Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

BAKININ ÇÖZÜLMƏYƏN TIXAC PROBLEMİ –Hökumət hansı təcili addımları atmalıdır? – ARAŞDIRMA

tixac-1

Son illər paytaxt Bakı dünyanın ən gözoxşayan, müasir şəhərlərindən birinə çevrilsə də, bu inkişaf özüylə xeyli həlli vacib problemlər də gətirməkdədir. 

Yenixeber.org: Paytaxt və paytaxtətrafı qəsəbələrdə sürətli məskunlaşmanın və əhali sıxlığının kəskin artması, turist axınının ilbəil güclənməsi təkcə yüksək təhlükəsizlik tədbirlərinin görülməsini zəruri etmir, həm də hökumətdən yeni xidmət və yaşayış sahələrinin tikilib istifadəyə verilməsini, əlverişli yol-nəqliyyat infrastrukturunun yaradılmasını, sərbəst və rahat hərəkət sistemlərinin, mexanizmlərinin qurulmasını da tələb edir.

Müşahidələr göstərir ki, son illər ərzində hökumətin bu məqsədlə həyata keçirdiyi bir çox layihələr, xüsusən də enerji, su, kanalizasiya xətlərinin çəkilməsi və istifadəyə verilməsi, sərnişin və yük daşımaların həyata keçirilməsi proqramları əhali sıxlığına və sürətli məskunlaşmaya adekvat olsa da və vətəndaşların həyat şəraitinin yaxşılaşmasına xeyli müsbət təsir göstərsə də, aşağıda barəsində söz açacağımız mühüm bir problem, görülən bütün önləyici tədbirlərə baxmayaraq, getdikcə böyüməkdədir.

Söhbət hər gün rastlaşdığımız bir situasiyadan – paytaxt yollarında müddəti günbəgün artan tıxaclardan gedir.

Təkcə son 10 il ərzində sayısız köpülərin, tunellərin, yol qovşaqlarının və yolötürücülərin tikilib istifadəyə verilməsinə, ayrıca genişzolaqlı yeni yolların salınmasına, eləcə də hərəkətin müntəzəm qaydada polis gücünə tənzimlənməsi hallarına baxmayraq, paytaxtın tıxac problemi hələlik tam həll oluna bilmir.

İş o yerə çatıb ki, hətta müxalif siyasətçilər belə, hökumət əleyhinə əsaslı arqument tapmayanda, hərlənib-fırlanıb bu tıxac problemi üzərində dayanır, sosial şəbəkələrdə tıxaclardan çəkilmiş foto və videokadrları geniş müzakirəyə çıxararaq, illərlə çəkilən zəhmətin hədər yerə getdiyi təəssüratını yaratmağa çalışırlar…

Bu mövzuda söhbətləşdiyimiz mütəxəssislərin sözlərinə görə, nəqliyyat vasitələrinin tıxac problemi sıx əhali məskunlaşmalarının qeydə alındığı iri şəhərlər, böyük meqapolislər üçün xarakterik olduğundan, buna dünyanın əksər şəhərlərində rast gəlinir, ancaq eyni zamanda bu, həm də problemdən çıxış yolları üçün digər ölkələrin təcrübələrindən yararlanmaqla, asan modellərin tətbiqi imkanlarını da artırır.

Ancaq təəssüf ki, Azərbaycan indiyədək daha çox körpü, tunel və keçidlərin tikintisində digər ölkələrin tətbiq etdiyi yeniliklərdən yararlansa da, tıxcların aradan qadırılmasında hələlik ənənəvi və ən sadə üsula – nəqliyyatın ən sıx və intensiv hərəkətinə səbəb olan şəraitin aradan qaldırılmasına, xüsusən də böyük təhsil müəssisələrinin, zavod və fabriklərin, ticarət mərkəzlərinin və digər bu kimi iri sahibkarlıq obyektlərinin paytaxtın nisbətən boş ərazilərinə köçürülməsi işinə yalnız indi başlayıb.

İndi hökumət üçün ən arzuolunan variant ən tez müddətdə və ən az vəsait sərf etməklə, bu problemdən çıxış yolunun tapılmasıdır.

Müşahidələr göstərir ki, hazırda paytaxtda nəqliyyatın sərbəst hərəkətinə çətinlik yaradan əsas maneələrdən biri hələ sovetlər dövründə tikilmiş və istismar müddəti başa çatmış iri sənaye obyektlərinin, zavod və fabriklərin binalarından anbar, saxlanc, sex və həmçinin müxtəlif təyinatlı istehsalat və topdansatış obyektləri kimi istifadə olunması, bu obyektlərə çoxsaylı, xüsusən iritutumlu yük avtomobillərinin intensiv gediş-gəlişidir. Belə obyektlər, demək olar ki, Bakının bütün mərkəzi rayonlarının ərazisində mövcuddur və onların şəhərin içərisindən kənara çıxarılması yolların yükünü də, avtomatik şəkildə, bir xeyli azlatmış olacaq.

Nəqliyyatın hərəkətinin intensiv olduğu, tikilən yeni körpü və keçidlərin ən çox yükləndiyi istiqamətlərdən biri isə, şübhəsiz, son illər əhalinin ən sıx məskunlaşdığı rayonlardan olan Binəqədi ilə Bakının digər rayonlarına çıxışda çox əhəmiyyətli sayılan “Ziya Bünyadov prospekti”ni birləşdirən “Dərnəgül şossesi”dir. Baxmayaraq ki, “Ziya Bünyadov prospekti”nin yenidən qurulmasından, yeni tunel və körpülərin istifadəyə verilməsindən sonra bu istiqamətdə nəqliyyatın hərəkətinin xeyli qaydaya düşəcəyi gözlənilirdi, ancaq el arasında “Dərnəgül bazarı” kimi tanınan tikinti materiallarının əsas topdansatış mərkəzlərinin məhz bu yol üzərində cəmləşməsi Bakının 4-5 rayon əhalisinin ən qısa məsafə kimi qət etdiyi bu nəqliyyat dəhlizini indi əsil cəhənnəmə çevirib. Hazırda iri qabaritli və ağır tonnajlı avtomobillərin aramsız hərəkəti və ya nizamsız şəkildə yol kənarına düzülüşü təkcə sıxlıq yaratmaqla kifayətlənmir, həm də yenicə istismara verilən yolları da bərbad hala salır…

Əslində, mövcud reallıqda, hökumət üçün ən uyğun variantlardan biri buradakı bazarın, sahibkarlıq obyektlərinin bütövlükdə yenicə istifadyə verilmiş və bu ilin avqustunda açılışında Prezident İlham Əliyevin də iştirak etdiyi Abşeron Logistika Mərkəzinin ərazisinə köçürülməsi ola bilər. Çünki Mərkəzin ərazisi həm bütün istiqamətlərə nəqliyyatın rahat hərəkətini təmin etmək, həm də digər ticarət və sənaye mərkəzləri ilə əlaqəli işləmək baxımından sahibkarlıq subyektlərinin özlərinə də xeyli faydalıdır. Xatırladaq ki, Abşeron Logistik Mərkəzi Bakı Baş Gömrük İdarəsinə,  “Meyvəli” bazarına, “Sədərək” və “Binə” ticarət mərkəzlərinə, Ələtdəki Beynəlxalq Dəniz Ticarət Limanına və s. bu kimi biznes strukturlarına yaxın məsafədə qurulub.

abseron-port-1024x576

Hələ bir neçə ay əvvəl, mütəxəssislər hesablamışdılar ki, hər gün, azı, 800-1000 yük maşını gün ərzində şəhərin mərkəzində yerləşən yükboşaltma məntəqələrindən yükləri şəhərdaxili anbar və tikinti materialları bazarlarına, o cümlədən də “Dərnəgül bazarı”na daşıyırlar. Hələ bazarda çalışanların özlərinin şəxsi avtomobilləri bu siyahıya daxil edilməyib.

Sözsüz ki, bir bazarın köçürülməsiylə şəhərə giriş-çıxışda, eləcə də Bakının mərkəzi küçə və prospektlərinə daxil olmadan digər rayonlara hərəkət istiqamətində önəmli bir yol – prospekt avtomatik olaraq əlavə yükdən xilas edilmiş olur. Üstəlik, yol ətrafındakı hektarlarla boşalmış ərazi paytaxtda yaşıllıqların olmadığı bu bölgədə yeni yaşıllıq sahələrinin, parkların, yaşayış və əyləncə komplekslərinin salınması üçün də ideal məkan sayıla bilər.

Yeri gəlmişkən, onu da xatırladaq ki, mütəxəssis hesablamalarına görə, bir körpü-tunelin tam şəkildə tikilib istifadəyə verilməsi üçün çəkilən xərc və itirilən vaxt böyük bir bazarın şəhərdən kənar yerlərə köçürülməsindən qat-qat artıq müddətə və vəsaitə başa gəlir.

Elə isə, aidiyyəti qurumlar nəyi gözləyir? (strateq.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam