Erməni terroru davam edir: Bu dəfə yerin altında...
Ötən il Dağlıq Qarabağ müharibəsi başa çatsa da, Ermənistan mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Bununla işğalçı ölkə mülki vətəndaşlara və hərbçilərə qarşı cinayətlərini davam etdirir. Ermənistan tərəfi mina xəritələrini verməkdən boyun qaçırmaqla keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını əngəlləməyə və daha çox dinc sakinin ölümünə nail olmağa çalışır.
Yenixeber.org: Müharibə yekunlaşandan sonra məlum oldu ki, Ermənistanın 30 ilə yaxın vaxt ərzində işğalda saxladığı bütün ərazilərə binalar basdırılıb. Qarabağda təkcə hərbi təyinatlı ərazilər deyil, mülki yaşayış yerləri və qəbiristanlıqlar da minalanıb. Bunun nəticəsidir ki, müharibədən sonra da mülki vətəndaşlarımız və hərbi qulluqçular arasında itkilərimiz olub.
Belə ki, noyabrın 10-dan bu günə qədər işğaldan azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində 18 nəfər dünyasını dəyişib, 79 nəfər xəsarət alıb. Minaların yaratdığı faciənin son nümunəsi bu yaxınlarda Ağdamda yaşandı. İşğaldan azad olunmuş Ağdamda 6 nəfər mülki şəxs minaya düşdü, onlardan 2-si həlak oldu, 3 nəfər isə yaralandı.
Müharibədən sonra Ermənistanın artıq düşmənçilik mövqeyindən əl çəkəcəyi gözlənilirdi. Əslində İrəvan 30 ildə ilk dəfə olaraq humanist addım atmaqla minalanmış ərazilərin xəritələrini Bakıya təqdim edə bilərdi. Əksər hallarda müharibələr yekunlaşdıqdan sonra tərəflər arasında normal münasibətlər qurulur, məğlub olan tərəf işğalda saxladığı və ya zəbt etdiyi torpaqlarda basdırdığı minaların xəritələrini təqdim edir. Bu addım postmüharibə dövründə baş verə biləcək yeni faciələrin qarşısını alır.
Ermənistan isə məkrli və dağıdıcı siyasətini davam etdirməklə, insanlıq əleyhinə cinayətlərdən əl çəkmək istəmir. Müharibənin bitməsindən 5 aya yaxın keçməsinə baxmayaraq, hələ də ermənilərin xaotik şəkildə basdırdıqları minaların partlaması nəticəsində mülki şəxslər həlak olur yaxud da şikəst qalır. Məsələnin diqqətçəkən tərəfi budur ki, müharibdə bitəndən sonra Azərbaycan ərazilərində öz hərbçilərinin cəsədlərini axtaran erməni zabitləri də özlərinin basdıqdıqları minaya düşmüşdülər. Bu da ondan xəbər verir ki, hələ də hərbi cinayətlərini davam etdirərək xəritələri verməkdən boyun qaçıran İrəvan hakimiyyəti öz vətəndaşlarını belə siyasi maraqlarının qurbanına çevirir.
Qeyri-rəsmi məlumatlara görə, işğaldan azad edilən ərazilərdə 100 mindən artıq mina basdırılıb. Bununla bağlı beynəlxalq təşkilatlara müraciət edən Azərbaycan tərəfi dünya ictimaiyyətini Ermənistana təzyiqləri artırmağa çağırıb.
Bu gün Ermənistan mina xəritələrini özündə saxlamaqla təkcə hərbi cinayətlərini davam etdirmir, həm də var gücü ilə işğaldan azad edilən ərazilərdə bərpa işlərini süni şəkildə ləngitməyə çalışır. Bu məsələyə Azərbaycan Prezidenti dəfələrlə münasibət bildirib. Ölkə başçısı minalanmış ərazilərin xəritələrinin verilməməsi, İrəvanın hələ də qeyri-humanist davranışlarını davam etdirməsi haqqında martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündə də danışdı. Hazırda işğaldan azad edilən ərazilərdə bərpa işlərinə start verildiyini deyən Prezident müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçinin minaya düşərək həlak olduğunu və ya yaralandığını xatırladıb:
“Ermənistan bu günə qədər bizə mina xəritələrini vermir. Bu, növbəti hərbi cinayətdir. Ona görə minalardan təmizləmə işi daha çox vaxt aparacaq. Bu işlər başa çatmadan, əlbəttə ki, biz köçkün, qaçqın soydaşlarımızı o torpaqlara qaytara bilmərik”.
Ermənistanın postmüharibə dövründə hərbi cinayətlərini davam etdirməsi Azərbaycan xaricində də tənqidlərə səbəb olur, mina xəritələrinin gizlədilməsinin sülh proseslərinə ciddi əngəl törtədiyi vurğulanır. Bu günlərdə rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov məsəni şərh edərkən demişdi ki, Azərbaycana minalanmış ərazilərin xəritələrinin verilməməsi üçtərəfli bəyanatların həyata keçirilməsində əsas problemdir.
Onun fikrincə, bu, yalnız razılaşmaların kobud şəkildə pozulması deyil, həm də cinayət tərkibli hərəkətdir, çünki məlum xəritələrin verilməməsi indi evlərinə qayıtmağa can atan çox sayda mülki şəxsin, eləcə də hərbçilərin ölümünə səbəb olur.
S.Markov vurğulayıb ki, əksər erməni zabitləri Sovet nizamnaməsinə uyğun təhsil alıblar və həmin qaydalarda minalanmış ərazilərin xəritələrinin iki surətdə tərtib edilməsi ciddi şəkildə tapşırılır: "Həmin xəritələrdən biri bölmədə qalır, digəri isə baş qərargahın xüsusi şöbəsində saxlanılır. Buna görə, şübhəsiz ki, bütün bu xəritələr onlarda var".
Maraqlıdır ki, bu gün minalanmış xəritələrin təqdim edilməməsi yalnız azərbaycanlı hərbçilər, mülki şəxslər üçün deyil, eləcə də hazırda Azərbaycan torpaqlarında xüsusi missiya həyata keçirən rusiyalı sülhməramlılar üçün də ciddi risk yaradır. Yəni nə qədər ki, Qarabağ ərazilərində minaların basdırılması haqqında dəqiq məlumatlar yoxdur, rusiyalı hərbçilərin təhlükəsizliyi və sağlamlığı təhdid altındadır. Bu mənada Rusiya dövləti də minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsi üçün Ermənistana təzyiqlər göstərməlidir.
Eyni zamanda beynəlxalq təşkilatlar da bu istiqamətdə Ermənistana çağırışlar etməli, xəritələrin təhvil verilməsinin vacibliyi anlamalıdır. Şübhəsiz, İrəvanda özəl anlayırlar ki, onların hazırda davam etdirdikləri hərbi cinayətlər beynəlxalq qanunlara ziddir, xəritələri təqdim etməkdən imtina isə beynəlxalq humanitar hüquqların pozulması deməkdir. Düşmənin mülki insanların ölümünə və şikəst qalmasına səbəb olan əməllləri insanlıq əleyhinə yönəlmiş ən ağır cinayətdir. Bundan əlavə, Ermənistan rəhbərliyi beynəlxalq humanitar hüququn normalarını pozur.
Xatırladaq ki, 1949-cu il tarixli Cenevrə Konvensiyalarının I Əlavə Protokoluna əsasən, hədəfi fərqləndirməyən silahların istifadəsi qadağandır. Ermənistan insanların həyat və sağlamlığının qorunmasını təmin etmək üçün qeyd-şərtsiz minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməlidir. Günahsız insanların həyat və sağlamlığını qorumaq və insan hüquqlarının pozulmasına son qoymaq naminə bütün müvafiq beynəlxalq təşkilatlar təcili tədbirlər görməlidir. Əks təqdirdə 30 il ərzində olduğu kimi bundan sonra da ermənilərin hərbi cinayətləri günahsız insanların faciəsinə yol açacaq.(azvision)
Tural Tağıyev