Yenixeber.org: Rəsmi açılış mərasimində Gürcüstanın müdafiə naziri Levan İzoriya, ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsini icra edən Elizabet Rud və digər rəsmi şəxslər iştirak edib.
Təlimlərə Gürcüstan, ABŞ, Bolqarıstan, Rumıniya, Latviya, Yunanıstan, Ukrayna, Türkiyə, Çexiya və Estoniya hərbçiləri qatılıb.
Sentyabrın 11-dək davam edəcək təlimlərin keçirilməsində məqsəd NATO çevik reaksiya qüvvələrinin tərkibində birgə əməliyyatlara və böhran vəziyyətlərə hazırlığın artırılmasıdır.
Qeyd edək ki, “Agile Spirit” hərbi təlimləri Gürcüstanda 2011-ci ildən etibarən ABŞ və NATO ilə əməkdaşlıq çərçivəsində hər il keçirilir.