Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Siz yatın, bizimkilər – ruslar Qarabağ əhalisinin beynini işğal etsin-PROBLEM

Və günlərin birində Rusiya Qarabağı təkcə öz təsir zonası deyil, həm də əyaləti elan edərsə, təəccüblənməyin

Yenixeber.org: Uzun müddətdir ki, rus “sülhməramlıları”nın Azərbaycan torpaqlarında öz səlahiyyətləri çərçivəsindən kənara çıxan fəaliyyətləri barədə yazmıram. Təkcə ona görə yox ki, öyrəşmişəm, bunu təbii qəbul etmişəm, bütün cəhdlərim yel dəyirmanları ilə savaşmağa bənzəyir. Rus işğalçılarına mənim də, qələm yoldaşlarımın da dəfələrlə, bir sıra səbəblərdən başqa ad çəkə bilmərəm - “sülhməramlılar”ın əməlləri barədə  mütəmadi olaraq yazdığımız, yumşaq desək, tamamilə maraqsızdır.

Yazdıqlarım ilk növbədə ölkəmdə vəzifə sahibi olanların – səlahiyyət sahiblərinin gözləri və qulaqları üçündür, hansılar ki, müəyyən məsələlərdə nəinki özlərini “kor” və “kar”, həm də “lal” kimi aparırlar. Çünki oxumağı, televizora baxmağı, radioya qulaq asmağı, internetdə gəzişməyi bacaran normal və az-çox savadlı vətəndaşın rusların dövlətçiliyimizə qarşı torpağımızda yönəlmiş bütün hiylələrini görməməsi sadəcə olaraq mümkün deyil. Və bu vəzifələrə ölkəsinin, xalqının mənafeyini qorumaq üçün təyin olunan müvafiq qurumların rəhbərlərinin hərəkətsizliyini də görməzdən gəlmək olmaz.

Bir ildən artıqdır ki, “sülhməramlılar” öz vəzifələrinə aid olmayan hər şeyi, üstəlik, Qarabağda etməyə haqqı belə, olmayanları da ediblər – etdiklərini sadalamq üçün bir yazı kifayət etməz. Ancaq özünü “kar-kor” kimi göstərənlər üçün əsas məsələləri xatırlayaq:

- Qarabağa gətirilən rus qoşun kontingentinin razılaşdırılmış sayından bir neçə dəfə çox olması;

- sursat və silahların (o cümlədən ağır texnika) sülhməramlı missiya haqqında beynəlxalq səviyyədə qəbul edilmiş qaydalara uyğun gəlməməsi;

- hərbi bazaların tipinə uyğun olaraq hərbi şəhərciklərin tikintisi;

- Rusiya Federasiyasının bir çox dövlət strukturlarının filiallarının Qarabağda yaradılması;

- əhalinin kommunal xidmətlərlə təmin edilməsi;

- nəzarət etdikləri ərazinin ermənilər və ruslar tərəfindən məskunlaşdırılması;

- həm bizi, həm də erməniləri bundan sonra bu torpaqların sahibi olduqları fikrinə yumşaq bir şəkildə vadar etmək üçün ideoloji iş - bu, rus dilinin erməni dilindən sonra ikinci dövlət dili elan edilməsi (təbii ki, Azərbaycan dilindən söhbət də getmir) və bütün rəsmi binalarda rus üçrəngli bayrağı və qələbə paradının keçirilməsi, 50 metr uzunluğunda Rusiya bayrağı, böyük rus sərkərdələri və mütəfəkkirlərinin abidələri, erməniləri azada edən “azadlıq döyüşçüsü” abidəsi  və “ilk pravoslav kilsəsi”nin açılması;

- və 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişin tamamilə bütün bəndlərinin nə ermənilər, nə də ruslar tərəfindən yerinə yetirilməməsindən söhbət belə, getmir - Ermənistan təslim olmayıb, ermənilər tərksilah olunmayıb, Rusiya erməni ordusunu yenidən silahlandırır və qurmaqda davam edir, böyük sülh müqaviləsi hələ imzalanmayıb, kommunikasiyalar açıq deyil və s. Baş verənlər fonunda hətta Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında da “DQR” abreviaturasının işlədilməsi və paytaxtın “Stepanakert” adlandırılması faktından isə heç danışmağa da dəyməz.

Bir sözlə, Qarabağdakı ruslar özlərini sadəcə olaraq münaqişəyə son qoyan, qonşular arasında dinc həyatı təmin etmək məqsədi daşıyan məhdud bir qrup kimi aparmırlar, bir azərbaycanlının belə, gedə bilmədiyi Qarabağ bölgəsinin bir hissəsini tamamilə nəzarətə götürürlər, onu da Rusiya Federasiyasının quberniyalarından biri kimi idarə edirlər. Rusiya parlamentarilərinin və generallarının, xüsusən də Rüstəm Muradovun razılaşdırılmış 5 illik müddətdən sonra da Qarabağda qalmaq niyyəti ilə bağlı açıqlamalarını unutmaq olmaz. Axı, “sülhməramlı missiyanın” qalma müddətinin uzadılmasını zəruri etmək üçün demarkasiya xəttində kiçik bir təxribat təşkil etmək çoxmu çətindir?

Bu günlərdə bir video diqqətimi çəkdi - “Qarabağda Rusiya sülhməramlıları məktəblilərin vətənpərvərlik tərbiyəsi çərçivəsində interaktiv sülh dərsi keçirib” mətni ilə müşayiət olunur: “Rusiya sülhməramlı kontingenti ictimaiyyətlə işləməyə davam edir. Bu gün Stepanakertdəki məktəblərin birində sülh dərsi keçirilib, orada uşaqlara Rusiyanın mədəniyyəti və Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin işi haqqında məlumat verilib”.

Qeyd edək ki, söhbət Saxarov adına ümumtəhsil məktəbindən gedir. Bəli, həyat yoldaşı erməni (Yelena Bonner - Alixanyan) olan həmin rus akademikindən gedir söhbət. Hansılar ki, birlikdə Qarabağın Azərbaycandan ayrılmasını müdafiə edirdilər.

“Rusiya sülhməramlıları Rusiyada və dünya ölkələrində sülhməramlı qüvvələrin yaradılması və fəaliyyətinin tarixinə qısa ekskursiya ediblər, həmçinin çoxmillətli Rusiyanın mədəniyyəti və adət-ənənələri haqqında danışıblar”, - deyə Rusiya Müdafiə Nazirliyinin xəbərində ​​deyilir.

İndi keçək çətin suallara:

- Uşaqların, indiki halda Azərbaycan ərazisində yaşayan erməni uşaqlarının vətənpərvərlik tərbiyəsi kimin vəzifəsinə daxildir və rusların buna nə dəxli var?

- “Çoxmillətli Rusiyanın mədəniyyəti və adətləri”nin sülh dərsi ilə nə əlaqəsi var?

- Nə üçün uşaqlar sülhməramlı kontingentin işinin nədən ibarət  olduğunu bilməlidirlər?

- Və ya bəlkə bu dərslərdə hətta anti-Azərbaycan tezisləri də eşidilir?

- Niyə məktəbin adı girişdəki lövhədə rusca, aşağıda isə ingiliscə göstərilib, yoxsa Xankəndidə Azərbaycan dili ilə olduğu kimi, tezliklə erməni dili də lazım olmayacaq?

- Bəs əgər Dağlıq Qarabağ bütövlükdə və bütünlüklə Azərbaycanın ərazisidirsə və bu ölkənin Prezidenti tərəfindən təmsil olunan rəsmi səviyyədə Rusiya dövlətinin özü Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, nə üçün Azərbaycanın gələcək erməni millətindən olan vətəndaşlarına Rusiyanın tarixi, özü də hərbçilər tərəfindən öyrədilir?

- Təhsil və Mədəniyyət nazirliklərimizin indiki mərhələdə ən azı Xankəndinə və Qarabağın ermənilərin məskunlaşdığı digər yaşayış məntəqələrinə daimi səyyar dəstələr təşkil etməsi, məktəblilər arasında tezliklə vətəndaşı olacaqları Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış olmaq üçün seminarlar və mühazirələr keçirməsi məqsədəuyğun olmazdımı?  

Bax bu halda həmin səyyar dəstələrin Rusiya sülhməramlılarının müşayiəti və təhlükəsizlik zəmanəti - əgər onlar həqiqətən də “sülh göyərçinləridirsə” - onların birbaşa öhdəliklərinə uyğun olardı.

Sonda qeyd edirik ki, bu məqalə nazirlik və idarələrimizin rəhbərləri üçün nəzərdə tutulub - bəlkə siz, nəhayət birbaşa vəzifələrinizlə məşğul olmağa başlaya, öz ərazinizdə hakimiyyətin cilovunu öz əlinizə alasınız? Əks halda, günlərin birində Rusiya rəsmi olaraq, Qarabağı təkcə öz təsir zonası deyil, həm də əyaləti elan edəcək.

 Mira Həsənova

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam