Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

RUSİYANI YERLƏ BİR EDƏCƏK 5 MİN TƏYYARƏ VARMI? –“ABŞ yalnız öz gücünə güvənməlidir”

nato_081117

Soyuq müharibənin elə ilk başlarından ABŞ, Avropa və xüsusilə də NATO üzvləriylə birləşmək yoluyla Sovet İttifaqına qarşı ehtiyat tədbirləri görürdü. Onlar birlikdə Sovet İttifaqının “azad dünyaya” tərəf acgöz baxışlarından müdafiə olunmaq üçün “dəmir pərdə” formalaşdırdılar. SSRİ-nin dağılmasından sonra Rusiya Qərb dünyasına heç də az güzəştə getmədi, amma ABŞ bunlara inamsızlıqla yanaşaraq, Rusiyanı yenidən özünün düşməni olmağa məcbur etdi. Ümumi yekunda Amerika öz avropalı dostlarının köməyilə bu günə kimi Rusiyaya qarşı dayanıbdır.

Yenixeber.org: ABŞ hələ ki, tamamilə özünə əmin halda dayanır, amma bunun əksinə NATO ölkələrindəki silahlı qüvvələrin vəziyyəti heç də yaxşı görünmür. Bu yaxınlarda NATO, Hərbi Hava Qüvvələrinin yeni strategiyasını təqdim edib. Bu strategiyada məqsəd NATO üzvü olmayan Avropa ölkələrinin Hərbi Hava Qüvvələrini birləşdirməkdir. NATO bunu kollektiv müdafiə sferası üzrə əməkdaşlıq, Avropa inteqrasiyasının sürətləndirilməsi və həmçinin də anti-böhran sahəsindəki idarəetmə işlərinin möhkəmləndirilməsi kimi izah edib.

Heç şübhə yoxdur ki, onların bu izahı sadəcə olaraq bəhanədir və bu strategiya Rusiyaya qarşı yönəlib. Faktiki baxımdan NATO iki il bundan öncə alyansın səkkiz şərq ölkəsində qoşunları hazırlıq vəziyyətinə gətirmiş və hərbi bazalar yaratmağa başlamışdı. Hal-hazırda NATO xeyli sayda ölkənin ordularından ibarət birləşmiş hərbi güc yaratmağa ümid edir. Hərbi Hava Qüvvələrinin yeni strategiyasını müdafiə həlqəsinin ilk addımı hesab etmək olar.

Amma buna baxayaraq, nə ön səflərdə dayanmış hərbi bazalar, nə də Hərbi Hava Qüvvələriylə əlaqədar yeni strategiya reallığı dəyişə bilməz. Çünk birləşmiş hərbi qüvvələrin say tərkibinin necə olmasına baxmayaraq, NATO ölkələrindəki silahların böyük əksəriyyəti tədricən köhnəlir.

usa_tanks

Statiskaya əsasən bu gün NATO-nun şərq sərhədlərində təxminən 320 min əsgər və 130 tank toplandığı halda Rusiyanın qərb sərhədlərində 780 minə yaxın hərbçi və 750 tank yerləşdirilib. Rəqiblə müqayisədə azsaylı ordusunun olması ilə yanaşı həmin orduların döyüş hazırlığının ruslarla müqayisədə daha aşağı səviyyədə olması da NATO rəhbərlərinə əlavə problemlər yaradır.

Lakin NATO nümayəndəsinin sözləinə görə, onların üstünlüyü Hərbi Hava Qüvvələridir və lazım olan təqdirdə bütün üzv ölkələr təxminən 5 min döyüş təyyarəsi toplayıb, onları operativ şəkildə döyüş meydanına yollaya bilər. Beləliklə, bu yaxınlarda elan olunmuş strategiya yalnız deyilən həmin üstünlüyün genişləndirilməsi üçün yaradılıb və NATO-ya heç də az çətinliklər verməyəcək.

Lakin Rusiya NATO-nun istədiyi kimi edirmi? Əlbəttə ki, yox. Rusiya sadə və kobud formada hərəkət edir. O, özünün qərb sərhəddində xeyli sayda orta mənzilli qabaqcıl zenit raketləri yerləşdirir və yeni radiolakasiya və atəşin idarə olunması sistemlərinin hazırlanması üzərində işləyir.

teyyare

Aydındır ki, Rusiya axmaqlıq edərək NATO ilə açıq qarşıdurmaya girişməyib. Rusiya rəqibin güclü aviasiyasına qarşı çıxmaq yerinə “qeyri-simmetrik” hərəkət etmək qərarı verib. Rusiya ordusu tərəfindən görülən tədbirlər NATO Hərbi Hava Qüvvələrinə Rusiya üçün əsl təhlükə yaratmağa imkan vermir. Rusiya, sərhədləri perimetri boyunca ona təzyiq etməyin qarşısını alır, blokadanı zəiflədir və öz hava məkanında effektli müdafiə qurur.

Amma başlıca məsələ bu deyil. Əgər Avropada yerləşdirilmiş ABŞ Hərbi Hava Qüvvələrini hesaba qatmasaq, onda region dövlətlərinin hava qüvvələrini güclü adlandırmaq olmaz. Götürək elə Almaniyanı. Almaniyanın Hərbi Hava Qüvvələri uzun müddət ərzində döyüşlərdə iştirak etməyib və ona görə də onların yüksək döyüş qabiliyyətindən söhbət gedə bilməz və hətta texnikaya göstərilən baxışın səviyyəsi də sual doğurur. Almaniyada bütövlükdə yaxşı döyüş hazırlığı vəziyyətində olan cəmi on ədəd “Eurofighter Tyhoon” qırıcısının olduğunu söyləmək olar. Əgər NATO-nun bəyanatına istinad etsək, ortada əlavə 4490 təyyarə qalmalıdır. Bəs onları haradan götürmək olar?

Əgər varlı, döyüş qabiliyyətli və güclü Almaniya bu vəziyyətdədirsə, onda yerdə qalan Avropa ölkələri barəsində heç danışmağına belə dəyməz. Böyük Britaniyanın başı “Brexit”ə qarşıb, Fransa özünün Afrikadakı maraqları ilə məşğuldur və rus silahının onlara tuşlanmasına baxmayaraq, deyəsən onları bu narahat etmir.

Deməli, belə görünür ki, əgər ABŞ Avropada Rusiya üçün ağrılı döyüş fəaliyyətləri həyata keçirmək istəyirsə, onda yalnız öz gücünə arxalanmalıdır.

(“Çzinji toutyo”-Çin)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam