Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“Ən böyük təhlükə Rusiyadan deyil, Çindən gələcək” -KİSSİNCER

kissincer

 

“Kissincer ABŞ və Rusiya arasında vasitəçilik etmək istəyir”

Xeberinfo.com:    Donlad Tramp ağır çəkili siyasətçini öz tərəfinə çəkə bilib. 93 yaşlı əfsanəvi keçmiş dövlət katibi Henri Kissincer ABŞ-ın gələcək prezidentinin xarici siyasətdə hansı işlər görmək fikrində olmasını və onun Rusiya ilə yeni nüvə silahı yarışmasına eyham vurmasının arxasında nəyin dayandığını dünyaya izah etməlidir. Kissincer həmçinin Ukrayna barəsindəki baş planın nədən ibarət olmasını da təsvir etməlidir.

Tramp Kreml ilə yenidən yaxınlaşmaq istəyir. Kissincer Moskva və Vaşinqton arasında vasitəçilik missiyasını yerinə yetirəcək. Deyilənə görə onun Rusiya prezidentinə qeyri-adi yaxınlığı var.

Yəhudi kökləri olan Almaniya doğumlu köhnə diplomata nə dərəcəd’ ciddi yanaşmaq olar? Fakt göstərir ki, Donald Trampın öz qələbəsindən sonra məsləhət üçün müraciət etdiyi ilk şəxslərdən biri məhz Kissincer olub. Həmin müraciətdən sonra Kissincer Pekində Si Çzinpin ilə görüşdü.

- Nüvə təhlükəsi

Soyuq müharibənin başlanması ehtimalı və həmçinin də Donald Tramp və Çin hökuməti arasındakı hazırkı gərgin münasibətlər Kissincerin təcrübəsinin nə dərəcədə dəyərli olduğunu göstərir. Bax, budur onun tərcümeyi-halından hissələr.

- 1960-cı ildə o, Nyu-York ştatının qubernatoru Nelson Rokfellerin müşaviri qismində dünyanı nüvə fəlakəti həddinə çatdıran Kuba böhranını yaşayıb.

- Kissincer 1973-cü ildən 1977-ci ildədək Riçard Nikson və Cerald Fordun prezidentlikləri dövründə dövlət katibi kimi istedadlı danışıqlar ustası kimi şöhrətlənib. Kissincer İsrail ilə Misir və Suriya arasında gedən müharibəyə son qoyulmasına nail olmuşdu.

- O, Riçard Niksonun Çinə etdiyi məşhur səfəri hazırlamışdı. Bu səfər iki böyük dövlət arasındakı ticarət münasibətlərinin əsasını qoydu.

- Kissincer ATƏT-in Helsinki yekun aktını möhkəmləndirmək üçün Almaniyanın federal kansleri Helmut Şmidt və xarici işlər naziri Hans Ditrix Henşerlə çox sıx əməkdaşlıq edib.

- O, ulduz müharibələri dövründə ABŞ prezidenti Ronald Reyqana məsləhətlər verib.

Və bəzi başqa şeylər: Kissincer Kreml rəhbəri Putini Berlin divarının sökülməsi zamanından tanıyır. Deyirlər ki, o vaxt Kissincer gənc rusdan onun peşəkar fəaliyyəti barəsində soruşub. DTK-nın keçmiş agenti cavab verib: ”Mən məxfi xidmətdə işləmişəm”.

Putin barəsində yazılan “Birinci şəxsin adından: Vladimir Putinlə söhbətlər” kitabındakı tərcümeyi-hala görə, Kissincer deyib: ”Bütün intizamlı adamlar məxfi xidmətdə işləməklə başlayıblar, mən də həmçinin”.

O dövrdən indiyədək Kissincer, baxmayaraq ki, iki ölkə arasında münasibətlər əhəmiyyətli dərəcədə soyuyub, lakin Putinin daimi görüşdüyü az saylı amerikalılar arasında Kissincerlə yanaşı “ExxonMobil”-in başçısı və Trampın dövlət katibliyinə namizəd irəli sürdüyü Reks Tillerson və həmçinin aktyor Stiven Siqal da var.

Kissincer hesab edir ki, hərbi planda daha da möhkəmlənən Çinə qarşı lazımı mövqedə dayanmaq üçün Rusiya ilə yaxınlaşma düzgün addımdır. Çünki Amerika və Rusiya arasındakı tarazlıq qlobal sabitliyi gücləndirər.

donald-tramp-1

Qərbi Avropa məlumat agentliklərindən birinin analizinə görə, Tramp ”Kissincerin tövsiyyəsi”ni nəzərə alaraq, anti-Rusiya sanksiyalarının ləğv olunmasına can atır.

Daha sonra analizdə deyilir ki, Kissincer Rusiyanın keçmiş sovet respublikaları – Belarus, Ukrayna, Gürcüstan və Qazaxıstan üzərindəki təsirinin qəbul olunmasını tövsiyyə edir. Bu, o anlama gələr ki, ABŞ siyasi baxımdan Polşa/Baltika və İran, Əfqanıstan və Çin arasındakı məkanı Rusiyanın təsir zonası kimi tanıyır.

Ukrayna üçün siyasi və iqtisadi inkişaf baş planı tərtib olunmalıdır. Buradakı ideyanın məğzi ondan ibarətdir ki, Rusiya Şərqi Ukraynanın təhlükəsizliyinə təminat verir -yəni tədricən oradan çıxır. Bunun əvəzinə isə, Qərb Krım məsələsini bir daha dilə gətirmir. Hərçənd ki, Krım yarımadasının işğalı rəsmi şəkildə tanınmayacaq, amma bu məsələ böyük dövlətlər arasındakı münasibətlərdə bir daha müzakirə mövzusu olmayacaq.

Ona görə də Tramp və Kissinceri ABŞ-ın vaxtlə Qərbi Almaniyada səfiri olmuş 69 yaşlı Riçar Bert də dəstəkləyəcək. O, Putinin yaxın dostunun rəhbərlik etdiyi “Alfa-Bank”a məsləhətlər verir.

ABŞ-dakı seçki kampaniyası zamanı “Alfa-Bank”ın serverlərindən biri ilə Nyu-Yorkdakı “Trump Tower” serverlərinin biri arasında məxfi elektron yazışması aparıldığı bildirilir. Tramp və Putin arasındakı mövcud sıx əlaqə barəsində başqa bir fakt isə məxfi xidmətin məlumatıdır. Həmin məlumata görə, Trampın hələ and içməsinə kimi Rusiya prezidentinin onunla telefon əlaqəsi qurmaq imkanı var.

Moskva və Vaşinqton arasına münasibətlərdəki dəyişiklər üçün “konstruktiv əməkdaşlıq” və “münasibətlərin normallaşması” formulası razılaşdırılıb. Birbaşa danışıqlar Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyak tərəfindən aparılır.

Niderlandın “Cicero Foundation” analitik beyin trestinin mütəxəssisi Marsel fon Herpen Kissincerin motivini belə izah edir: ”Kissincer realistdir. Onun üçün əsas məsələ insan haqları və demokratiya yox, beynəlxalq balansdır”.

Həmçinin bu yaxınlarda “Waşinqton Post” qəzetində belə bir fikir getmişdi: ”Hələ Nikson Çinə səfərə yola düşəndə belə, Kissincer hesab edirdi ki, uzun müddətli perspektivdə ən böyük təhlükə Rusiyadan deyil, Çindən gələcək”.

(“Bild”-Almaniya)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam