MƏĞLUB OLMUŞ RUSİYA FEDERASİYASI İLƏ NƏ ETMƏLİ? -Beş mühüm addım açıqlandı
Yenixeber.org: Geniş əraziyə, zəngin təbii sərvətlərə və dünyada ən çox nüvə başlığına sahib olan Rusiya Federasiyasının Ukraynada ağır məğlubiyyətə uğraması Avrasiyada böyük geostrateji dəyişikliklərə gətirib çıxara bilər. Ukraynaya qarşı apardığı işğalçı müharibə göstərir ki, Rusiyanın imperiya ambisiyaları onun imkan və potensialına uyğun gəlməsə də, o, inadından dönmür.
Müharibənin uzanması bir dövlət kimi Rusiyanın gələcək mövcudluğunu təhlükə altına alır. Avropadakı bəzi analitiklər müharibə bitdikdən sonra məğlub duruma düşmüş Rusiyanın yenidən dirçələrək qonşularına qarşı illərlə yürütdüyü təcavüzkar siyasəti bir daha təkrarlamamsı üçün onun parçalanması da daxil olmaqla xüsusi plan hazırlanmasını təklif edirlər.
Sözügedən mövzuyla bağlı Ukraynanın “Obozrevatel.com” internet potalında “Məğlub olmuş Rusiya Federasiyası ilə nə etməli: beş mühüm addım” başlıqlı məqalə dərc olunub. Həmin məqaləni qısa ixtisarla təqdim edirik: ”Ukrayna ilə apardığı müharibə bitdikdən sonra Rusiyanın hansı vəziyyətlə üzləşəcəyinin təhlil edilməsinin vaxtı gəlib çatıb. Dünyada artıq hamı anlayır ki, Ukrayna qalib gələcək, amma heç kim məğlub duruma düşəcək Rusiya Federasiyası ilə nə ediləcəyini bilmir.
Rusiyanın transformasiya olunacağı və onun ərazisindəki siyasi landşaftla ahəngdarlıq təşkil edə biləcək normallaşmaya aparacaq beş mühüm addımın atılması təklifini nəzərdən keçirək.
1. Rusiyada hakimiyyətin müqəddəsləşdirilməsinə son qoyulması.
2. Rusiyanın xarici siyasətindəki imperiyaçılığa son qoyulması.
3. Rusiya ordusunun hərbsizləşdirilməsi.
4. Rusiya iqtisadiyyatının mərkəzləşdirilməsinə son qoyulması.
5. Rusiya Federasiyasının müstəqil subyektlərə ayrılması.
Birinci addım.
Rusiyada hakimiyyətin müqəddəsləşdirilməsinə son qoyulması. Rusiyadakı təbliğat və siyasi dünyagörüş hakimiyyəti hədsiz dərəcədə müqəddəsləşdirib. Belə ki, bir neçə seçki kampaniyası ərzində başlıca şüar irəli sürülüb: ”Putin varsa, Rusiya da var!”
Televiziyada aparılan təbliğat illərlə şüurlara yeridib ki, ətrafımızda düşmən var (kollektiv Qərb) və Rusiya həmişə haqlıdır. Bu cür təbliğat üsulları ilə vətəndaşların beyninə hopdurublar ki, Rusiya hakimiyyəti müqəddəsdir.
Reallıqda siyasətçilər və məmurlar menecerdirlər və onlar xalqa xidmət etmək üçün dövlət idarələrində oturublar. Əgər onlar pis işləyirlərsə, oğurlayırlarsa, onları saxta yox, demokratik seçki ilə dəyişmək lazımdır. Putin Rusiyanın dağıdıcısıdır və bunu nəinki dünyada, elə Rusiyanın özündə də görürlər. Mediya siyasətini dəyişib rusiyalılara müxtəlif fikirlər təqdim olunmalıdır ki, onlar kritik düşünməyi və sivil davranmağı öyrənsinlər.
İkinci addım
Rusiya xarici siyasətindəki imperiyaçılığa son qoyulması. Yüz il bundan öncə SSRİ bir çox milli respublikaları özündə birləşdirdi və onlar 1991-ci ildə “xalqlar həbsxanası”ndan qismən azad ola bildilər. İndi Rusiyada bunu etməyə can atan 20 subyekt var.
Müasir Rusiya son 30 ildə “hibrid variant”ların köməyi ilə Gürcüstanda, Moldovada, Azərbaycanda, Ukraynada qeyri-sabitlik törətməklə qonşu ölkələrin ərazilərini zəbt etməyə çalışır.
İlk olaraq Rusiya qonşular ətrafında “qeyri-sabitlik” zonası yaratmaq ambisiyalarını yığışdırmalı, sonra daxilindəki milli respublikalrı öz həbsxanasından buraxmalıdır. Rusiya Ukraynada dağıtdıqlarına, öldürdürdüklərinə görə reparasiya və kompensasiya verməldir.
Rusiya ordusunun hərbsizləşdirilməsi. Ukraynaya təcavüz etməyənə qədər Rusiyanın dünyada ikinci orduya malik olması əfsanəsi mövcud idi. Ukraynadakı müharibə göstərdi ki, tanklar, təyyarələr və raketlər də daxil olmaqla Rusiya hərbi texnikası köhnə və təhlükəli metal yığınıdır. Silah anbarlarından oğurluq edilməsi hərbi texnikanı istifadəyə yararsız və təhlükəli hala gətirib.
Kremlin ordu qarşısında qoyduğu Kiyevin 3-4 gün içində işğal edilməsi tapşırığı uğursuzluğa düçar oldu. Rusiya ordusunun Çernobıl AES və Zaporojye AES-dəki təhlükəli davranışlarının şahidi olduq. Nüvə şantajına baş vuran və radioaktiv elementlərlə davranmağı anlamayan Rusiya ordusunun nüvə silahına sahib olması böyük təhlkə deməkdir.
Rusiyadakı nüvə başlıqlı Qitələrarası Balistik Raketlərin buraxılış qurğularının bağlanması çox vacibdir.Bu iş Rusiyadan ayrılacaq milli respublikaların ərazisindən başlanmalıdır. Nə vaxt ki, Rusiya Federasiyası fraqmentlərə ayrılacaq, o zaman təhlükəli başlıqlı nüvə potensialı, kimyəvi və bakteriloji xüsusiyyətli silahlar bir subyektdə cəmlənməlidir. Sonra isə bunların hamısı Yerin dərin qatlarında gizlədilməlidir. Rusiyanın( fraqmentlərə bölünəndən sonra) silahlı qüvvələr və təhlükəli silahlar saxlamasına 100 il qadağa qoyulmalıdır. Dünya tarixində müharibələrdən sonra belə qadağaların qoyulması təcrübəsi var.
Dördüncü addım
Rusiya iqtisadiyyatının mərkəzləşdirilməsinə son qoyulması. Müasir Rusiyanın ədalətsizliyi ondadır ki, Rusiya subyektlərinin gəlirlərinin böyük əksəriyyəti Moskva və Sankt-Peterburqun payına düşür. Neft, qaz, qızıl və almaz Rusiyanın uzaq regionlarında ağır şəraitdə hasil edilir və əldə edilən gəlirlər birbaşa mərkəzə göndərilir. Mərkəzdə isə oliqarxlar və məmurlar bütün mənfəəti mənimsəyirlər. Onların varlanması ədalətsizlikdir, çünki nadir təbii resursların əsl sahibləri olan regionlar çox kasıb yaşayırlar, yolları yoxdur, kəndlər qazla təchiz olunmayıb, bəzi yerlərdə hətta elektrik yoxdur.
Moskva və Sankt-Peterburqdakı məmurların uşaqları Qərbdə yaşayır, orada təhsil alırlar və öz gələcəklərini Rusiya ilə bağlamırlar.
Təbii xammal resursları ilə zəngin olan regionlar satışdan əldə etdiyi gəlirləri özlərində saxlamalıdırlar. Hər şeyi heç bir haqqı olmayan Moskvaya vermək lazım deyil ki, onlar piylənsinlər. Bəsdir Moskvanın yedizdirilməsi! Regionların Rusiyadan ayrılmasının məntiqinə uyğun olaraq onlar öz büdcələrini və rifahlarını yaradacaqlar. Beləliklə, regionlarda Dubai və ABŞ-dakı kimi çoxlu pullar olacaq və onlar sivil ölkələrdəki kimi yaşaya biləcəklər.
Beşinci addım
Rusiya Federasiyasının müstəqil subyektlərə ayrılması. Rusiya artıq indiki halında mövcud ola bilməz. Hazırda Rusiyanın 82 subyekti süni surətdə bir ölkədə birləşdirilib. Putin Rusiyası oradakı xalqları Ukrayna ilə müharibə aparmağa məcbur edir.Bu müharibədə minlərlə adam ölüb və şikəst olub. Buryatların, tuvalıların uzaq ölkəyə gedib onlarla münaqişəsi olmayan ukraynalıları öldürməsinin heç bir məntiqi yoxdur. Putin nəinki rusların, həm də Rusiyadakı digər millətlərin nümayəndələrinın qanını axıdır.
Bu müharibəyə dövlət büdcəsindən ağlasığmaz pullar və resurslar sərf edilir.Hazırda Rusiya əhalisinin üçdə biri yoxsulluq həddində yaşayır və qidaya, dərmana, normal həyat şəraitinə böyük ehtiyac duyur.
Rusiyadkı seçkilər şəffaf keçirilmir və ona görə də regionları mərkəzi hakimiyyət idarə edir, xüsusi xidmət orqanları isə insanların davarnışlarına nəzarət edirlər.
Rusiya Federasiayasının milli dövlətlərə bölünməsinin strategiyasını yaratmq lazımdır. Milli respublikalar Rusiyadan ayrılandan sonra öz müstəqil hakimiyyət orqanlarının formalaşdırılmasına, milli mədəniyyətin dirçəldilməsinə, elitanın hazırlanmasına və dünyada tanınmasına yardım etmək lazımdır”.
“Azpolitika”