Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İşgəncə zirzəmisində iki fərqli ifadə verən birinci katib –Uqarovun “torba”sını Yejov tikib

Yenixeber.org: Moskva şəhər və vilayət partiya komitəsinin birinci katibi vəzifəsi SSRİ-də ən prestijli postlardan biri sayılıb. Həm də bu post ittifaq miqyaslı daha yüksək vəzifəyə təyinat üçün ən uğurlu keçid olub. SSRİ-yə 11 il rəhbərlik etmiş Nikita Xruşov, Rusiya prezidenti Boris Yeltsin vaxtilə Moskvanın birinci katibi işləyiblər. Bu vəzifədə işləyənlərdən Vyaçeslav Molotov və Lazar Kaqanoviç Stalinin ən yaxın silahdaşları sayılıblar, Viktor Qrişin Siyasi Büronun üzvü olaraq siyasi elitada söz sahiblərindən biri olub, Yekaterina Furtseva ölkədə ən ötkəm nazirlərdən biri kimi tanınıb, Pyotr Demiçev SSRİ Ali Soveti Rəyasət Heyətinin sədrinin birinci müavini vəzifəsinə yüksəlib, İvan Kapİtonov Mərkəzi Komitənin katibi vəzifəsinə seçilib və s.

Birinci katiblərdən yalnız Aleksandr Uqarovun bəxti gətirməyib. Əslində siyasi fəaliyyətinin əvvələrində o, vəzifə karyerasında sürətlə irəliləyib. İosif Stalin Uqarovu şəxsən tanıyıb. Amma bu tanışlıq Uqarovu repressiya dalğalarından xilas edə bilməyib.

Aleksandr Uqarov 1900-cü ildə Moskvada anadan olub. 1918-ci ildə bolşeviklər partiyasına üzv qəbul edilib. Vətəndaş müharibəsində iştirak edib. Leninqrad Dövlət Universitetində iqtisadiyyat fakültəsində ali təhsil aldıqdan sonra o, bir müddət Leninqrad Politexnik İnstitutunda müəllim kimi fəaliyyət göstərib.
1927-ci ildən Uqarov fəaliyyətini partiya orqanlarında davam etdirib, eyni zamanda “Leninqradskaya pravda” qəzetinin redaktoru olub.

Угаров_Александр_Иванович_(1900).jpg (40 KB)

Leninqradda işləyərkən Uqarovun fəaliyyəti şəhər rəhbərliyinin diqqətindən yayınmayıb. Yüksək təşkilatçılığı, bilik və bacarığı, ideoloji sahədəki fəallığı Leninqrad şəhər partiya komitəsinin birinci katibi Andrey Jdanovun da diqqətini çəkib. Jdanovun çıxış və məruzələrinin hazırlanması həmişə Uqarova həvalə edilib. Onun işi Jdanovu tam qane edib.

1935-ci ildə Jdanov Kremlin razılığını aldıqdan sonra Uqarovu Leninqrad şəhər partiya komitəsinə ikinci katib vəzifəsinə təyin edib. Bu ərəfədə onların arasında yaxın dostluq münasibətləri yaranıb. Jdanov məzuniyyət və ezamiyyətlərdə olanda öz vəzifələrinin icrasını məhz Uqarova etibar edib.

1938-ci ildə Nikita Xruşov Moskvanın birinci katibi vəzifəsindən Ukraynaya birinci katib postuna göndəriləndə Mərkəzi Komitədə paytaxta rəhbərlik etmək üçün 14 nəfərin namizədliyi irəli sürülüb. Siyasi Büro üzvləri bu namizədlər arasında daha çox Donetsk ( o vaxtkı Stalin) vilayətinin birinci katibi Aleksandr Şerbakova üstünlük veriblər. Stalin özü də bu namizədin tərəfdarı olub. Amma sovet lideri çox böyük inam və hörmətlə yanaşdığı Andrey Jdanovun təklifini qəbul edib. Jdanovun təklifi ilə Uqarov Moskva şəhər və vilayət partiya komitəsinin birinci katib vəzifəsinə seçilib.

Ugarov1.jpg (56 KB)

1938-ci ilin fevral ayından vəzifəsinin icrasına başlayan 38 yaşlı birinci katib ilk günlərdən özünü doğruldub. İstər siyasi sferada, istərsə də şəhər təssərüfatında Uqarov uğurlu kadr təəssüratı yarada bilib. Amma bu, çox da uzun çəkməyib.

Birinci dəfə Uqarov haqqında materiallar Stalinə 1938-ci ilin iyul ayında təqdim edilib. Qovluq şəxsən “NKVD” rəhbəri Nikolay Yejov tərəfindən ona verilib. Materiallarda qeyd olunub ki, iyulun 18-də Uqarov kommunal təsərrüfatı işçilərinin yığıncağı adı altında antisovet fəaliyyətlə məşğul olanların toplantısını keçirib, trotskiçilərin təşkilatlanması haqqında tabeliyində olan işçilərə göstərişlər verib. Faktla bağlı araşdırmalar aparılıb. Amma heç kimdən bu haqda ifadə almaq mümkün olmayıb. Məsələyə müdaxilə edən Vyaçeslav Molotov Uqarovun fəaliyyətində antisovet elementlərin olduğunu Stalinə inandıra bildirib.

Scan10022.jpg (88 KB)

1938-ci ilin noyabrında oktyabr inqilabının ildönümü ilə bağlı keçirilən ziyafətdə Srtalin Uqarovun namizədliyini irəli sürmüş Jdanovla birinci katib haqqında söhbət aparıb. Jdanov bütün şübhələrin əsassız olduğunu sübut etməyə çalışsa da, söhbətin sonunda Stalin öz qərarını verib: “Mən onu həbs etdirəcəyəm”.

Beləliklə, 1938-ci ilin noyabrın 20-də Uqarov həbs edilib. İstintaq zamanı Uqarovun dindirilmə prosesi Beriya və Kobulov tərəfindən aparılıb. İstintaqın birinci günündə Uqarov heç bir antisovet fəaliyyətdə iştirak etmədiyini bildirsə də, səhəri gün, cəmi bir sutkadan sonra bütün əməllərini “etiraf” edib. Sonralar Uqarovun oğlu Sergey Uqarov bu istintaqla bağlı öz fikirlərini belə bölüşüb:

“Atam 1956-cı ildə bəraət aldıqdan (ölümündən sonra) sonra mən istintaq materialları ilə tanış oldum. Ağılasığmaz faktlardan biri odur ki, atam bir sutka ərzində fərqli ifadələr verib. Birincidə özünü günahkar saymayıb, ikincidə isə az qala özünü “xalq düşməni” elan edib. Bütün bunlar işgəncələr altında baş verib...”

1939-cu ilin fevral ayında SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası Uqarov haqqında hökm çıxarıb. O, ən ağır cəzaya, güllələnməyə məhkum olunub. Hökmün icrası həmin gün icra edilib.

Uqarovun həyat yoldaşı Qazaxstana sürgünə göndərilib. O, 6 ildən sonra əlil vəziyyətdə azad olunub. Uqarovun iki oğlu nənələrinin himayəsində böyüyb. Ailənin yaşadığı “sahildəki ev” adı məşhur olan binadakı mənzil isə cəlladlığı ilə ad çıxaran Viktor Abakumova verilib.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam