Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ermənistan daha bir “dəmir yumruq” zərbəsi aldı: Rəsmi Bakının növbəti zərbəsi isə bundan da ağır ola bilər

Paşinyan hakimiyyəti Rusiyanın Azərbaycan ərazisində heç nəyə nəzarət etmədiyi və rəsmi Bakı üzərində də hər hansı təsir gücünə malik olmadığı ilə reallıqda bir daha qarşılaşdı; Ona görə də, bundan sonra Azərbaycanın maraqları olan bütün məsələlərdə yalnız rəsmi Bakı ilə müzakirələrə cəhd göstərməlidir...

Yenixeber.org: Ermənistanın hərbi-siyasi təxribatları məntiqi cavabını artıq almaqdadır. Rəsmi İrəvan öz avantüralarının real nəticələri ilə üzləşməyə başlayıb. Və bu, Ermənistanın qarşıya qoyduğu hədəflərin reallaşdırılması üçün apardığı hesablamaların tamamilə yanlış olduğunu göstərir.

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti Azərbaycan-Ermənistan sərhədlərində hərbi təxribatlar törədib, regionda geopolitik situasiyanı gərginləşdirməklə, vəziyyəti öz xeyrinə dəyişə biləcəyinə ümid bəsləyirdi. Rəsmi İrəvan ümid edirdi ki, 44 günlük savaşdan sonra üzləşdiyi məğlub ölkə durumunu arxa plana keçirə biləcək. Və bununla da regional məsələlərin həlli ilə bağlı müzakirələrdə bərabərhüquqlu oyunçu statusu qazanmağa nail olacaq.

Ancaq Cənubi Qafqazda maraqları olan əksər geopolitik oyunçular da rəsmi İrəvanın bu cəhdlərinin mənasız olduğunu anlamamış deyillər. Çünki bu regionun gələcək taleyinin həll edilməsi hüququ artıq tamamilə Azərbaycanın əlinə keçib. Bundan sonra geopolitik şərtləri birmənalı şəkildə rəsmi Bakı müəyyən və diktə edir. Və bundan yayınmaq, ya da ki, vəziyyəti dəyişmək artıq mümkün deyil.

Əslində, rəsmi Bakı dəfələrlə Ermənistana bu barədə ciddi şəkildə xəbərdarlıq etmişdi. Sadəcə, Azərbaycan tərəfi mümkün qədər səbr nümayiş etdirməyə, rəsmi İrəvanı kontruktiv mövqe tutmağın qaçılmazlığına inandırmağa üstünlük verirdi. Ancaq belə görünür ki, “erməni xəyalları” mövcud reallıqların dəyişməz xarakter daşımasına inanmağa imkan vermir.

Halbuki, rəsmi Bakının “Ermənistan həddini aşarsa, “dəmir yumruq” dərhal və mütləq işə düşəcək” xəbərdarlığı Paşinyan hakimiyyəti üçün gələcəyə yönəlik planlar qurarkən, əsas təhlükəsizlik tezisi rolunu da oynaya bilərdi. Hər halda, bu xəbərdarlığa ciddi və həssas yanaşılsaydı, Ermənistan indiki problemlərin bəziləri ilə üzləşməzdi. Və regionda cərəyan edən proseslərdə Ermənistan da iştirak hüququ qazana bilərdi.

Ancaq beynəlxalq himayədarlarə - ABŞ, Rusiya və Fransaya olan ümidlər rəsmi İrəvanı reallıqdan uzaq saldı. Nəticədə, Ermənistan indiki situasiya ilə üz-üzə qalmış oldu. Həmin beynəlxalq himayədarlar isə hazırda Ermənistana heç bir yardım göstərə bilmir.

Məsələ ondadır ki, rəsmi İrəvan Azərbaycanın səbr göstərməsindən yanlış nəticə çıxartdı. Belə ki, Ermənistan hərbi təxribatları dayandırmaq əvəzinə açıq hücum mövqeyinə üstünlük verdi. Erməni hərbçilər Azərbaycan sərhədçisinə günün günorta çağı hücum edərək, ona soyuq silahla xəsarət yetirdilər və sonra qaçmağa məcbur oldular.

Ancaq erməni hərbçilər qaça bilsələr də, Ermənistan rəsmi Bakının qəzəbindən xilas ola bilmədi. Ermənilərin hərbi cinayəti Azərbaycan ordusunun cavab addımı ilə cəzalandırıldı. Azərbaycan əsgərləri Gorus-Qafan yolunun ölkəmizin ərazisindən keçən 21 kilometrlik hissəsini hər iki tərəfdən qapatdılar. Nəticədə Ermənistanın şimalı ilə cənubi qarasındakı əsas nəqliyyat-kommunikasiya xətti kəsilmiş oldu.

İndi bu məsələ ətrafında olduqca maraqlı vəziyyət yaranıb. Rəsmi İrəvan hay-küy salıb, bütün dünyaya şikayətlənirlər. Ancaq rəsmi İrəvanın iddiaları o qədər məntiqsizdir ki, kimsə onun şikayətinə əhəmiyyət verməz. Çünki Gorus-Qafqan yolunun qapadılmış hissəsi məhz Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazisindən keçir.

Həmin yolun fəaliyyəti ilə bağlı isə Azərbaycan və Ermənistan arasında heç bir hüquqi anlaşma mövcud deyil. Rəsmi Bakı isə Azərbaycan ərazisindən keçən istənilən yolun fəaliyyəti ilə bağlı sərbəst qərar vermək hüququna sahibdir. Və heç bir beynəlxalq qurum Azərbaycanın suveren hüquqlarına müdaxilə edə bilməz.

Maraqlıdır ki, rəsmi İrəvan bu məsələ ilə bağlı hansısa anlaşmanın olduğunu iddia etməyi də qətiyyən unutmur. Ancaq Ermənistan baş naziri Nikol Paşinyanın açıqlamasından belə məlim olur ki, həmin anlaşma heç bir aidiyyatı olmayan üçüncü ölkə ilə əldə olunubmuş. Və 21-ci əsrdə bir dövlətin bu qədər məntiqsiz siyasi anlayışlar üzərindən hərəkət etdiyinə inanmaq olduqca çətindir.

Məsələ ondadır ki, erməni baş nazir rəsmi Bakının Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən 21 kilometrlik hissəsini qapatmasının Ermənistanla Rusiya arasında əldə edilmiş hansısa “anlaşma”ya ziddi olduğunu bildirib. Ancaq baş nazir N.Paşinyan qəribə də olsa, Azərbaycan ərazisi ilə bağlı Ermənistanın hansı məntiqə dayanaraq, Rusiya ilə anlaşdığını izah etməyib.

Paşinyan hakimiyyəti deyəsən, Azərbaycanı Ermənistanla səhv salıb. Ermənistanın bütün yollarına, infrastrukturuna, iqtisadiyyatına, hətta sərhədlərinə belə, Rusiya nəzarət edir. Ola bilsin ki, rəsmi İrəvan Azərbaycanla bağlı da oxşar vəziyyətin hökm sürdüyünü düşünürmüş. Və indi anlaşılır ki, olduqca böyük səhv edibmiş.

Hər halda, erməni baş nazir Rusiyanın Azərbaycan ərazisində heç nəyə nəzarət etmədiyinə və rəsmi Bakı üzərində də hər hansı təsir gücünə malik olmadığına praktikada növbəti dəfə əmin oldu. Əks halda, Rusiya sərhədçilərinin Azərbaycan hərbçilərindən xahişləri nəsə bir nəticə verərdi və yol açılardı. Halbuki bu, qətiyyən baş vermədi.

Ona görə də, indi rəsmi İrəvan Gorus-Qafan yolunun fəaliyyətini bərpa edə bilmək üçün alternativ variantlar üzərində düşünmək məcburiyyətində qalıb. Bu isə o deməkdir ki, Paşinyan hakimiyyəti bundan sonra Azərbaycanın qərarı tələb olunan bütün məsələlərdə yalnız rəsmi Bakı ilə müzakirələrə cəhd göstərməlidir. Və rəsmi İrəvanın Kremlə bəslədiyi bütün ümidlər tamamilə yersizdir, heç bir real nəticə verə bilməz.

Göründüyü kimi, Paşinyan hakimiyyətinin son dövrlərdə həddini aşmağa başlamış hərbi-siyasi avantüralarına yüngülvari də olsa, cavab verildi. Ermənistan Azərbaycanın “dəmir yumruq” zərbəsi ilə növbəti dəfə tanış oldu. Ancaq rəsmi İrəvan bu zərbəni həm də daha bir xəbərdarlıq kimi qəbul etməlidir. Əks halda, bundan sonrakı “dəmir yumruq” zərbəsi daha ağır ola və Ermənistan üçün faciəvi nəticələr verə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam