Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Avropa Birliyi para verdi, erməni terrorizmi dirçəldi: Azərbaycan antiterror əməliyyatına məcburdur

Xankəndi və ətraf bölgədə erməni terrorçuların yeni təlim düşərgələri yaratmaq cəhdləri ilə Avropa Birliyinin Ermənistana 2,6 milyard avro maliyyə yardımı ayırmasının bir-birinə paralellik təşkil etməsi qətiyyən təsadüf deyil; Rusiya sülhməramlı qüvvələrinin problemi həll edə bilməyəcəyi təqdirdə, Azərbaycan ordusunun bölgədə antiterror əməliyyatlarına başlaması qaçılmaz ola bilər...

Yenixeber.org: Ermənistan cəmiyyəti müasir dünyadan, bəşəri çağırışlardan çox uzaq qaldığını son vaxtlar daha qabarıq şəkildə biruzə verir. "Erməni toplumu"nda hökm sürən əhval-ruhiyyə keçmişə qapalı qalmağın birbaşa əlaməti sayıla bilər. Yəni, uydurulmuş, reallıqla heç bir əlaqəsi olmayan "keçmişə" bağlılıq gələcəyə yönəlik inkişaf perspektivlərinin bloklanması anlamı daşıyır.

Müasir dünyada belə etnik qrupların inkişaf mərhələsinə keçid etməsi, sivil dəyərlərdən faydalana bilməsi qəliz məsələdir. Çünki "erməni toplumu" kimi "uydurma tarix"də eşələnən etnik qruplar adətən, milli natamamlıq kompleksinə məhkum qalır. Və bu baxımdan, "erməni toplumu" hazırda yalnız özünə düşmənçilik etməklə məşğuldur.

Bütün bunları nəzərə aldıqda, Ermənistan cəmiyyətində ABŞ və Qərbin Rusiyaya yönəlik hazırladığı sanksiyalardan narahatlıq keçirməsi də təəccüb doğurur. Ermənistan cəmiyyəti keçmişdən qopa bilməyib, ancaq nə qədər qəribə də olsa, yaxın gələcəkdə Rusiyanın üzləşəcəyi beynəlxalq sanksiyaları problem olaraq, qəbul edir. Guya Rusiyanın SWIFT ödəmə sistemindən bloklanması Ermənistan iqtisadiyyatına zərbə vura bilər.

Hər halda, Ermənistan Mərkəzi Bankının rəhbəri Martın Qalstyan deyib ki, Ermənistan iqtisadiyyatına ola biləcək təsirlər Rusiyaya qarşı beynəlxalq sanksiyaların maliyyə sektorunu hədəfə almasından asılıdır. Yəni, bu halda, rəqabət qabiliyyətində müəyyən problemlər yarana bilər.

Göründüyü kimi, olduqca qəribə yanaşmadır. ABŞ və Qərb artıq bir neçə aydır ki, Rusiyanı sarsıdıcı maliyyə-iqtisadi sanksiyalar ilə hədələyir. Rusiya siyasi dairələri isə indiyə qədər bu sanksiyalardan elə bir ciddi narahatlıq keçirildiyini qətiyyən biruzə verməyib. Ancaq nə qədər təəccüblü olsa da, Ermənistan həmin sanksiyalardan Rusiyada olduğundan daha çox narahatlıq keçirir.

Təbii ki, Ermənistanın Rusiyaya qarşı sanksiyalardan qorxmasının səbəblərini anlamaq o qədər də asan deyil. Çünki Ermənistanın iqtisadiyyatı demək olar ki, yox səviyyəsindədir. Bu düşmən ölkədə olan müəssisələrin mütləq əksəriyyəti də Rusiyanın törəmə şirkətlərinə məxsusdur.

Yəni, beynəlxalq sanksiyalar tətbiq olunacağı təqdirdə, Rusiyanın törəmə şirkətlərinə məxsus Ermənistan müəssisələrini hər hansı ciddi təhlükə gözləyə bilməz. Həmin müəssisələrin hətta beynəlxalq iqtisadi-ticari məkanda hər hansı real payı belə, yoxdur. Ermənistan nəhəng beynəlxalq maliyyə-iqtisadi əməliyyatlarda iştirak edəcək potensiala da sahib deyil. Ermənistanın çökmüş iqtisadiyyatına aid müəssisələrinə sahibə olan Rusiyanın törəmə şirkətləri isə həmin obyektlərin fəaliyyətini ehtiyac duyacağı təqdirdə, rubl üzərindən təmin edə bilər.

Ermənistanın rəsmi maliyyə dövriyyəsində ABŞ dollarının iştirakı hazırda müasir iqtisadi alətlərdə özünü qətiyyən ifadə etmir. Bu düşmən ölkədə dollar üzərindən maliyyə dövriyyəsi əsasən beynəlxalq terrorizm fəaliyyətində özünü biruzə verir. Halbuki bu fəaliyyət də rəsmi xarakter daşımadığından Ermənistanda Rusiyaya qarşı sanksiyalardan keçirilən narahatlıq məntiqsiz və gülünc görünür.

Məsələn, bir neçə gün öncə Ermənistan erməni faşizminin təbliğ olunması ilə bağlı müəyyən addımlar atmağa çalışdı. Rusiya paytaxtı Moskvada nasist Almaniyasına xidmət etdiyi üçün həbs olunaraq, cəzalandırılmış Qaregin Njdeyə həsr olunmuş filmin nümayişinə cəhd göstərildi. Bir nasist-terrorçu ilə bağlı bu biabırçı filmin nümayiş edilməsi prosesi Rusiyadakı erməni diasporu tərəfindən maliyyəşdirilmişdi. Yəni, Rusiya hüquq-mühafizə orqanlarının müdaxilə etməsi ilə baş tutmayan bu prosesə Ermənistan dövlət büdcəsindən maliyyə ayrılmamışdı. Ermənistan üçün dollarla maliyyə dövriyyəsi baxımından, elə bir ciddi problem yoxdur.

Ermənistanın beynəlxalq terrorizmə qeyri-rəsmi xərclədiyi maliyyə vəsaitinə də Rusiyaya qarşı sanksiyalar elə bir ciddi problem yaratmır. Hər halda, Ermənistanda bəzi dairələrin erməni terror təşkilatı olan "VoMA"-nın Azərbaycan ərazisi olan Xankəndi və ətraf bölgəyə köçürmək istədikləri barədə məlumatlar mövcuddur. Həmin məlumatlara görə, "VoMA" Xankəndi və Ağdərədə yerləşməyə, orada terrorçular hazırlamaq üçün təlim düşərgələri yaratmağa çalışır. Və bu məqsədlə qeyri-rəsmi şəkildə xeyli maliyyə vəsaitinin xərclənəcəyi bildirilir.

Təbii ki, "VoMA" terror təşkilatının Xankəndi və ətraf bölgəyə köçürülməsinə Rusiyaya qarşı beynəlxalq sanksiyalardan daha çox orada müvəqqəti dislokasiya olunan rus sülhməramlıların təsiri önəmlidir. Çünki, rus sülhməramlılar nəzarət etdikləri ərazilərdə erməni terror təşkilatlarının fəaliyyətinə imkan verməməyə birbaşa borcludurlar. Və Rusiya sülhməramlı qüvvələrinin bu cinayətkar cəhdlərə reaksiyası yəqin ki, yaxın vaxtlarda aydınlaşmağa başlayacaq.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin erməni terrorçuların Xankəndi və ətraf bölgəyə yerləşdirmək cəhdlərinə verəcəyi reaksiya da elə rus sülhməramlıların davranışlarından asılıdır. Əgər, rus sülhmıramlılar Azərbaycan ərazilərində erməni terrorçuların yeni təlim düşərgələri qurmaq cəhdlərinə üçtərəfli anlaşmalara uyğun şəkildə reaksiya verməzlərsə, onda rəsmi Bakının sərt addımlar ata biləcəyi qətiyyən istisna deyil. Və bu baxımdan, Ermənistanda Rusiyaya qarşı sanksiyalardan deyil, məhz rəsmi Bakının verəcəyi sərt reaksiyadan qorumalıdırlar.

Məsələ ondadır ki, Azərbaycan Prezidenti İlham Əliyev erməni terrorizminin dirçəldilməsi cəhdlərinə adekvat cavab veriləcəyini açıq şəkildə bəyan edib. Bu adekvat cavab həm Xankəndi və ətraf bölgədə olan erməni terrorçuları, həm də həmin cinayətkarları himayə edən Ermənistanı eyni vaxtda hədəfə ala bilər. Yəni, Ermənistan erməni terrorizmini dirçəltmək cəhdlərindən əl çəkməsə, Azərbaycan ordusunun çoxvektorlu antiterror əməliyyatı ilə üzləşəcəyi şübhə doğurmur.

Məsələ ondadır ki, Avropa Birliyi Ermənistana 2,6 milyard avro məbləğində maliyyə yardımı ayırıb. İndi belə anlaşılır ki, Ermənistan həmin məbləğin müəyyən hissəsini məhz erməni terrorizmini dirçəltmək məqsədilə xərcləmək niyyətinə düşüb. Hər halda, Xankəndi və ətraf bölgədə erməni terrorçuların yeni təlim düşərgələrinin yaradılması cəhdləri ilə Avropa Birliyinin Ermənistana maliyyə yardımı ayırmasının paralellik təşkil etməsi qətiyyən təsadüf ola bilməz. Və bu, Rusiya sülhməramlı qüvvələrinin problemi həll edə bilməyəcəyi təqdirdə, Azərbaycanı bölgədə antiterror əməliyyatlarına başlamaq məcburiyyətində buraxa bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam