Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Mir Cəlal küçəsi istifadəyə verilib - FOTOLAR

 

Mir Cəlal küçəsi istifadəyə verilib - FOTOLAR
Paytaxtın şimal giriş hissəsində, Nəsimi rayonu ərazisindəki Mir Cəlal küçəsi əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib
Yenixeber.org: Bu barədə  Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, yenidənqurma işləri çərçivəsində 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolaqlı küçəboyu 2 metr enində ayırıcı zolağın ləğv edilməsi ilə küçənin eni 22 metrdən 24 metrə qədər genişləndirilib. Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb.



Layihəyə uyğun olaraq, ayırıcı zolaqda yerləşən yüksək gərginlikli elektrik xətləri və dirəkləri təhlükəsizlik baxımından orada yerləşməsi məqsədəuyğun hesab edilmədiyi üçün yolun altına köçürülüb. Həmçinin yolun bərpası işləri görülüb.



Küçəboyu mövcud köhnə yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, zəruri yerlərdə yeni sistem qurulub, 53 ədəd yeni yağış barmaqlıqları və 160 ədəd kommunikasiya xətlərinin baxış qapaqları qoyulub.



Bundan başqa, vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün 9 min kvadratmetr mövcud piyada səkiləri bərpa olunub, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib. Ümumilikdə küçə boyu 3500 poqonmetr yeni səki daşının düzülməsi işləri aparılıb, ayırıcı zolağa tamet daşlar döşənib.



Küçəboyu yeni asfalt-beton örtüyü döşənəndən sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yeni yol nişanları quraşdırılıb, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparıldıqdan sonra Mir Cəlal küçəsi yeni və müasir görkəm alıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam