Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Paşinyan hərbi təhlükəni hiss edir: Azərbaycan-Türkiyə ittifaqı ilə anlaşmağa can atır

Ermənistanı himayə edən Rusiyanın regiondakı təsir gücü artıq balanslaşdırılıb; Rəsmi İrəvan Rusiya-Türkiyə münasibətlərində anlaşma faktorlarının ziddiyyət amillərindən daha ön planda olmasından məyusdur...

Yenixeber.org: Cənubi Qafqazda geopolitik proseslər intensiv xarakter daşıyır. Yeni regional şərtlər bu bölgədə maraqları olan dövlətlərin geostrateji və geopolitik hədəflərinə də təsir göstərir. Və həmin hədəflərin bəziləri öz əhəmiyyətini itirir, bəzilərinin isə reallaşma ehtimalı əvvəlki dövrdən daha fərqli faktorlara indeksləşir.

Təbii ki, bütün bunlar rəsmi Bakının və Azərbaycan ordusunun xidmətləridir. Çünki məhz Azərbaycan ordusunun 44 günlük savaşda qazandığı parlaq qələbə Cənubi Qafqazda maraqları olan nəhəng dövlətləri pat vəziyyətinə salıb. Və indi II Qarabağ savaşından əvvəlki şərtlər keçərli olmadığından, həmin dövlətlər bu regiondakı maraqlarının perspektivlərini yenidən dəyərləndirmək məcburiyyətindədirlər.

Onu da qeyd edək ki, eyni vəziyyət region dövlətləri üçün də keçərlidir. Belə ki, ötən ilin 27 sentyabrına qədər Ermənistan özünü daha təhlükəsiz və toxunulmaz hesab edirdi. Rəsmi İrəvan hətta hərbi-siyasi avantüralarla meydan oxumağa belə, cəhd göstərirdi. Və Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün savaşa başlayacağına inanmırdı.

3fdc23ab-eca4-47df-a1d5-d758188a54b5.jpg (256 KB)

Maraqlıdır ki, bu önəmli məqam Ermənistan baş naziri Nikol Paşinyanın açıqlamasında da xüsusi olaraq, vurğulanmışdı. Bir müddət öncə Ermənistanın II Qarabağ savaşında biabırçı məğlubiyyətinin səbəbləri barədə danışarkən, baş nazir N.Paşinyan ona hərbi dairələrin təqdim etdiyi hesabatlarda savaş ehtimalının olmadığının vurğulandığını qabartmışdı. Məlum olmuşdu ki, hətta 27 sentyabr ərəfəsində belə, hərbi təxribatlar törədən Ermənistan Azərbaycanın savaşa başlamayacağından tam əmin olub.

Ancaq artıq hər kəsə məlumdur ki, Ermənistanın hərbi-siyasi dairələrinin hesabatları reallıqla ayaqlaşmayıb. Azərbaycan savaşa başladı, tarixi qələbə qazandı, öz ərazi bütövlüyünü bərpa etdi. Üstəlik, “məğlubedilməz erməni ordusu” miflərini də həmişəlik dağıtdı.

İndi isə Ermənistanda nə əhali, nə də siyasi elita ölkələrini təhlükəsizlikdə hesab edə bilmirlər. Daim narahatlıq içərisindədirlər, əhali arasında Ermənistanın gələcəyinə inanmayanların sayı sürətlə artır və başqa ölkələr köçməyi yeganə çıxış yolu kimi görürlər. Çünki indi Ermənistanın “məğlubedilməz ordu”su barədə miflər yoxdur. Üstəlik, Ermənistan ordusunun özü də demək olar ki, mövcud deyil.

Ona görə də indi Ermənistan cəmiyyəti üçün yeni müharibə ehtimalı ən qorxulu faktordur. Erməni politoloqlar yeni müharibənin olub-olmayacağı barədə müxtəlif iddialar ortaya atırlar. Və Ermənistanın milli təhlükəsizlik maraqlarının ciddi problemlərlə üzləşdiyini vurğulayırlar.

Maraqlıdır ki, Ermənistan cəmiyyətini narahat edən əsasən iki faktor mövcuddur. Onlardan birincisi, Azərbaycanın hərbi potensialının Ermənistan üçün əlçatmaz olmasıdır. Digər faktor isə Azərbaycanın NATO ölkəsi olan Türkiyə ilə hərbi müttəfiq münasibətləri qurmasıdır. Və ermənilər bu faktorun Ermənistan və Rusiya hərbi müttəfiqliyinin əhəmiyyətini heçə endirdiyini düşünürlər.

kollaj-1527833999_p.jpg (193 KB)

Erməni hərbi ekspert David Arutyunov Azərbaycan-Türkiyə hərbi ittifaqının Ermənistana real təhlükə törətdiyini iddia edir. Onun fikrincə, əgər 44 günlük savaş dövründə Türkiyə Azərbaycana siyasi dəstək verirdisə, indi bu barədə danışmaq çox çətindir. Çünki indi Türkiyənin Azərbaycana siyasi dəstəyinə artıq açıq hərbi yardımlar da əlavə olunub: “İndi Türkiyə və Azərbaycan arasında iki ölkənin ordularının daha sıx inteqrasiya olunması prosesi gedir”.

Erməni hərbi ekspert rəsmi İrəvana xəbərdarlıq edir ki, Türkiyə və Azərbaycanın ortaq davranışları yalnız hərbi xarakter daşımır. Bu ortaqlığın siyasi hədəfləri də var: “Bu iki dövlət Rusiyaya Türkiyənin regionda olduğunun açıq mesajını verirlər. Kremlə anlatmağa çalışırlar ki, bu region artıq Rusiyanın müstəsna təsir məkanı deyil”.

Onu da qeyd edək ki, Ermənistan cəmiyyəti Azərbaycan və Türkiyənin davamlı ortaq təlimlər keçirtməsindən ciddi şəkildə narahatdır. Xüsusilə də, Laçın rayonunda keçirilmiş ortaq təlimlər erməni toplumunda bədbinlik yaradıb. Hesab olunur ki, həmin təlimlərin əsas məqsədi Rusiyaya sərt mesaj vermək və Ermənistanı daim hərbi-siyasi təzyiq altında saxlamaqdır.

Maraqlıdır ki, Ermənistan cəmiyyətində Azərbaycanın tezliklə yeni müharibəyə başlayacağına əmindirlər. Ancaq bu savaşın nə vaxt ola biləcəyini təsəvvür etməkdə çətinlik çəkirlər. Və bu ehtimal erməni toplumunu psixoloji gərginlik içərisində saxlayır.

eliyev-erdogan-susa-beyennamesi.jpg (49 KB)

Təbii ki, rəsmi İrəvan Rusiyanın Ermənistanı yeni savaş təhlükəsindən sığortalaya biləcəyinə ümid bəsləyir. Çünki yeni hərbi əməliyyatların çox qısa zamanda Rusiya-Türkiyə savaşına çevrilə biləcəyini ehtimal edir. Ancaq hazırda Türkiyə-Rusiya münasibətlərində ziddiyyətlərin hərbi toqquşmalara yol aça biləcək məzmundan uzaqlığı ilə bağlı məyus olduğunu da qətiyyən gizlətmir. Və rəsmi İrəvan Ermənistan üçün indiki önəmli mərhələdə Rusiya-Türkiyə əlaqələrində anlaşma faktorlarının daha ön planda olmasından qətiyyən məmnun deyil.

Göründüyü kimi, ötən il regionda hərbi avantüralarla qarşıdurma mühiti yaratmaqla, diqqəti çəkən Ermənistan indi özünü qorumağın yollarını axtarmaq məcburiyyətində qalıb. Azərbaycan-Türkiyə hərbi ittifaqı isə rəsmi İrəvanı ümumiyyətlə, çıxılmaz vəziyyətə salıb. Çünki artıq rəsmi İrəvan da, Ermənistanın regional himayədarı Rusiya da bu hərbi ittifaqın siyasi iradəsinə qarşı çıxmağın mümkün olmadığını qəbul etməyə başlayıb. Bu baxımdan, regionda əsas hərbi-siyasi iradə mərkəzi rolunda məhz Azərbaycan-Türkiyə ittifaqı çıxış edir.

Ona görə də, Paşinyan hakimiyyəti anlamağa başlayıb ki, Azərbaycan-Türkiyə hərbi ittifaqı ilə hər hansı qarşıdurma Ermənistan üçün fəlakətli nəticələr verə bilər. Və bu ittifaqdan gözlənilən hərbi təhlükədən yayınmağın ən optimal yolu məhz onun təmsilçiləri ilə münasibətləri normallaşdırmaqdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam