Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

ABŞ Rusiyaya qarşı ikinci cəbhəni Ermənistanda aça bilər: “İlham Əliyevə böyük Azərbaycan vəd olunub”

ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi Filip Riker Cənubi Qafqaza Rusiyaya qarşı ikinci cəbhənin açılması üçün gəlmişdi. 

Yenixeber.org: Bunu onun Gürcüstana səfərindən dərhal sonra hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidzenin ikinci cəbhə barədə verdiyi açıqlamadan anlaya bilərik. Kobaxidze sentyabrın 13-də keçirdiyi mətbuat konfransında Gürcüstan hökumətinin Rusiyaya qarşı ikinci cəbhənin açılması fikrini bəyənmədiyini, amma bununla bağlı referendum keçirəcəyini, xalq “hə” deyərsə, məcburən buna gedəcəyini demişdi. 

Sözsüz ki, istənilən bir hökumət bəyənmədiyi bir siyasəti həyata keçirməyi rahatlıqla xalqın öhdəsinə buraxırsa, deməli hansısa təzyiq basqı altındadır. Bu zamanadək Gürcüstana təzyiqi Ukrayna edirdi və Tbilisi bu tələbi dəfələrlə açıq şəkildə geri çevirmişdi. Ukraynanın Gürcüstan hökumətinə onu referenduma getməyə məcbur edəcək qədər təsir gücünə olması inandırıcı deyil. Aydındır ki, Tbilisi daha güclü bir dövlət tərəfindən buna məcbur edilir və o da həmin məsuliyyətli qərarı xalqın ixtiyarına buraxır. ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisinin həmin vaxt Gürcüstanda olması və ölkənin Baş naziri Qaribaşvili ilə görüşməsi, görüşdə Abxaziya və Cənubi Osetiya məsələsinin müzakirə edilməsi də bu ehtimalı gücləndirir. 

 

  Bəs, ABŞ Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhəni hansı qüvvələrin əliylə aça bilər? 

Sözsüz ki, bu məsuliyyətli vəzifə təkcə Gürcüstana aid deyil. Eyni zamanda Azərbaycanda və Ermənistanda da rus hərbçiləri var. Azərbaycandakı rus hərbçiləri Qarabağda yerləşir və biz çoxdan həmin qüvvələrin ölkəmizdən çıxmasına razıyıq. Yeri gələndə bunun hüquqi mexanizmi də var. Cəmi 2 il yarımdan sonra Azərbaycan rus “sülhməramlı”larına “zəhmət çək, şələ-şüləni yığışdır və öz xarabana qayıt” deyə bilər və yəqin ki, deyəcək də. Ukrayna savaşında getdikcə qüvvəsi tükənən Rusiyanın buna etiraz etməsi və üzüsulu Qarabağdan çıxmaması üçün heç bir səbəb yoxdur. 

Ən çətin məsələ isə Ermənistanın öhdəsinə düşür. Çünki onun ərazisində Rusiyanın 102-cü hərbi bazası yerləşir və Moskva ilə İrəvan arasında 2010-cu ildə bağlanan hərbi əməkdaşlıq müqaviləsinə əsasən, bazanın bu ölkədə qalma müddəti 2044-cü ilə qədər uzadılıb. Dolayısıyla İrəvanın bizim kimi birdən-birə Rusiyaya “idi domoy” demək şansı yoxdur. Həm də o şəraitdə ki, Ermənistan Azərbaycanla faktiki müharibə aparır və sülh sazişi bağlamaq niyyətində deyil. Bu isə İrəvanı istər-istəməz Moskvanın ətəyindən bərk-bərk yapışmaq məcburiyyətində buraxır.

 

Görünür, məhz bu səbəbdən də ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik üzrə müşaviri Con Bolton 2018-ci ildə İrəvanda olarkən ölkə rəsmilərinə belə demişdi: “Ermənistanın dayanıqlı və suveren dövlət kimi inkişafı yalnız bir halda -  Ermənistan-Azərbaycan münaqişəsi həll edilərsə, mümkündür”.

Məsələyə bu aspektdən nəzər salanda görürük ki, Paşinyan hökuməti yalnız rus qoşunları və ölkədəki rusqafalılarla döyüşərək ölkəsinin real müstəqilliyini təmin edə bilər. Zənnimizcə, Filip Rikerin İrəvan səfərindən bir neçə gün sonra Ermənistanın Azərbaycana hücumu və adekvat cavab alması, ardınca da Paşinyanın ortaya çıxıb “məni söysəniz də, devirsəniz də sülh müqaviləsi bağlamağa hazıram” deməsi təsadüfi deyildi. Məqsəd Azərbaycanla sülh sazişi bağlamaqdan başqa çarə olmadığını, əks halda qanlı müharibənin yenidən başlayacağını, minlərlə əsgərin öləcəyini erməni xalqına əyani şəkildə göstərmək idi. 

Paşinyan bu həqiqəti xalqa göstərdi göstərməyinə, amma rus imperializmi də boş dayanmadı. Özünün 5-ci kolonunu hərəkətə gətirərək Azərbaycanla sülh sazişi bağlamaq istəyən Paşinyan hökumətinə qarşı üsyan dalğasına start verdi. Erməni lideri xalqın qəzəbindən çəkinərək qaçıb etibarlı yerdə gizlənsə də, onun üzərinə götürdüyü bu öhdəlikdən qaçmaq şansı yoxdur. 

 

Paşinyanı devirmək də ruspərəstlər üçün asan olmayacaq. Çünki ermənilər rus nökərləri olan keçmiş hökumətlərdən beziblər və onların yenidən hakimiyyətə qayıtmasını istəmirlər. Ən əsası isə, yeni hökumətlər də sülh sazişi imzalamaq məsuliyyətindən qaça bilməzlər və Rusiyanı Cənubi Qafqazdan qovmaq (“iti qovan kimi” demirəm ki, birdən bizim avrasiyaçıların acığına gələr) istəyən ABŞ da onlara qarşı öz qüvvələrini hərəkətə keçirmək məcburiyyətində qalacaq. Bu isə Ermənistanda vətəndaş müharibəsinə gətirib çıxara bilər.  

Görünən budur ki, ABŞ Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhəni Ermənistanda açmağa hazırlaşır. Özü də ermənini erməniyə qırdırmaqla.

Sual oluna bilər: ABŞ-ın Rusiyaya qarşı açmağı planlaşdırdığı ikinci cəbhə niyə Moskvadan çox, Tehranı narahat edir?

Zənnimizcə, bu suala ən dolğun cavabı erməni politoloq Stepan Danielyan aydınlıq gətirib. O, özünün facebook statusunda  bildirir ki, əslində bütün oyunlar təkcə Rusiyanın yox, həm də İranın başı üzərində oynanılır. Politoloqun fikrincə, ABŞ, Böyük Britaniya və İsrailin birgə hazırladığı və arxasında dayandığı bu ssenarinin təzahürü liderlərin son Brüssel danışıqlarında ortaya çıxdı. Bu danışıqların əsas məqsədi Ermənistana İran sərhədindən imtina etməsini qəbul etdirmək idi:

 

“Ermənistan İran sərhədindən imtina edərsə növbəti addım Şimali İranda azərbaycanlıları qiyama qaldırmaq olacaq. Bununla da İran Azərbaycanla müharibəyə cəlb olunacaq və təcavüzkar tərəf kimi hər tərəfdən döyüləcək, beləcə, nüvə proqramı məsələsi də bağlanacaqBunun müqabilində isə Əliyevə böyük Azərbaycan vəd olunub, əgər təbii ki, Azərbaycan İİR-RF-nin birləşmiş cəbhəsi tərəfindən (Ukraynada, Bakıya göstərilib ki, bu baş verə bilər) məhv edilməsə, biz heç nə qazanmayacağıq, ancaq itirəcəyik”.

Yeri gəlmişkən, Vaşinqton Beynəlxalq siyasi insitutunun professoru Pol Qoblun 2018-ci ildə səsləndirdiyi bəzi fikirlər də erməni politoloqun çox da haqsız olmadığından xəbər verir: “Mən realist olmalıyam, gələcək əsasən İrandan asılı olacaq. İran sabit qalarsa, islahatlara başlayarsa, bu ölkənin iqtisadiyyatı yeni bazara açılan qapı olacaq. Yox əgər İranın davranışı pisləşərsə, gərginlik artacaq, Ermənistanın İranla münasibətləri olduğuna görə, təbii ki, bunun təsirinə məruz qalacaq”, - Qobl ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonun İrəvan səfərini şərh edərkən belə demişdi.(ovqat)

Heydər Oğuz


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam