Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Alman liderə sosis, İran şahına piti bişirən aşpaz –Bondaryov dövlət başçılarıyla 36 ölkəyə gedib

12 il ərzində onun harada işlədiyini heç ailə üvləri də bilməyib. Vladimir Bondaryova DTK mundirini evdə saxlamağa da icazə verməyiblər. Yaxın ətrafı onun Moskvanın mərkəzində yerləşən kafelərin birində aşpaz işlədiyini düşünüb. Əslində Bondaryov 1969-cu ilə qədər həqiqətən də “Buxarest” restoranında işləyib, peşəkar aşpaz kimi tanınıb.

Yenixeber.org: 22 yaşında Kommunist partiyasına üzv olan Bondaryov 1969-cu ildə DTK-ya çağrılıb. Onu DTK-nın 9-cu idarəsinin 6-cı şöbəsinin rəisi polkovnik Gennadi Kolomentsev qəbul edib. Görüşdə Bondaryova Kremlin xüsusi mətbəxində işləmək təklif olunub. Bu mətbəxdə və Kremlin ərzaq anbarında işləyənlərin hamısı məhz 6-cı şöbənin “poqon”lu əməkdaşları olublar.

Beləliklə, xüsusi təlimat alan Bondaryov serjant rütbəsində Kremin mətbəxində xidmətə başlayıb. Tam məxfilik şəraitində işləyən Bondaryov 12 illik xidmətində maraqlı hadisələrlə tez-tez qarşılaşıb.
SSRİ-nin süqutundan sonra mətbuata verdiyi müsahibələrdə Bondaryov birincilərin kaprizləri, xidmət personalına qarşı münasibətləri, xarici ölkələrin dövlət başçılarının SSRİ-yə səfəri zamanı onların şərəfinə verilən ziyafətlər haqqında maraqlı açıqlamalar verib:

96b_thumb.jpg (38 KB)

“Televiziyada və qəzetlərdə çox sadə və səmimi görünən dövlət məmurlarının hər birinin özünəməxsus kaprizləri var idi. Bu kaprizləri təmin etmək üçün bütöv bir aşpaz briqadası gecə-gündüz çalışırdı. Bəzən elə olurdu ki, ən adi bir şeyə görə üzümüz danlanırdı. Yaxşı xatırlayıram, 1971-ci ilin qarlı qış günlərindən biri idi. Axşamdan xeyli keçmiş marşal Qreçko Kremlin yeməkxanasına gəldi. Xidmətçi ona yaxınlaşaraq nə arzuladığını soruşdu. Həmin gün mən mətbəxdə növbətçi idim. Qreçko qayğanaq sifariş etdi. Masanın arxasında tək əyləşmişdi. Mən dərhal marşalın sifarişini hazırladım. Yemək süfrəyə qoyulanda Qreçko yüksək səs tonu ilə xidmətçiyə əmr etdi ki, aşpazı çağırsın. Mən ona yaxınlaşıb özümü təqdim etmək istəyəndə sözümü yarımçıq qoydu:

- Bunu sən hazırlamısan?

- Bəli.

- Yox, mən belə qayğanaq istəmirəm.

189423362_0_0_0_0_600x0_80_0_0_0c305709bf5eb8cb8f2731c2830fb820.jpg (63 KB)

Nə isə deməyə çətinlik çəkirdim. Çünki bu sadə yeməyin başqa cür hazırlamaq qaydası və resepti yox idi. Nəhayət, Qreçko nə istədiyini də bildirdi:

- Mənə ötən bazar günü Brejnevin bağ evində bişirdiyiniz qayğanaqdan gətirin.

Mən “baş üstə” deyib mətbəxə qayıtdım. Tez-tələsik bazar günü Brejnevin bağ evində işləyən aşpaza zəng vurdum. Bəxtimdən telefonu özü götürdü. Qayğanağı necə hazırladığını soruşdum. Bir cümlə ilə başa saldı ki, marşal bərli-bəzəkli qayğanaq xoşlamır, yəni, xüsusi tavada hazırlanmış, üzərinə bir cəfəri göyərtisi qoyulmuş, yumurtaların sarısı simmetrik yerləşdirilmiş qayğanağı o bəyənmir və mənə anlatdı ki, qayğanağı kənd variantında bişirim, yumurtaları çalıb tavada qızardıb qoyum qabağına. Dediyi kimi edib qayğanağı marşalın qarşısına qoyduq. Marşal məmnunluğunu bildirdi və razı qaldı. Qreçko sərt adam olsa da əliaçıq idi. Xüsusilə 23 fevralda, sovet ordusu və hərbi dəniz donanması günü ilə bağlı Kremldə tədbir keçiriləndə mətbəxə gəlirdi, həmin gün növbədə olan bütün aşpazlara 50 rubl pul verirdi. Hədiyyə məsələsində birincilərin həyat yoldaşları daha səxavətli idilər. Adətən bir çox bayram tədbirlərində onlar da həyat yoldaşları ilə bərabər ziyafətdə iştirak edirdilər. Bu ziyafətlər zamanı onların əksəri mətbəxə də keçirdilər. Elə Kreml mətbəxində də özlərini ev sahibəsi kimi aparan bu xanımlar bizi hədiyyəsiz qoymurdular...”

Autogen_eBook_id14_thumb[9] (1).jpg (136 KB)

Kremlin xüsusi mətbəxində xidmət etdiyi 12 il ərzində Bondaryov xaricə səfər edən Siyasi Büronun üzvləri ilə 36 ölkədə olub. Xarici səfərlərdə işin o qədər çətin olmadığını söyləyən aşpaz bildirib ki, xaricdən dövlət başçıları SSRİ-yə səfər edəndə iş daha ağır olub:

“Xaricdən SSRİ-yə rəsmi səfərə gələn dövlət başçılarına qulluq daha çətin idi. Çətinliklərdən biri ondan ibarət idi ki, menyu seçmində çox fikirləşməli olurduq. Bu işdə bizə bəzən Kreml məmurları da kömək edirdilər. Almaniya Vahid Sosialist Partiyasının baş katibi Erik Honekkerin Moskvaya səfəri zamanı menyu seçimində çətinlik çəkəndə bizə Suslov kömək etdi. Suslov təklif etdi ki, menyunun əsas yeməyi buğda bişirilmiş kələmlə sosiska olsun. Bir aşpaz kimi bu təklif mənim üçün o qədər də maraqlı gəlmədi. Amma sonra görəndə ki, Almaniya lideri, nümayəndə heyəti, mühafizəçilər kələmlə sosiskanı necə iştahla yeyirlər, Suslovun yemək zövqünə ürəyimdə “əhsən” dedim.

4890992_9130271 (1).jpg (101 KB)

İran şahı Məhəmməd Rza Pəhləvinin SSRİ-yə səfəri zamanı da menyu problemi ilə üzləşmişdik. Bu dəfə seçimdə təşəbbüskar mən oldum. İranlı qonağa qatı sousda noxudlu və qoyun əti ilə yemək hazırladım. Bu yeməyin adı piti idi. Ziyafətdən sonra Pəhləvi yeməyi kimin bişirdiyi ilə maraqlandı. Məni ona təqdim etdilər. Şah xüsusi minnətdarlığını bildirdi və köməkçisinə tapşırdı ki, mənə İrandan gətirdikləri xəzi hədiyyə etsinlər...”

Vladimir Bondaryov 1981-ci ildə DTK orqanlarından tərxis olunub. Sonrakı fəaliyyətini mülki şəxs kimi Kremlin qurultaylar sarayının yeməkxanasında davam etdirib.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam