Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

İsrail Güney Azərbaycana Niyə Maraq Göstərir? -ANALİZ

Yenixeber.org: İsrail parlamentinin 32 deputatı Güney Azərbaycanla bağlı ölkənin Xarici İşlər Nazirliyinə müraciət edib. Onlar İsrail Xarici İşlər Nazirliyindən İran müxalifətinə və Tehranın cənubi azərbaycanlılara qarşı repressiv addımlarının güclənməsinə diqqət yetirməyi xahiş ediblər. Depuatların müraciətində bu cümlələr var: “Azərbaycanlılar İranda sayı 20 milyondan çox olan ən böyük millətdir. Rejim mədəni soyqırım siyasəti yürüdür, azərbaycanlıların təhsil almaq və irsini ötürmək, Azərbaycan dilini öyrətmək və hətta uşaqlarını qeydiyyata almaq hüquqlarını məhdudlaşdırır”.

İsrail parlamentinin 32 deputatı Güney Azərbaycanla bağlı ölkənin Xarici İşlər Nazirliyinə müraciəti tarixi hadisədir. 

Birincisi, 32 deputat İsrail parlamentinin bütün üzvlərinin dörddə biridir. Bu say arta da bilər. İranda İslam inqilabından bu yana İsrail düşmən dövlət elan edilib. Halbuki, İranda şah rejimi dövründə Tehranın İsraillə sıx münasibətləri var idi. İran və İsrail ABŞ-ın bölgədəki iki əsas müttəfiqi idi. İrandakı rejim İsraili düşmən ölkə elan etdikdən sonra İsrail də İrandakı rejimə qarşı mübarizəni gücləndirib. İranın nüvə çalışmaları ilk növbədə İsraili narahat edir. Çünki İran nüvə silahı əldə edərsə İsrail hədəf götürüləcək. Buna görə də İsrail hökuməti və israilli deputatları İrandakı rejimin dəyişməsini və bu ölkədə xalq hakimiyyətinin formalaşmasını istəyirlər.

 İkincisi, İsrail İrandakı prosesləri diqqətlə izləyir və haqlı olaraq bu qənaətə gəlib ki, İranda yaşayan azərbaycanlılar əsas güclərdən biridir. Bu güc İrandakı teokratik rejimi laxladacaq səviyyədədir. İrandakı rejim ən çox azərbaycanlı fəallardan qorxur və ən çox həbs olunanlar da məhz azərbaycanlılardır. Buna görə də İsrai Güney Azərbaycan mövzusuna diqqət ayırmağı lazım bilib.

İsrailin Güney Azərbaycana artan diqqəti İran rejimi ilə yanaşı ona müxalif olan şah tərəfdarlarını da narahat edib. İranın keçmiş şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi Tvitter hesabında İsrail parlamentinin 32 deputatının Güney Azərbaycanla bağlı ölkənin Xarici İşlər Nazirliyinə müraciəti qəbulolunmaz hərəkət adlandırıb. Pəhləvi İsrailin Knesset üzvlərinin bu müraciətini İranın ərazi bütövlüyünə qarşı addım kimi dəyərləndirib: “Belə ağılsız bəyanatlar İsrail liderləri və yüksək rütbəli rəsmilərinin onlarla keçirdiyim görüşlərdəki mövqeləri ilə tamamilə ziddiyyət təşkil edir. Bu gün mən Yerusəlimdəki dostlarımıza özümün və həmvətənlərimin bu məsələ ilə bağlı narahatlığımı bildirdim. Deputatların müraciəti İran hakimiyyətinin maraqlarına xidmət edir”. Pəhləvi İsrail dövlətinin məsələyə aydınlıq gətirməsini, İran-İsrail xalqları arasındakı dostluğa kölgə salan hərəkət barədə açıqlama verməsini xahiş edib.

Rza Pəhləvinin atası və babası azərbaycanlılara İrandakı rejimdən az zülm etməyib. Şahın hakimiyyəti dövründə minlərlə azərbaycanlı qətlə yetirilib, həbsxanalar günahsız insanlarla doldurulub. Nəvə Pəhləvinin ilk növbədə şah rejimi dövrünün yumşaq desək səhvlərini etirafı və bir daha bunların gələcəkdə təkrarlanmamasını vurğulaması lazımdır. Ancaq o bunu etmək əvəzinə Güney Azərbaycan amilinə önəm verən İsrailə qəzəblənib. Halbuki, bir müddət əvvəl Pəhləvi İsrailə səfər etməyi lazım bilmişdi. Yəqin Pəhləvi yanlış olaraq düşünüb ki, əgər onu İsrailə dəvət ediblərsə, İran rejiminə əsas alternativ kimi məhz onu qəbul edirlər. Pəhləvi və onun tərəfdarları son aylarda fəallaşıblar, özlərini İrandakı indiki rejimə əsas alternativ kimi göstərməyə çalışır, müxtəlif forum və konfranslarda iştirak edirlər. Buna rəğmən, Qərb ölkələrində siyasi sığınacaq tapan və illərdir İran rejiminə qarşı mübarizə aparan Güney Azərbaycandan olanlar da fəallıqlarını artırıblar və onlar Pəhləvini İrandakı rejimə alternativ kimi görmürlər. İsrail və Qərb ölkələri Pəhləvi ilə dialoqlarına baxmayaraq, İran rejiminə müxalif olan bütün qüvvələrlə təmas qurmağı lazım bilirlər. Bu doğru strategiyadır. Çünki İranda rejimə qarşı mübarizə aparan fərqli millətlər, o cümlədən azərbaycanlılar demokratiya, insan və milli hüquqlar uğrunda mübarizə aparırlar. Onlar ona görə mübarizə aparmırlar ki, Pəhləvi sülaləsi yenidən hakimiyyət başına keçsin.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam