Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Kissincer Durumu Dəyişmək Gücündə Deyil -ANALİZ

Yenixeber.org: ABŞ-la Çin arasında münasibətlər gərgin olsa da, Vaşinqton Pekinlə münasibətlərdə “xalq diplomatiyasının” imkanlarından istifadə etməyə çalışır. ABŞ-ın keçmiş dövlət katibi yaşı 100-ü haqlayan Henri Kissincerin iyul ayında Çinə növbəti səfəri bunun sübutudur. Çin lideri Tsi Cinpin Henri Kissinceri Pekində şəxsən qəbul edib və qocaman amerikalı diplomatı Çinin köhnə dostu adlandırıb.

Tsi Cinpin görüşdə Kissinceri xeyli tərifləyib. Çin lideri Kissinceri Pekin və Vaşinqton arasında münasibətlərin normallaşmasına töhfə verdiyini bildirib. Cinpinin sözlərinə görə, Kissincer fəaliyyətilə iki dövlət arasında münasibətləri normallaşdırmaqla yanaşı dünyanı da dəyişib.

Buna baxmayaraq, Tsi Cinpin görüşdə Amerikadan şikayətini Kissincerin diqqətinə çatdırıb. Çinlə ABŞ-ın yol ayrıcında olduğunu söyləyən Cinpin Vaşinqtonun seçim etməsi gərəkliyini bildirib. Cinpin Vaşinqtonun Çinin maraqlarına hörmətlə yanaşması vacibliyini səsləndirib.

Henri Kissincer 1970-ci illərdə ABŞ-Çin münasibətlərinin normallaşmasının və yaxınlaşmasının memarı sayılsa da, o indiki durumu dəyişmək gücündə deyil. Çinlə ABŞ arasında fikir ayrılıqları prinspial əhəmiyyət kəsb edir. Kissincerin ABŞ-da vəzifədə olduğu dövrdə Çin indiki qədər güclü deyildi, öz problemləri ilə məşğul idi. Bundan başqa o illərdə Kissincer Çinlə keçmiş SSRİ arasında gərgin münasibətlərdən istifadə edərək Vaşinqton-Pekin yaxınlaşmasına nail olmuşdu.  Hazırda isə Pekin Kremlin strateji tərəfdaşıdır. Digər tərəfdən son illərdə Çinlə Rusiya ABŞ və müttəfiqlərinə qarşı, Qərb və müttəfiqləri isə Çinə və Rusiyaya qarşı müxtəlif birliklər yaradıblar. ABŞ-ın bölgədə Çinin rəqibləri ilə strateji tərəfdaşlıq qurması da Pekinlə Vaşinqton arasında münasibətlərin normallaşmasına əngəldir.

Bu arada, ABŞ və Hindistan sentyabr-oktybar aylarında Alyaskada “Yudh Abhyas” adlı birgə hərbi təlimlərə hazırlaşırlar. Ötən il iki ölkə arasında birgə hərbi təlimlər Çinlə sərhəddə yaxın ərazidə keçirilmişdi. Hərbi təlimlərə helikopterlərlə yanaşı pilotsuz uçuş aparatları cəlb edilmişdi.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam