Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

ABŞ-İRAN MÜNASİBƏTLƏRİ GETDİKCƏ GƏRGİNLƏŞİR: -geriyə addımı ilk kim atacaq? - TƏHLİL

 

Çətinər Çətin

“Habertürk”, Türkiyə, 01 fevral 2021-ci il

 

ABŞ-la İran arasında nüvə anlaşması ilə bağlı siçan-pişik oyunu artıq başlayıb.

Yenixeber.org: ABŞ-ın uzatdığı zeytun budağına qarşı İran iqtidarı, içində olduqları bütün çətin şərtlərə rəğmən, quyruğu dik tutmağa çalışır.

Ancaq İran quyruğu nə qədər dik tutmağa çalışsa da, ötən həftə ABŞ tərəfindən Orta Şərq hava məkanında bir amerikan döyüş təyyarəsinin 36 saat ərzində boy göstərməsi üçün bölgəyə Luizianadakı hava bazasından nüvə silahı daşıya bilən B52 bombardman təyyarəsi göndərildi. Yeni ABŞ Prezidenti Co Baydenin bu sərt başlanğıcı İran hökuməti üçün soyuq duş effekti yaratdı.

İran bu duruma səssiz qalmadı və Xarici işlər naziri Cavad Zərif, “@SecBlinken üçün doğruluq testi: ABŞ BHFP-ni (nüvə anlaşması – tərc.) pozdu” deyərək, tvit atdı və ilk addımı Vaşinqtonun atmalı olduğu ilə bağlı israr etdi.

İran elə ötən həftə bir qayalıqda qorunan Fordo nüvə obyektində yenidən uranı BHFP-nin – Birgə Hərtərfli Fəaliyyət Planının icazə verdiyindən 5 qat daha çox, yəni 20%-ə qədər zənginləşdirəcəyini bəyan etdi. Başqa sözlə, İran böhranı qızışdırır, yəni oda benzin tökürBunun önəmli bir səbəbi də İranın mötədil Prezidenti Həsən Ruhani və Xarici işlər naziri Cavad Zərif baxımından 2021-ci ilin olduqca riskli bir il olmasıdır. Onların qarşıdakı illərdə siyasət cəbhəsindən tamamilə kənara itələnməmələri üçün bir uğur hekayəsinə ehtiyacları vardır.

18 iyunda Ruhaninin artıq namizəd olmasına izn verilməyən bir prezident seçkisi var. Seçkidə mötədil bir namizədin qalib gəlməsi ancaq koronavirus və hiperinflyasiyadan əziyyət çəkən xalqın yenidən ona ümid bəsləməsilə mümkün ola bilər. İranda bağlı qapılar arxasında gedən danışıqlar isə ayətullahlar heyətinin və Xamnəyinin sərt bir şəxsi iqtidara gətirəcəyi yönündədir.

Onlar ABŞ sanksiyalarının və nüvə anlaşmazlığının seçki kampaniyasında kilid rol oynayacağını gözləyirlər. Bu, müəyyən qədər doğrudur, çünki xalq yoxsulluq və səfalət içindədir. Ancaq məsələ burasındadır ki, seçiləcək siyasətçinin kim olacağına, əslində, Xamnəyi qərar verir, sonra xalqa “Bunu seç!” deyərək təklif edir… Bir növü məcburi seçim olur.

Əgər nüvə anlaşmasına sürətli dönüş olarsa, “islahatçı və mötədillər”in iyun ayında keçiriləcək seçkilərdə çox yaxşı şansı ola bilər. Ruhaninin Baydenlə danışıqlarda uğursuz olması halında isə Tehrandakı təşviqatçılar elə də çox xoşlanmadıqları nüvə anlaşmasından, nəhayət, qurtulmaqla birlikdə, raket proqramına və regional güc olmağa yönəlik ambisiyaları ilə bağlı fürsət yaxalayacaqlarını da sezirlər.

İranda koronavirus hər şeyi qarsıb-qovurur. Dövlət büdcəsində nəhəng boşluqlar var və sürətlə artan inflyasiya 82 milyon insanın yaşadığı ölkədə xüsusilə də yoxsulları vurur. İran hakimiyyəti xarici qüvvələrə qarşı boy göstərdiyi halda, daxildəki çöküş hər keçən gün artır. İran daxildə bitmiş bir ölkədir, ancaq xaricə qarşı dirənir. Nə qədər dirənə biləcəyini görəcəyik…

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam