Pandemiyadan doğan zərurətlər
Sərt məhdudlaşdırıcı tədbirlər tətbiq edilməsə pandemiyanın yayılmasının qarşısının alnması, onun insanlara və iqtisadiyyata mənfi nəticələrinin tezliklə aradan qaldırılması mümkün olmayacaqdır
Yenixeber.org: Dünyanın bütün ölkələrini cənginə alan koronavirus pandemiyasına, onun yayılmasının qarşısının alınmasna ən səmərəli töhfə verən ölkələrdən biri, bəlkə də, birincisi Azərbaycandır. Məhz bu istiqamətdə dövlət səviyyəsində həyata keçirilən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, indiyə kimi ölkəmizdə koronavirusun nəzarət altında saxlanılması mümkün olmuş, onun geniş yayılmasının qarşısı alınmışdı. Aprel ayının sonlarından etibarən pandemiyanın nisbətən səngidiyi nəzərə alınaraq mayın 4-dən sonra xüsusi karantin rejiminin yumşaldılması və tətbiq edilən məhdudiyyətlərin xeyli hissəsinin aradan qaldırılması ilə bağlı qərar qəbul edilmişdi. Bu qərar qəbul edilərkən vətəndaşlarımızın pandemiyanın yayılmasının qarşısının alınması üçün müvafiq tövsiyələrə riayət edəcəkləri, xüsusilə də, ictimai yerlərdə, metro və avtobuslarda, insanların çox toplandığı yığıncaqlarda və s. maska taxacaqları əsas götürülmüşdü. Ancaq bir çox vətəndaşlarımız tövsiyələrə əməl etmirlər, beləliklə də, həm özlərinin, yaxınlarının, həm də, ətrafdakıların koronavirusa yoluxma təhlükəsini artırırlar. Bunun nəticəsidir ki, son günlər koronasirusa yoluxma dərəcəsi artır, sağalanların sayının yoluxanların sayından xeyli geri qalması müşahidə edilir. Çox təəssüf ki, hələ də, bir çox vətəndaşlarımız pandemiyaya laqeyd yanaşır, onun insanların sağlamlığına, həyat və fəaliyyətinə, ölkə iqtisadiyyatına vürduğu və qarşısı alınmasa, vura biləcəyi mənfi təsirləri nərərə almırlar. Yaranmış mövcud vəziyyət pandemiyanın geniş yayılmasının qarşısının alınması, onun təmamilə yox edilməsi məqsədi ilə karantin rejiminin sərtləşdirilməsini tələb edir. KİV-də yayılan məlummmatlara görə, bu gün Baş nazir Əli Əsədovun koronavirusla mübarizəyə görə karantin rejiminin sərtləşdirilməsi ilə bağlı açıqlaması gözlənilir.
Yayılan məlumatlara görə, Operativ Qərargah Azərbaycanda koronavurusa yoluxma hallarının artmasını nəzərə alaraq həftəsonu Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda küçəyə çıxmaq qadağasının tətbiq edilməsini, o cümlədən ərzaq dükanları və apteklər daxil olmaqla biznes strukturlarının fəaliyyətinin dayandırılmasını təklif edir. Bunlarla yanaşı, yoluxma intensivliyinin yüksəldiyini nəzərə alaraq qarşıdakı bir və ya iki ay ərzində həftənin son iki-üç günü -cümə günü axşamdan bazar ertəsi səhərə kimi - ictimai və fərdi nəqliyyat hərəkətinin, küçəyəçıxmaların, iş rejiminin məhdudlaşdırılması, işə getmə və zəruri hallarda evdən çıxmaya görə SMS-lə icazə alınması da, bir sözlə, tam qapalı rejimin yaradılması təklif olunur. Son olaraq hansı qərarların qəbul ediləcəyi yaxın saatlarda məlum olacaqdır.
Ancaq bir məsələ təmamilə aydındır-sərt məhdudlaşdırıcı tədbirlər tətbiq edilməsə pandemiyanın yayılmasının qarşısının alnması, onun insanlara və iqtisadiyyata mənfi nəticələrinin tezliklə aradan qaldırılması mümkün olmayacaqdır. Ona görə də, vətəndaşlarımıza koronavirusun yayılmasının qarşısının alınması üçün tətbiq ediləcək məhdudiyyətlərə anlaşıqlı yanaşmağı, müvafiq tövsiyələrə ciddi əməl etməyi tövsiyə edirəm. Prezident İlham Əliyev iyun ayının 3-də Tərtərdə, Olimpiya Kompleksinin açılışında, çıxış edərkən sosial məsafə sağlamağın və maska taxmağın nümunəsini göstərmiş, bunula da, koronavirusun yayılmasının qarşısının alınması üçün hamılıqla tövsiyələrə riayət edilməsinin vacibliyini bir daha nümayiş etdirmişdir. Hər bir vətəndaşımıza bu sahədə Prezident İlham Əliyevdən nümünə götürməyi tövsiyə edirəm.
Teyyub Qənioğlu: Azərbaycan Təkamül Partiyasının sədri