Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib-FOTOLAR

 

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Şuşada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlunu qəbul edib.

Yenixeber.org xəbər verir ki, qəbula görə minnətdarlığını bildirən Selçuk Bayraktaroğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə ölkələr arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi vurğulanıb.

Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələrin olmadığını deyən dövlət başçısı qeyd edib ki, birliyimiz dünya miqyasında önəmli amildir.

Prezident İlham Əliyev bölgədə artıq sülh dövrünün başladığını vurğulayıb.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin 2021-ci ildə məhz Şuşa şəhərində imzalanmasının önəminə toxunulub.

Bugünkü görüşün 15 sentyabr - Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik işğalından azad olunmasının 107-ci ildönümünə təsadüf etməsi məmnunluqla vurğulanıb.

Söhbət zamanı Azərbaycanın və Türkiyənin hərbi qurumları arasında qardaşlığa, strateji müttəfiqliyə əsaslanan əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam