Məramı naməlum olan "Sülhməramlılar"...Xankəndini Rusiya ərazisi hesab edirlər
Xristian təəşşübkesliyü, islamafobiya mövqeyindən çıxış edən ermənipərəst, türk düşməni olan bəzi dövlətlər Azərbaycanın möhtəşəm qələbəsini həzm edə bilmirlər.
Yenixeber.org: Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimizin 44 gün ərzində qaniçən, mənfur düşmən üzərində misilsiz qələbəsi ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, öz vətəninin azadlığı uğrunda ölüm-dirim mübarizəsinə qalxmış Azərbaycan xalqının məğlubedilməziliyini bütün dünyaya nümayiş etdirməkdədir! Ancaq, təəssüf ki, özlərini beynəlxalq hüququn, insan hüquqlarının qoruyucusu, dünyada demokratiyanın keşikçisi kimi sırımağa çalışan, əslində xristian təəşşübkesliyü, islamafobiya mövqeyindən çıxış edən ermənipərəst, türk düşməni olan bəzi dövlətlər Azərbaycanın bu möhtəşəm qələbəsini həzm edə bilmirlər. Onlar heç bir vəclə Cənubi Qafqazı öz təsir dairəsində saxlamaq, bu coğrafiyada söz sahibi olmaq üçün erməni faşistlərindən bir maşa kimi istifadə etmək imkanlarının itirilməsi ilə barışmaq istəmir, regionumuzda yaranmış yeni geosiyasi reallığı qəbul etmirlər. Azərbaycanın öz ərazi bütövlüyünün təmin edilməsi nəticəsində regionumuzda yaranmış real vəziyyətdə də öz istəklərinə nail olmaq, bu coğrafiyanı yenə də qeyri-sabitliyə düçar etmək, öz təsir dairəsində saxlamaq üçün bu üzdəniraq "demokratlar, hüquq müdafiəçiləri" yenə də erməni kartından istifadə etməyə can atırlar. Öz məqsədlərinə çatmaq üçün müxtəlif yollarla Dağlıq Qarabağda yaşayan bir ovuc erməni tör-töküntüsünə hansısa bir "status" verilməsinə nail omaq istəyirlər. Və hələlik tez-tələsik "qaçqın" ermənilərin Daqlıq Qarabağa qaytarılmasını bunun ilkin yolu hesab edirlər və bu prosesi sürətləndirməyə start veriblər. Bunun üçün Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin 10 noyabrda atəşkəs haqqında imzaladıqları bəyanatın 7-ci maddəsinin yaratdığı imkanlardan istifadə edirlər. Bu bəyanatın 7-ci maddəsində qeyd edilir ki: "Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır". Bu maddədə təkcə "qaçqın", qatı və israrolunmaz türk düşməni olan ermənilərin deyil, eyni zamanda azərbaycanlıların da doğma yurdlarına qayıtması nəzərdə tutulsa da, hələlik "sülhməramlıların" hərtərəfli dəstəyi ilə yalnız ermənilər qaytarılır. Həm də KİV-də yayılan məlumatlara görə bunların arasında təkcə keçən əsrin 90-cı illərinə qədər bu ərazilərdə yaşayanlar deyil, işğal illərində xaricdən gətirilmiş çoxsaylı ermənilər də vardır. Təbii, başa düşülür ki, azğın, bütün insani hisslərdən uzaq olan, faşiştpərəst, yırtıcı, vandal ermənilər işğal etdikləri bütün ərazilərdə yaşayış məskənlərini darmadağın ediblər və hələlik oralara köçmək üçün şərait yoxdur. İnşAllah yaxın zamanlarda bu ərazilərimiz yenidən qurulacaq, daha da abad ediləcəkdir. Ancaq, axı Xankəndi demək olar ki, dağıntılara məruz qalmayıb və ya onun miqyası o qədər də yüksək deyil. Deməli, Xankəndindən didərgin salınmış soydaşlarımızın ora qayıtmaları mümkündür! Statistik məlumatlara görə işğaldan əvvəl Xankəndində 20 minə yaxın azərbaycanlı yaşayıb. Onların yaşadıqları ünvanlar da məlumdur. "Sülhməramlılardan" tələb etmək lazımdır ki, erməniləri bu unvanlardan çıxarsınlar və soydaşlarımızın Xankəndinə maneəsiz qayıdışını və təhlükəsiz yaşayışını təmin etsinlər! Bununla yanaşı, soydaşlarımızın Dağlıq Qarabağda öz doğma yurdlarına qayıtmalarının tezləşdirilməsi üçün bərpa işlərinə ilk növbədə Suşada, Xocalıda, Xocavənddə başlamaq lazımdır.
Dağlıq Qarabağın hələ də ermənilərin nəzarətində qalan hissəsinin quldur silahlılardan təmizlənməsini tezləşdirmək lazımdır. Bu gecikdikcə üzdəniraq "arsaxın" cinayətkar "rəhbərləri" "sülhməramlıların" hərtərəfli dəstəyi ilə öz yerlərini daha da möhkəmləndirirlər, Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi görüntüsünü yaratmağa çalışırlar. Hal-hazırda "sülhməramlılar" Dağlıq Qarabağı de fakto Rusiya ərazisi hesab edirlər və burada bütün hakimiyyəti öz əllərinə alıblar. Buna son qoymaq üçün tezliklə Xankəndində, Xocalıda, Ağdərədə, Əskəranda, Xocavənddə Azərbaycanın suveren hüquqları bərpa edilməli, erməni havadarlarının Dağlıq Qarabağ ermənilərinə hansısa "status" qazandırmaq cəhdlərinə son qoyulmalıdır! Onların nəzərinə bir daha çatdırılmalıdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, "Dağlıq Qarabağ münaqişəsi" anlayışı artıq yoxdur, Dağlıq Qarabağ ermənilərinə heç bir status verilməyəcəkdir. Cəhənnəmə getdi status, gorbagor oldu status!
Teyyub Qənioglu: Azərbaycan Təkamül Partiyasının sədri