Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“Böyük Yeddilər” Rusiya İlə Ermənistan Arasında Gizli Sövdələşmədən Xəbərdardır -ANALİZ

Yenixeber.org: Böyük yeddilərin” liderlərinin Yaponiyanın Xirosimo şəhərində keçirilən sammitinın əsas mövzusu yenə Ukrayna oldu. Əlbəttə, böyük dövlətlərin liderləri iqlim dəyişikliyi, qlobal iqtisadi durum, nüvə təhlükəsizliyi kimi mövzuları da müzakirə etdilər. Ancaq Ukrayna bütün mövzuların fövqündə idi.

Toplantının ilk günü liderlər Ukrayna müharibəsiylə bağlı birgə bəyanat qəbul etdilər. Bəyanat 11 bənddən ibarət idi. Liderlər Ukraynaya nə qədər lazımdırsa o qədər dəstək verəcəklərini bir daha vurğuladılar. Bu o deməkdir ki, “böyük yeddilər” əllərindən gələni edəcəklər ki, Ukrayna məğlub olmasın. Ancaq müzakirənin başladığı ikinci gün Rusiyanın Ukraynanın Baxmut şəhərinin işğalını yekunlaşdırdığı xəbər gəldi. Halbuki, Rusiya ordusu və “Vaqner” muzdluları aylardır şəhəri işğal etməyə müvəffəq olmur, on minlərlə itki verirdi. Ukrayna ordusu müqavimətini sona qədər davam etdirməyə çalışsa da, geridə daha münasib mövqeyə çəkildi. Bu son deyil, Ukrayna Baxmutu geri qaytarmaq uğrunda mübarizəsini davam etdirəcək.

Ukrayna prezidenti Volodimir Zeenskinin sammitdə videokonfrans vasitəsilə iştirakı açıqlanmışdı. Buna baxmayaraq, Zelenski sammitdə iştiraka qərar verdi. Bu Zelenski üçün ona görə vacib idi ki, liderlərilə ümumi və təkbətək söhbətlərdə Ukraynaya dəstəyin artırılması vacibliyini onlara izah etsin. Misal üçün Ukrayna ABŞ-dan F-16 təyyarələrini almağa çalışır. Vaşinqtonda bu xahişə müsbət yanaşanlar da var, mənfi yanaşanlar da. Rusiya təyyarələri Ukrayna səmasında  üstünlüyə malikdilər.

“Böyük yeddilərin” liderləri Rusiyaya qarşı sanksiyaların təsirli olduğunu və Rusiyanın gərlirlərinin azaldığını bildirdilər. Rusiyaya qarşı sanksiyalar daha da sərtləşəcək, siyahıya yeni şirkətlər və daha çox Rusiya vətəndaşının ismi və soyadı əlavə olunacaq. Misal üçün Böyük Britaniya siyahını 86 Rusiya vətəndaşına qədər artırıb, Kanadanın siyahısında isə Rusiyanın 70 şəxsi və şirkəti yer alıb. ABŞ-ın siyahısında isə Rusiyanın sanksiya altında olan şirkətləriylə əməkdaşlıq edən Ermənistan şirkətləri də var. “Atlas” Araşdırmalar Mərkəzinin ötən ay hazırladığı analitik hesabatda Vaşinqtonla Brüsselin Rusiyanın dövlət şirkətlərini sanksiyalardan qurtulmağa çalışan Ermənistanın dövlət şirkətlərin siyahısı dərc edilmişdi. Bu Ermənistanla Rusiya arasında gizli sövləşmədir.

“Böyük yeddilərin” ikinncə əsas mövzusu Çin idi. Liderlər Çinin okeanlarda hərbi gücünü artırmasından, Tayvana qarşı hərbi planlar hazırlamasından və uyğurlara qarşı təzyiq siyasətindən narahat olduqlarını bildiriblər. Pekin bu ittihamlara sərt reaksiya verib. Pekin Yaponiyada Çinə qarşı səslənən fikirlərin münasibətlərə zərər vuracağını bildirib. Pekin Tayvan və uyğurlar məsələsinin Çinin daxili işi olduğunu bəyan edib.

Pekinin bəyanatına baxmayaraq, Qərb ölkələri hər iki məsələylə bağlı fərqli mövqeyə malikdirlər. Təsadüfi deyil ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak Çini qlobal təhlükəsizliyiə ən böyüj təhdid adlandırıb. “Böyük Yeddilik Çinə münasibətdə məqsəd birliyini nümayiş etdirib. Çin əsrimizin qlobal təhlükəsizlik və rifah üçün ən böyük çağırışını təmsil edir” deyən Böyük Britaniya hökumətinin başçısı Rusiya ilə yanaşı Çinlə də mübarizənin davam etdirilməsi vacibliyinə toxunub.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam