Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Londona getmək istəyən tərcüməçiyə “casus” damğası –Qnediç cəzasını günə-gün çəkib

O, öz hökmünü özü verib. Kommunist Partiyası üzvlüyünə namizəd olan Tatyana Qnediç Leninqrad vilayət partiya komitəsinə gələrək ərizə təqdim edib və ərizədə yazdıqlarına aydınlıq gətirib:

“Mən Kommunist Partiyasının üzvü ola bilmərəm. İngilislərə casusluqda ittiham olunan şəxsin bu partiyaya üzv olmağa haqqı yoxdur...”

Yenixeber.org: Tanınmış şair və tərcüməçi Tatyana Qnediç bu fikirlərini ironiya ilə ifadə edib. Əslində onun İngiltərə ilə bağlı heç bir casusluq fəaliyyəti olmayıb. Sadəcə müharibənin sonuna az qalmış, 1944-cü ilin dekabrında Qnediç tərcümə işləri ilə bağlı İngiltərəyə səfər etmək istəyini bildirində Leninqrad rəhbərliyi onu casusluqda ittiham edib. Bu ittihamı qəbul etməyən tərcüməçi isə partiyaya üzvlükdən imtina etmək qərarına gəlib.

3 sinif təhsillə “qələbə silahı” ixtira edən konstruktor – Şpaginə təltifləri Stalin şəxsən təqdim edib

Alman liderə sosis, İran şahına piti bişirən aşpaz – Bondaryov dövlət başçılarıyla 36 ölkəyə gedib

Tatyana Qnediç 1907-ci ildə Poltavada anadan olub. Hələ uşaq olarkən ailə Leninqrada köçüb. Orta təhsilini başa vurduqdan sonra o, Leninqrad Dövlət Universitetinin filologoya fakültəsində oxuyub. İnstitutu bitirdikdən sonra Qnediç Leninqradın ali təhsil müəssisələrində müəllim işləyib, eyni zamanda tərcüməçilik fəaliyyəti ilə də məşğul olunub.

ad25564a54166996ca3c5c094403070b.jpg (103 KB)

Sovet-alman müharibəsi zamanı Qnediçin şəhərdən təxliyə olunmaq imkanı olsa da, o, Leninqradı tərk etməyib. 1942-1943-cü illərdə Leninqrad partizan hərəkatının qərargahında tərçüməçi işləyib. Daha sonra Leninqrad Pedaqoji İnstitutunun xarici dillər fakültəsinin dekanı vəzifəsində fəaliyyətini davam etdirib.

Tərcümə fəaliyyəti ilə bağlı qısamüddətli İngiltərəyə getmək planı Qnediçin həyatını bütövlükdə dəyişib. O, bu səfəri ilə bağlı Leninqrad partiya komitəsində fikrini bildirəndə sərt təpki ilə üzləşib, partiya təşkilatının rəhbərliyi onu casusluqda şübhəli bilib və bildiriblər ki, bu məsələ ilə hökmən “NKVD” məşğul olmalıdır.

Bu cür ittihamları həzm edə bilməyən Qnediç cavab olaraq partiya üzvlüyündən imtina edib. Bu imtinadan sonra tərcüməçinin işi ilə “NKVD”-nin Leninqrad idarəsinin əməkdaşları məşğul olublar. Tərcüməçi heç bir əsas, sübut və dəlil olmadan həbs edilib.

a82d18152e51fb8198f3147a5e79f1de.jpg (87 KB)

Qnediçin istintaqı 1 il 7 ay davam edib. Bu müddətdə o, “NKVD”-nin Leninqraddakı Şpalernaya küçəsində yerləşən, ağır rejimi ilə məşhur olan istintaq təcridxanasında saxlanılıb. Qnediç ilyarım kamerada tək qalıb. Nəhayət, bu müddətdən sonra onun kamerasına bir qadın da salıblar. Bundan narazı olan tərcüməçi təcridxananın rəisinə müraciət edib:

- Bu qadın mənə lazım deyil.Rəis təəccübünü gizlədə bilməyib:

- Adətən kamerada tək saxlanılanlar bizdən özləri üçün yoldaş xahiş edirlər. İlyarım kamerada tək qalmağa hər adam dözmür.

- Mənə yoldaş lazım deyil. Bu kamerada Bayron mənə bəs edir.

Belə ki, Qnediç ilyarım ərzində tək qaldığı kamerada Bayronun “Don Juan” əsərini tərcümə edib. Tərcüməçinin Bayronun kitabını əldə etmək arzusu yerinə yetirilməyib. O, yaddaşına güvənərək poemanı bütövlükdə tərcümə edib və bu tərcümə sonralar ona böyük şöhrət qazandırıb.

İstintaq sona çatandan, materiallar məhkəməyə verildikdən sonra məhkəmə prosesində Qnediçə vətənə xəyanət və casusluq maddələri ilə mühakimə edib, 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediblər.

gnedich2.jpg (79 KB)

 

İstintaq zamanı istintaq qrupunun rəhbəri Vladimir Noskoviç tərcüməçiyə kömək etmək istəyib, onun heç bir günahı olmadığını yaxşı bilib və bu haqda Qnediçə də fikirlərini açıqlayıb:

- Mən sizə kömək etmək istəyirdim, amma bu mənim gücüm daxilində deyil. Sifariş yuxarıdan gəlib.

- Mən sifarişin kim tərəfindən gəldiyini bilirəm, o, əclaf və əyyaş Jdanovdur.

Onu da qeyd edək ki, Noskoviç Qnediçin istintaqı yekunlaşdıqdan sonra könüllü olaraq istintaq idarəsindən işdən çıxıb. Bir ay sonra isə müstəntiq müəmmalı şəkildə avtoqəzaya uğrayaraq ölüb.

Tatyana Qnediç öz cəzasını günə-gün çəkib. 1956-cı ildə o, bəraət alıb. 1959-cu ildə türmədə tərcümə etdiyi “Don Juan” əsəri çap olunub. Azadlığa çıxdıqdan sonra Qnediç Leninqrad vilayətinin Puşkin şəhərində tərcümə mərkəzinə rəhbərlik edib. Şeirlərdən ibarət bir neçə kitabı və çoxsaylı tərcümələri işıq üzü görüb.

Gnedich-Tatiana-Grigorievna (1).jpg (141 KB)

Tatyana Qnediç 1976-cı ildə, 69 yaşında vəfat edib. O, Leninqrad nekropolunda dəfn olunub.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam