Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

PUTİN ƏSL MƏQSƏDİNİ ETİRAF ETDİ, ANCAQ... –Özünü I Pyotra bənzədən Rusiya Prezidenti hansı tələyə düşüb?

Putin Pyotrun ayaqqabısını geyinsə də onun yerişini yeriyə bilmir

Yenixeber.org: Putin ötən “gənc sahibkarlar”la görüşdə növbəti dəfə tarixə baş vurub. Artıq Rusiya başçısının tarixi ekskursları sivil dünyanın əksər hissəsində ironiya ilə qarşılansa da, Putinin son “tarixi” açıqlaması bir daha bu böyük əraziyə və atom silahına malik ölkənin başında duran şəxsin psixoloji durumu barədə düşünməyə ciddi əsaslar verir.

Putin bu dəfə ya Ukraynada törədilən cinayətlərin fonunda yaşadığı cəzasızlıqdan ruhlanaraq, ya da rus ordusunun uğursuzluğundan yaranan aqoniyanın nəticəsi olaraq, özünün imperiya və imperatorluq iddiasını daha çılpaq çəkildə və qətiyyən utanmadan ortaya qoymağa başlayıb.

Putinin bu halı hər nə qədər özünü Napoleon hesab edən psixi xəstəyə aid lətifələri xatırlatsa da, eyni zamanda dünyanın gələcəyi üçün həyəcan siqnalı təsiri bağışlayır.

Rusiya başçısı yuxarıda qeyd edilən görüşdə deyib: “Heç nə dəyişməyib. I Pyotr Şimal müharibəsini 21 il davam etdirib. İsveçlə savaşırdı. Torpaqları qaytarırdı... Qaytarırdı və gücləndirirdi. Belə görünür ki, bizim də payımıza torpaqları qaytarmaq və gücləndirmək düşüb”.

 

 

Özünü I Pyotra bənzədən Putinin bu cür açıqlamalarından sonra bəzi Qərb KİV-lərinin onda şizofreniya əlamətlərinin mövcudluğuna dair iddialarına daha ciddi yanaşmaq məcburiyyəti yaranır. Bu əcaib və axmaq məntiqdən belə çıxır ki, Makron da özünü Napoleona, Şolts özünü Hitlerə, Monqolustan Prezidenti isə özünü Cingiz xana bənzətməli və ətrafa savaş elan etməlidir...

İlk öncə, bu açıqlama şəxsən Putin tərəfindən Ukraynada başladılan işğalçılıq müharibəsinin onun özünün elan etdiyi “Ukraynanın denasifikasiyası və demilitarizasiyası”, Donbasdakı rusdilli əhalinin müdafiəsi və sair bu kimi bəhanələrlə heç bir əlaqəsinin olmadığının, bunun sadəcə rus imperiyasının bərpası istəyindən irəli gələn işğalçılıq savaşı olduğunun etirafıdır.

Etiraf olunur ki, Ukraynada həlak olan on minlərlə günahsız insanın qanı da məhz bu yırtıcı, xəstə təxəyyülün yolunda axıdılır, evlər, kəndlər, şəhərlər buna görə dağıdılır, uşaqlar yetim, ailələr ev-eşiksiz qalır...

Əlbəttə, Putinin Pyotr kimi 21 il müharibə aparmağa nə vaxtı, nə də imkanı var və bu sarıdan bəşəriyyətin bəxti bir qədər gətirib. İşğalçı və qəddar biri kimi tanınıb.

 


 

Ancaq ömrü boyu heç bir siyasi opponenti ilə debata çıxmayan və yalnız monoloq deməyə vərdiş edən Putinə sual verən lazımdır ki, barəsində fəxrlə danışdığı 21 illik müharibədə geri çəkilən İsveçin bugünkü əhalisinin yaşayışı yaxşıdırmı, yoxsa onun başçılıq etdiyi dövlətin əyalətlərində səfalət içində, adi məişət şəraiti, kanalizasiyası belə olmadan sürünən, hara baxsa korrupsiya, rüşvət, özbaşınalıq görən, normal sivil iqtisadi və siyasi münasibətlər sistemindən təcrid olunan, nəinki İsveç, bir vaxtlar Rusiyanın işğalı altında olan Şərqi Avropa ölkələri xalqlarından da çox-çox geri qalan rusların yaşayışı?

Əlbəttə, bəşəri dəyərlər, ədalət və s. baxımından I Pyotr da xüsusi rəğbət bəslənəcək, hörmət-izzət göstəriləcək bir tarixi fiqur olmayıb. Ancaq hər halda maraqlıdır, görəsən, Pyotr da Putin kimi dost-aşnasını başına yığıb, onların dövlətin xəzinəsini çapıb-talamasına, rus xalqının olan-qalan var dövlətini sümürməsinə, milyarderlərə çevrilməsinə imkan vermişdim? Özü xarici ofşorlarda milyardlar saxlayırdımı, ailə üzvlərinə Avropada böyük malikanələr almışdımı? Yaxud o da canının qorxusundan başqa dövlətlərin elçilərilə və başçıları ilə görüşlərdə 50 metr məsafə saxlayıbmı, bunkerdə, orda-burda gizlənibmi? Bilmirik. Amma ən azından bir şey məlumdur ki, Pyotr amansız müharibələr aparsa da, Rusiyanı Qərbdən, sivil dünyadan, mədəniyyətdən və s. təcrid etməyə yox, əksinə, pis-yaxşı, mümkün qədər Avropaya yaxınlaşdırmağa çalışırdı...

 

 

Hər halda, görünən odur ki, Putin Pyotrun ayaqqabısını geyinsə də onun yerişini yeriyə bilmir və biməyəcək də. Ən azından ona görə ki, dünyada qaba silahlı güclə haralarısa işğal etmək dövrü artıq çoxdan bitib. Silahlı, hərbi işğal effekt vermir. Təkcə Rusiyanın Gürcüstandan, Moldovadan, Ukraynadan qopardığı və Kremlin əlaltısı olan qondarma rejimlərin idarə etdiyi ərazilərdəki əhalinin durumuna, yaxud 30 ilə yaxın müddətdə Qarabağda mövcud olan Rusiya yanlısı separatçıların yaşayışına, hansı vəziyyətdə olduqlarına diqqət yetirmək kifayətdir.

İndi dünyada əsas sözü “yumşaq güc” - iqtisadiyyat, maliyyə, texnologiyalar, elm, mədəniyyət və s. deyir. İndi Pyotr dövrünün – yəni, 17-18-ci əsrlərin təfəkkürü ilə heç nəyə nail olmaq mümkün deyil. Rusiyanın elmdə, texnologiyada, iqtisadiyyatda, mədəniyyətdə, siyasi və istisadi azadlıqlarda və s. itirdiklərini, uduzduqlarını isə hərbi yolla qaytarmaq istəyi ilk başdan məğlubiyyətə məhkum idi.

Tanınmış Rusiya yazıçısı Boris Akunin Putinin Ukraynada başlatdığı müharibəni şərh edərkən çox maraqlı fikir işlətmişdi. 

O, demişdi ki, Putin də tarixdəki bir çox hökmdarlar kimi “qısa və uğurlu savaş” adlı tələyə düşüb. O, hesab edib ki, Rusiyada getdikcə ağırlaşan sosial-iqtisadi durum, reytinqinin kəskin enməsi və hakimiyyətinə təhlükə yaranması reallığından ən yaxşı çıxış yolu qısa müddətli və qalibiyyətli müharibə olar. Əyanları da onun bu fikrini dəstəkləyiblər.

Ancaq özünü I Pyotra bənzədən Putin nəticədə 1904-1905-ci illərdəki Rus-Yapon müharibəsində məğlub olan II Nikolayın vəziyyətinə düşüb. Onu da unutmaq lazım deyil ki, Nikolay Rusiyasının dünya iqtisadiyyatındakı payı, gücü daha böyük idi. Putin Rusiyasının iqtisadiyyatı isə ABŞ-ın təkcə Texas ştatının iqtisadiyyatından kiçikdir!

 

 

Hər nə qədər “hər şey plan üzrə gedir!” desə də Ukraynada Putinin düşündüyü qısa və uğurlu müharibə alınmadı. Bunun nəticəsidir ki, bu gün o, qısa sürən və qalibiyyət gətirən savaşdan yox, 21 illik müharibədən danışmaq məcburiyyətində qalıb. Belə çıxır ki, ilkin plana görə Ukraynada müharibə 21 il davam etməli idi?...

Yeri gəlmişkən, Putinin açıq imperiya və imperatorluq iddialı fikirlərini bizdəki “rusbaşlar” da qulaqlarına sırğa etsələr pis olmaz. Görəsən, onların sevib, öpüb gözləri üstünə qoyduqları Putin Rusiyası daha nələr etməlidir ki, bu dövlətin mahiyyətinin, yürütdüyü siyasətin, niyyətlərinin və maraqlarının müstəqil Azərbaycanın varlığı və gələcəyi ilə qətiyyən uzlaşmadığını ilə anlaya bilsinlər...

Nəhayət, Putinin bu son çıxışı bir daha göstərir ki, Putin Rusiyası özü boyda böyük, köhnə, primitiv, kobud bir keçmişdir! Keçmiş isə əvvəl-axır gələcək qarşısında məğlubiyyətə məhkumdur!

“Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam