Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

NATO Rusiyadan cəmi 60 km aralıqda hərbi baza açdı

    

NATO Rusiyadan cəmi 60 km aralıqda hərbi baza açdı
Baltikyanı ölkələr içərisində ilk dəfə hərbi aviabaza yaradılıb.
Yenixeber.org:  Litvanın Mariyampolsk rayonunun Kazlu Rude şəhərində yaradılan yeni aviasiya poliqonu Litva Silahlı Qüvvələrinin ixtiyarına verilib.
Litva Müdafiə Nazirliyindən bildiriblər ki, hərbi aviabaza havadan zərbələr üçün NATOstandartlarına uyğun şəkildə qurulub və ABŞ-ın Pensilvaniya ştatının Milli Qvardiyasının mühəndis heyətinin iştirakilə inşa edilib. 

Yeni hərbi baza Rusiya ilə sərhəddən cəmi 60 kilometr məsafədə yerləşir. Bu aviabazada NATO-un iştirakilə hərbi təlimlərin keçirilməsi də nəzərdə tutulub. 

Qeyd edək ki, Kazlu Rude aviabazasının tikintisinə ötən ilin payızından start verilib. Bazanın yaradılması üçün çəkilən xərclər açıqlanmır. Bundan əvvəl Litva Müdafiə Nazirliyi bəyan etmişdi ki, ordu poliqonlarının modernləşdirilməsi üçün 2021-ci ilədək 47 milyon avro lazım olacaq. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam