaşdığı “COVİD-19” pandemiyasının Azərbaycanda fəsadlarının azaldılması üçün hökumət tərəfindən həyata keçirilən bəzi zəruri tədbirləri (karantin rejiminin tətbiqi və müvafiq icra strukturlanın yaradılması, koronovirus xəstələrinin müalicəsi üçün ayrıca xəstəxanaların ayrılması və yeni xəstəxanaların tikintilərinə başlanması, yaranmış iqtisadi və sosial böhranın aradan qaldırılması üçün maliyyə vəsaitinin ayrılması və s.) müsbət dəyərləndirir”ik və bu təqdirə layiqdir. Eyni zamanda, onlar bu müraciətlərində pandemiyanın Azərbaycan əhalisinə və iqtisadiyyatına güclü neqativ təsirlərindən dərin narahatlıq keçirdiklərini bəyan edirlər və bu da başadüşüləndir. Müraciətdə həm də, koronavirusun fəsadlarının aradan qaldırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən bəzi tədbirlərin yetərsiz olduğu bildirilir və onların aradan qaldırılması üzrə təkliflər irəli sürülür. Bu təkliflərlə tanışlıq göstərir ki, onların mütləq əksəriyyəti dövlətin həyata keçirdiyi və keçirilməsini nəzərdə tutduğu tədbirlərin bu və ya digər dərəcədə təkrarıdır və əslində həyata keçirilən tədbirlərə kölgə salmaq cəhdidir. Müraciətdə “təmin edilsin”, “yaradılsın”, “həyata keçirisin”, “nəzərdə tutulsun”, “reallaşdırılsın”, “artırılsın” və s. kimi ifadələrə tez-tez rast gəlinir. Bunların əvəzinə konkret proqramlar təklif edib, onların reallaşdırılma yollarını göstərmək daha doğru olmazdımı?

Qeyd edilən müxalifət partiyalarının rəhbərləri karantin rejimi ilə bağlı gəlir mənbələrini itirmiş şəxslərə yardım göstərilməsinin gecikdirilməsindən, əhalinin iş yerlərinə gediş-gəlişinin, sosial xidmətlərin qənaətbəxş təşkil edilməməsindən, vətəndaşların qanunvericiliyə zidd yolla cərimələnməsindən, bəzi sərhəd yerlərində qurulmuş karantin çadırlarında anti-sanitar durumun mövcud olmasından, işsizlərə fərdi yardımların ünvanına çatdırılmamasından, siyasi partiyaların fəaliyyətinə qeyri-qanuni məhdudiyyətlər qoyulmasından və s. narahat olduqlarını bildirirlər. Bu cənablar unudurlar ki, yardımların hamıya vaxtında çatdırılması, karantin şəritində sosial xidmətlərin səmərəli təşkili, karantinə alınmış insanların normal həyatının təşkili müəyyən zaman tələb edir, karantin rejiminə riayət edilməsi isə siyasi baxışından asılı olmayaraq hamıya aiddir. Karantin rejiminin məhdudiyyətləri məgər siyasi partiyaların üzvülərinə aid deyil? Sual olunur - sizlər karantin olmayan zamanlarda hansı real siyasi fəaliyyəti göstərmisiniz ki, indi bu fəaliyyət

məhdudlaşdırılıb? Hesab edirik ki, bu cür yanaşmalar yolverilməzdir və cəmiyyətimizdə sosial gərginliyi artıra bilər, bu da daha ciddi fəsadlara yol açmış olar. Fəaliyyətiniz virtual məkan olub və buna, heç bir məhdudiyyət olmadan, davam edə bilərsiniz.

Bir məsələni hamının, o cümlədən qeyd edilən müxalifət partiyalarındakı dostlarımızin, nəzərinə çatdırmaq istəyirəm: hansı dövlət istəməz ki, imkansız vətəndaşlarına verilən yardımlar çox olsun, hamının ehtiyacı optimal təmin edilsin? Ancaq dövlət nə qədər güclü olsa da, onun imkanları tükənməz deyil. Müharibə şəraitində olan Azərbaycan dövləti də vətəndaşlarına imkan daxilində yardım edir, bu məqsədlə 3,0 milyard manat (büdcənin təqribən 10,0%-i çivarında) ayrılıb, lazım gələrsə onun məbləğinin artırılacağı bəyan edilib. Bəzi müxalifət partiya rəhbərlərinin, xüsusilədə Milli Şuraya daxil olanların, Azərbaycanda qeyd edilən məqsədlər üçün nəzərdə tutulan məbləğın ABŞ-nın, Almaniyanın, Fransanın və s. inkişaf etmiş dövlətlərin ayırdığı vəsaitlə müqayisə etməsi absurd deyilmi cənablar? Bu müqayisələrin heç bir real əsasının olmadığını, əksinə, ölkəmizdə sosial gərginliyin artırılmasına hesablandığını görməmək mümkün deyil və bu qətiyyətlə pislənməlidir!

Qeyd etmək lazımdır ki, Azərbaycan koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün dünyada önləyici tədbir görən ölkələrdən biri və birincisidir, bir çox ölkələr Azərbaycanın bu sahədə həyata keçirdiyi tədbirləri öyrənib tətbiq etdiklərini bəyan edirlər. Aprel ayının 10-da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə keçirilən Zirvə görüşündə bu bir daha təsdiq və təqdir edilmişdir. Konfransda çıxış edən İ.Əliyev Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən sistemli, ardıcıl, qabaqlayıcı tədbirlər haqqında geniş məlumat verib. O, həmçinin, koronavirusun mənfi nəticələrinin minimuma endirilməsi üçün sosial-iqtisadi sferada, səhiyyə sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Görüşdə çıxış edən ÜST-nın Baş Direktoru Tedros Gebreyesus koronavirusla bağlı mübarizəyə verdiyi töhfəyə görə Azərbaycan Prezidentinə təşəkkür edib. Koronavirusla mübarizədə Azərbaycanın həyata keçirdiyi tədbirlərin bütün dünyada təqdir edildiyi bir vaxtda bəzi müxalifət partiyalarının, o cümlədən Milli Şuranın, sərgilədiyi mövqe qərəzlidir və real vəziyyətə adekvat deyil!

Biz, Təkamül Partiyası olaraq, hesab edirik ki, ölkəmizdə koronavirusun iqtisadiyyatımıza, vətəndaşlarımızın güzəranına mənfi təsirlərinin tezliklə aradan qaldırılması üçün daha təsirli tədbirlər görülə bilərdi. Ancaq istənilən qərarlar o vaxt səmərəli ola bilər ki, ölkədə mövcud olan reallıqlar, dövlətin mövcud imkanları nəzərə alınsın. Heç kim, eləcədə ən yüksək səviyyədə, inkar etmir ki, son zamanlar həyata keçirilən tədbirlərə baxmayaraq, ölkəmizdə korrupsiya, rüşvətxorlur, ayrı-ayrı məmurlat tərəfindən qanun pozuntuları, laqeydlik, süründürməçilik halları müəyyən dərəcədə aradan qalxsa da, hələ də qalmaqdadır və bunlar koronavirusla mübarizənin operativliyinə, dəqiqliyinə, səmərəliliyinə əks təsir göstərir. Ona görə də, hər bir vətəndaş, xüsusilədə mövqeyindən asılı olmayaraq hər bir siyasi partiya, koronavirusla bağlı ölkəmizdə həyata keçirilən tədbirlərə qiymət verərkən dövlətimizin imkanlarını, ölkəmizdə mövcud olan reallıqları nəzərə almalı, çətinliklərdən sui-istifadə hallarına yol verməməli, əksinə, çatışmazlıqların aradan qaldırılması üçün imkanları daxilində yardımlarını əsirgəməməlidirlər! Yaddan çıxarmaq lazım deyil ki, “Biz birlikdə güclüyük”!

Təkamül Partiyasının sədri Teyyub Qənioğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam