Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İran nüvə sazişində qalmasının şərtlərini açıqladı

İran nüvə sazişində qalmasının şərtlərini açıqladı

ABŞ-ın birtərəfli qaydada çıxmasından sonra nüvə sazişinin qorunub saxlanması yönündə Tehranın şərti neft satışından gəlir əldə edilməsinin təminindən ibarətdir 

 Yenixeber.org: Almaniyanın nüfuzlu “Spiegel” həftəlik jurnalına müsahibəsində İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif belə deyib. 

“Bu saziş sevgi fırıldağı deyil, məntiqli kompromis idi. Maraqlarımıza cavab verdiyi müddətcə, İran sazişə əməl etməyə hazırdır. Bizim üçün prioritet məsələ odur ki, İranbundan sonra da məqbul həcmdə neft sata və əldə olunan gəlirləri transfer edə bilsin. İranhəmçinin, investisiyalar, elm və texnologiya, ticarət sahələrində də əməkdaşlığa cəhd edir, amma nüvə sazişinin effektivliyinin sübutu neft və bank sektorlarında özünü göstərəcək. Avropalılar və sazişi digər iştirakçıları ABŞ sanksiyalarının təsirini kompensasiya etmək üzərində işləməlidirlər.” – deyə, Cavad Zərif vurğulayıb.

İranlı nazir onu da bildirib ki, mayda Avropa ölkələri Tehrana ciddi öhdəliklərin əks olunduğu zəmanət paketi təqdim etmişdilər. İndi həmin öhdəliklər icra olunmalıdır. Zərifin fikrincə, Avropa bunu İrana görə yox, öz suverenliyi və uzunmüddətli iqtisadi maraqlarının təmini naminə etməlidir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam