Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

KREMLİN QARABAĞA “MEDVEDEV MÜNASIBƏTİ”... - Anti-terror əməliyyatının hesabı Paşinyana kəsiləcək?

“Bir gün qardaş ölkədən olan həmkarlarımdan biri mənə dedi ki, “Mən sizin üçün yad adamam, ona görə də məni qəbul etməyəcəksiniz”. Mən isə cavabımda bildirdim ki, biz tərcümeyi-hal ilə yox, davranışlarla mühakimə edirik. Sonra o, müharibəni uduzdu və qəribə bir şəkildə öz yerində qaldı. Sonra məğlubiyyətə görə Rusiyanı günahlandırmaq qərarına gəldi. Daha sonra isə ölkəsinin ərazisinin (?!) bir hissəsindən imtina etdi. Sonra NATO ilə əlaqə qurmaq qərarına gəldi və arvadı meydan oxuyurmuşcasına “peçenye” ilə düşmənlərimizin yanına getdi. Görəsən, onu hansı aqibət gözləyir?”

Yenixeber.org: Bunu Rusiya Təhlükəsizlik Şurası(TŞ) katibinbin müavini, sabiq prezident və baş nazir Dmitri Medvedev öz səhifəsində Nikol Paşinyanı nəzərdə tutaraq paylaşıb.

Yaxşı məlumdur ki, Medvedev hər nə qədər qeyri-adekvat, hətta əyyaş birisi kimi təqdim olunsa da, Vladimir Putinin ürəyindən keçən, lakin vəzifəsindən irəli gələrək deyə bilmədiklərini deməklə məşğuldur. Medvedevin paylaşımları Kremlin, Rusiya siyasi elitasının böyük hissəsinin mahiyyətinin, siyasi düşüncəsinin küçə jarqonu ilə, yəni, belə demək mümkünsə, ən səmimi, “Rusiyasayağı” ifadəsidir. Bu baxımdan yuxarıda qeyd etdiyimiz və Paşinyanı aşağılamağa, təhdid etməyə hesablanmış bu paylaşımda Qarabağda erməni azlığının yaşadığı ərazilərin hüquqi mənsubiyyətinə dair yer almış təxribatçı fikir də təsadüfi deyil.


Medvedev Paşinyanı nəzərdə tutaraq, “Daha sonra isə ölkəsinin ərazisinin (?!) bir hissəsindən imtina etdi” deyərkən, sözsüz ki, keçmiş dağlıq Qarabağdan danışır. Yəni, Qarabağın hazirda müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətinə verilmiş hissəsini Ermənistanın ərazisi kimi “tanıyır”, onun “əldən çıxmasına” görə məsuliyyəti isə “Qarabağ Azərbaycandır” deyən Paşinyanın üzərinə atır.

Zatən, bu tezis son zamanlar Mariya Zaxarovadan Sergey Lavrova, hətta Putinə qədər Rusiya rəsmiləri və politoloqları tərəfindən tez-tez səsləndirilir. Lakin əgər onlar Qarabağda erməni azlığının yaşadığı əraziləri ərazi-hüquqi mənsubiyyətini üstörtülü şəkildə mübahisələndirirlərsə, Medvedev onu birbaşa Ermənistana aid etmiş olur. Bunu təsadüfi hal, mexaniki səhv, yaxud Medvedevin “kefli olması” ilə əlaqələndirmək əlbəttə ki, doğru deyil. Medvedevin bu “qələti” təkcə ermənilərə Paşinyana qarşı üsyan siqnalı, yaxud onu hakimiyyətə gətirdikləri üçün acıq vermək cəhdi yox, həm də Azərbaycanı və Qarabağın erməniəsilli əhalinin yaşadığı ərazilərə nəzarəti də itirmək üzrə olduğunu anlayan, lakin bunu qəbul etmək istəməyən Kremlin imperiyaçı düşüncəsinin çırpıntısı, harayıdır...

Bu gün Rusiyanın Azərbaycanın anti-terror əməliyyatına müdaxilə etməməsini hansısa anlaşma, razılaşma kimi təqdim etmək istəyənlər Kremlin düşdüyü vəziyyəti tam, əhatəli dəyərləndirmək istəmirlər. Məsələ ondadır ki, Kremldə, yaxud Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Rusiya hər zaman ermənipərəst mövqedə olub və olacaq. 

Ona görə də Rusiyanın bizim anti-terror əməliyyatına nisbətən “susqun”, neytral münasibət göstərməsinə Kremlin bizə qarşı “lütfü” kimi yox, Moskvanın özünün hazırkı durumu kontekstində baxmaq lazımdır. Moskva elə bir durumdadır ki, bizim regiondakı istənilən sərt gediş, addım onun özünün ziyanına, əleyhinə işləyəcək. Birmənalı şəkildə Ermənistanı və Xankəndindəki separtatçı rejimi dəstəkləsə (buna həm də fiziki gücü çatsa), qarşısında Türkiyəni və Cənubi Qafqazın ən strateji vacib, güclü ölkəsi olan Azərbaycanı birdəfəlik itirmək təhlükəsini görəcək.

Yox, Azərbaycanın tərəfini tutacaqsa, Ermənistandakı onsuz da zəifləmiş mövqelərini daha da itirəcək, oradakı tərəfdarlarını, “5-ci kolonunu” pis vəziyyətdə qoyacaq və onların Paşinyanı devirmək cəhdlərini baltalamış olacaq. Həmçinin, növbəti dəfə KTMT-dəki, Avrasiya İqtisadi İttifaqı da daxil olmaqla, olan-qalan bütün tərəfdaşlarına nə dərəcədə “etibarlı strateji müttəfiq” olduğunu göstərəcək. Bir sözlə, başı zatən Ukraynaya qarışmış və hərəkət imkanları hədsiz dərəcədə məhdudlaşan Rusiyanın hazırda bizim regionda atacağı istənilən növbəti addım öz əleyhinə çevriləcək. Ona görə də bu cür “nə ət, nə balıq” siyasəti yeganə doğru olan çıxış yolu kimi görünür. 

Rusiyanın Bakı ilə sövdələşməyə gedərək, “Qarabağı Azərbaycana verməsi” barədə danışanlar isə Putinin 44 günlük müharibədən sonrakı fikirlərini yəqin ki, unudublar. Unudublar ki, o, hətta Paşinyan “Qarabağ Azərbaycandır” dediyi günə qədər Qarabağın erməniəsilli əhalinin yaşadığı ətrazilərin “statusunu” “gələcək nəsillərə buraxmaq” planlarından danışırdı.

Onu da unutmayaq ki, Xankəndindəki rejimin çökdürülməsi və Azərbaycanın ərazi bütövlüyünün tam bərpası Ukraynanın Donbas və Krım üzərindəki gələcək suverenliyinin bərpası üçün əhəmiyyətli bir bir presedent, nümunədir. Deməli, bu gün Azərbaycanın öz torpaqlarına sahib çıxması istiqamətində atdığı tam qanuni addımlar heç bir halda Kremlin regiondakı əzəli imperiya maraqlarına uyğun ola bilməz...

Nəhayət, Qarabağdakı anti-terror əməliyyatının Ermənistanda vəziyyəti gərginləşdirməsinə, Paşinyan hakimiyyətinə təhlükə yaratmasına və bunun Rusiyanın əlinə işləməsinə gəlincə, bu mövzuda adi bir sual yaranır: Azərbaycan Ermənistanda hakimiyyət dəyişikliyi ola bilər deyə öz ərazilərini separatçı rejimdən, qanunsuz hərbi birləşmələrdən, terrorçulardan təmizləməli, öz əraziləri üzərində suverenliyini bərpa etməli deyil?


Paşinyana 44 günlük müharibədən əvvəl və sonra kifayət qədər vaxt verilmişdi, ancaq onun bu vaxtdan necə istifadə etdiyi göz qabağındadır. Digər yandan, Azərbaycan öz tarixi, qlobal problemini tam həll etdikdən və günbəgün gücləndikdən sonra İrəvanda Paşinyanın, yaxud hansısa başqa bir “yan”ın hakimiyyətdə olmasının bizim üçün müəyyən təsiri olsa da, o qədər də böyük, həyati əhəmiyyəti qalmayacaq.

Odur ki, Azərbaycan əsgəri İrəvana, Moskvaya, Parisə, Vaşinqtona və s. boylanmalı deyil, öz işini, vəzifəsini yerinə yetirməlidir, yetirir və yetirəcək də!(Azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam