Rus “Sülhməramlı”larının əməlləri daha ağır itkilərə səbəb ola bilər-ŞƏRH
“Sülhməramlı” adı altında Rusiyanın məkirli niyyətlərinin qarşısı vaxtında alınmasa bu daha ağır, yeni, arzuolunmaz nəticələrə, itkilərə səbəb ola bilər
Yenixeber.org: Hər şeydən göründüyü kimi, 44 günlük müharibədə acınacaqlı məğlubiyyətə uğramalarına baxmayaraq, türk qanına susayan, türk düşmənçiliyi genlərinə hopmüş, daim başqalarının əlində türklərə qarşı ələt rolunu oynayan, türk düşmənlərinin səyi və istəyi ilə əzəli və əbədi türk torpaqlarında özlərinə Ermənistan adlanan oyunçaq “dövlət” qurmuş ermənilər hələ də ağıllanmayıblar, Azərbaycan ərazisində-Dağlıq Qarabağda-yeni bir “erməni dövləti” qurmaq xülyasından əl çəkmək istəmirlər. İnsanlara xas olan bütün keyfiyyətlərdən məhrum olan bu mənfur məxluq toplusu 20 fevral 2021-ci ildə Xankəndində həyasızcasına, 33 il bundan əvvəl -20 fevral günü Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə birləşdirilməsi haqqında qəbul edilən qərarı tarixi dirçəliş günü (?) kimi qeyd etmişlər. Yürüşdən göründüyü kimi, Xankəndində nümayişə çıxan erməni seperatçıları heç də yaşlılardan ibarət deyil və özlərini narahat hiss etmirlər. Təbii, hamı başa düşür ki, bu, Dağlıq Qarabağda hələ də sülənən bir ovuc erməni qaniçənlərinin, cinayətkarlarının təkbaşına qərar verib həyata keçirə biləcəkləri “tədbir” deyildir. Bu “tədbirdə” Rusiya dövlət strukturlarının nümayəndələrinin ermənilərlə birlikdə iştirakı sübut edir ki, “tədbirin” əksər iştirakçıları seperatçılar olsalar da, təşkilatçısı və ilhamvericisi Rusiyadır. Əcəba Arayik Arutyunyan kimdir və hansı gücə sahibdir ki, Rusiyanın dəstəyini hiss etməsə qondarma “arsax”ın müstəqilliyinin əsas vəzifələri olaraq qaldığını həyasızcasına bəyan etsin? Rusiyanı təmsil edən rəsmi nümayəndələrinin bu tədbirdə iştirakı Rusiyanın “qondarma arsaxın” müstəqilliyin de-fakto tanınması anlamına gəlmirmi? Bu Rusiyanın Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün işlədiyi ssenarinin tərkib hissəsi deyilmi? Məgər aydın deyil ki, Rusiya ilə məsləhətləşməmiş rus dilini Dağlıq Qarabğda rəsmi dövlət dili elan etmək cinayətkar Arayik Arutyunyanın heç yuxusuna da gəlməzdi?! Bu Rusiyanın Krımda tətbiq etdiyini Dağlıq Qarabağda da tətbiq etmək istədiyinə hazırlıq deyilmi? Məlumdur ki, Dağlıq Qarabağda heç vaxt 300 nəfərdən artıq rus yaşamayıb, indi yəqin orada heç bir nəfər də keçmiş Azərbaycan vətəndaşı olan rus yoxdur, bu ərazilərə məqsədyönlü şəkildə, təcili olaraq zorla köçürülən ermənilər isə rus dilini bilmirlər. Elə isə rus dilini bilməyənlərin zorən məskunlaşdırıldığı ərazidə rus dilinin rəsmi dövlət dili elan edilməsi hansı məqsəd daşıyır? Məqsəd aydındır: ermənilər üçün rus dili kursları təşkil edəcəklər. Sonra onlar, Rusiya qanunlarına uyğun olaraq rus dilindən imtahan verib Rusiya vətəndaşlığını alacaqlar. Sonra Rusiya “sülhməramlı” adı altında işğal etdiyi Dağlıq Qarabağda, Krımda olduğu kimi, “referendum” keçirib “xalqın istəyi ilə” bu ərazilərin Rusiyaya birləşdirldiyini elan etmək istəyir. Rusiya çox gözəl bilir ki, Dağlıq Qarabağda seperatçılara heç bir status verilməyəcəyi halda nəinki Azərbaycan ərazisində, çox da uzaq olmayan zamanda Ermənistanda da qala bilməyəcək. Ona görə də, “sülhməramlı” adı altında əldə etdiyi fürsətdən istifadə edərək nəzarət etdiyi ərazilərə azərbaycanlıların qayıdışına, bu ərazilərdə Azərbaycanın mülki idarəçiliyinin tətbiq edilməsinə mane olur, çəkinmədən seperatçıların “status”, “müstəqillik” istəklərinə dəstək verir və bu prosesə, öz hegemonluğunun davam etməsi şərti ilə, digər ermənipərət dövlətləri, bədnam Minsk Qrupunu cəlb etmək istəyir. Məgər görünmür ki, Rusiya “sülhməramlıları” Azərbaycan qanunlarına məhəl qoymur? Azərbaycan rəsmən elan etmişdir ki, Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan heç bir xarici dövlətin rəsmi nümayəndəsi və vətəndaşı daxil ola biməz. Elə isə nə üçün, erməni nəşrlərinin yaydığı məlumata görə, “sülhməramlılar” Ermənistan Fövqəladə Hallar naziri Andranik Piloyanın rəhbərlik etdiyi nümayəndə heyətinin fevralın 20-də Azərbaycanın dövlət sərhədimizi pozaraq Xankəndinə gəlməsinə, onun separatçı rejimin “daxili işlər naziri” sayılan Karen Sarkisyan, “fövqəladə hallar xidməti”nin direktoru hesab edilən Mexak Arzumanyanla görüşünə mane olmayıb? Belə aydın olur ki, Rusiya Ermənistanla birlikdə Dağlıq Qarabağda seperatçılığı yenidən qızışdırmaq fikirlərindən əl çəkmək istəmir. Bütün bunlar, Azərbaycanın, xüsusilə də, Azərbaycanın Xarici İşlər Nazirliyinin, üç aydan çox müddətdə Dağlıq Qarabağın işğal altında olan ərazilərimizlə əlaqədar baş verən hadisələrə görə təmkinlik nümayiş etdirməsinin, heç bir mövqe bildirməməsinin nəticəsidir. Nəzərə almaq laımdır ki, “sülhməramlı” adı altında Rusiyanın məkirli niyyətlərinin qarşısı vaxtında alınmasa, bu daha ağır, yeni, arzuolunmaz nəticələrə, itkilərə səbəb ola bilər. Ancaq həm Rusiya, həm də, bütün dünya bilsin ki, Dağlıq Qarabağ ətrafında son zamanlar baş verən hadisələr torpaqlarını yağı düşməndən azad edərkən 3 min şəhid vermiş, minlərlə əlili olan Azərbaycan xalqında əsəb və narahatlıq doğurmaya bilməz! Və Azərbaycan xalqı heç vaxt torpağının bir qarışının belə işğal altında qalması ilə barışmayacaqdır!
Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri