Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azad edilmiş ərazilərdə -gizlənən təhlükə

 
Qarabağda döyüş əməliyyatları Azərbaycanın qələbəsi ilə başa çatandan sonra ilk iş işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi oldu. Artıq bununla bağlı bir neçə aydır ki, sürətli əməliyyatlar həyata keçirilir. İndiyədək minlərlə mina aşkar olunaraq zərərsizləşdirilib. Minatəmizləmə prosesinə xaricdən alınan yeni texnika və avadanlıqlar da cəlb olunub.
Yenixeber.org: 44 gün ərzində Azərbaycan torpaqlarını tərk edən erməni terrorçuları ərazilərdə xeyli sayda mina və digər hərbi sursatlar basdırıblar. Vətən müharibəsində ağır məğlubiyyətə uyrayan düşmənin məqsədi çoxlu sayda mülki şəxslərin həlak olması, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını çətinləşdirmək və prosesi uzatmaqdır.

Mənfur ermənilər minalaşmış sahələrin xəritələri Azərbaycana təhvil verməkdən imtina edərək hələ də cinayət əməllərindən əl çəkmədiklərini göstərirlər.

Hazırda azad edilmiş bütün ərazilərdə minatəmizləmə əməliyyatları uğurla davam etdirilir. Ağdama səfərimiz zamanı düşmənin burada basdırdığı və minatəmizləmə əməliyyatları zamanı aşkar olunan minalar və xeyli sayda partlamamış hərbi sursatlara rast gəldik.

Məlum olur ki, Ermənistan hərbçiləri işğal edilən ərazilərdə hər yeri, hətta hərbi təyinatı olmayan əraziləri də minalayıblar. Bu səbəbdən işğaldan azad edilən ərazilərimizdə hər an mina partlayışlarının olması təhlükəsi qalır.

Təlimata əsasən, Ağdamda müəyyən edilmiş ərazilərlə hərəkət edə bildik. Həmin ərazilərdən kənara çıxmaq təhlükəli olduğundan yalnız təyin olunmuş marşrut üzrə hərəkət etmək lazım gəlir. Əks halda ölüm və ağır xəsarətlərlə nəticələnən faciə baş verə bilər.

Təəssüflər olsun ki, bu günədək dövlət qurumlarının xəbərdarlığına baxmayaraq, azad olunmuş ərazilərə qanunsuz daxil olan bir neçə mülki vətəndaşımız mina partlayışı nəticəsində həyatını itirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam