Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

"Putin əksər siyasətçilərdən ağıllıdır"- Kennedinin köməkçisi

"Putin əksər siyasətçilərdən ağıllıdır"-    Kennedinin köməkçisi

ABŞ prezidentləri Con Kennedi ilə Riçard Niksonun əsas köməkçisi olmuş Harald Malmqren Rusiya prezidenti Vladimir Putini tərifləyib. 
Yenixeber.org: O, 1992-ci ildə Putinlə şəxsi görüşü barədə təəssüratlarını Britaniyanın "Unherd" nəşrinə bölüşüb.
 Putinin məndə yaratdığı təəssürat ondan ibarətdir ki, o, Vaşinqtonda və dünyanın digər paytaxtlarında görüşdüyüm əksər siyasətçilərdən daha ağıllıdır, - Malmqren deyib.
Onun fikrincə, Kremlin rəhbəri hakimiyyətə məhz Rusiyanın güclü liderə çox ehtiyacı olduğu məqamda gəlib. O, həmçinin qeyd edib ki, Putin görüş zamanı bir neçə dəfə Böyük Pyotra heyran olduğunu bildirib.
1988-ci ildən Kremldə qonaq olmamışam, amma mənə dedilər ki, Putin bir neçə konfrans zalında Böyük Pyotrun portretlərini asıb, - Malmqren deyib.
Analitik vurğulayıb ki, Rusiya prezidentində ilk baxışda görünməyən qeyri-adi bir şey var. Onun sözlərinə görə, Bayden, NATO və Ukrayna Putini yanlış anlayır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam