Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Paşinyan "cəhənnəmə" hansı qapıdan girəcəyini düşünür: Tək getmək istəmir, özüylə kimi aparacaqsa, hədəfə çıxarır

Ermənistan baş naziri Nikol Paşinyan kimsəyə seçim şansı vermək niyyətində deyil. O, ölkənin gələcəyi ilə bağlı seçim hüququnu öz əlində saxlamağa çalışır...

Yenixeber.org: Son açıqlamaları Nikol Paşinyanın baş verən bütün fəlakətlərə görə məsuliyyəti bölüşə biləcəyi yeni ortaqlar axtardığını göstərir...

Ermənistan baş naziri bildiklərinin hamısını deyəcəyinə eyham vurmaqla, həm Rusiyanı, həm də əsas siyasi rəqiblərini şantaj edir. Batacağı təqdirdə, özüylə birlikdə hamını batırmaq niyyətində qəti olduğunun mesajını verir...

Adətən, qələbəyə şərik çıxanlar çox olur. Hər kəs qələbədən özünə düşə biləcək payı mütləq qoparmağa çalışır. Və bəzən qələbə payını oğurlayanlar da olur.

Ancaq məğlubiyyətə kimsə yaxın durmur. Hər kəs onun məsuliyyətini başqalarının çiyninə yükləməyə çalışır. Məğlubiyyət payının bölüşdürülməsi prosesindən kənar durmağa üstünlük verir.

ermeni-parlament.jpg (9 KB)

Ermənistanda hazırda buna bənzər proses başlayıb. Belə ki, ermənilər hələ də biabırçı kapitulyasıyanın günahkarlarını axtarırlar. Və günahı istənilən şəxsin üzərinə yükləməyə hazırdırlar.

Əlbəttə ki, "tarixi günahkar" statusu üçün kifayət qədər ciddi namizədləri də olmamış deyil. Belə ki, ermənilərin böyük əksəriyyəti baş nazir Nikol Paşinyanı biabırçı kapitulyasıyanın əsas səbəbkarı hesab edirlər.

Düz məntiqə görə, haqsız da sayılmazlar. Çünki 30 il işğal altında saxlanılmış ərazilər məhz onun hakimiyyəti dövründə itirilib. Ermənistan mövcudluq problemi ilə üzləşib.

Ancaq baş nazir N.Paşinyanı "günah keçisi" elan etməklə, ermənilər düşdükləri dərin böhrandan xilas ola biləcəkmi? Əsas məsələ də məhz bu suala doğru-düzgün cavabın tapılmasından ibarətdir. Çünki Ermənistanın gələcək taleyi məhz bu sualdan və tapılacaq cavabdan asılı vəziyyətə düşmüş kimi görünür. Yanlış cavabın daha böyük kataklizmlərə yol aça biləcəyi qətiyyən şübhə doğurmur.

Təbii ki, baş nazir Nikol Paşinyan da Ermənistan "tarix"inə qara hərflərlə yazılacağını anlamamış deyil. Bundan xilas ola biləcəyi qətiyyən real görünmür.

mey-thumb600x0.jpg (140 KB)

Ancaq erməni baş nazir onu da anlamamış deyil ki, belə bir nəhəng tarixi biabırçılıq yükünü təkbaşına daşımamalıdır. Mütləq məsuliyyəti başqaları ilə bölüşməlidir. Bu, onu yalnız tarixdə qara obrazda qalmaqdan xilas etməz. Öz qara obrazının yanına digərlərinin qara obrazlarını sıralamaqla yanaşı, bu günkü taleyini də qurtara bilər.

Əslində, bir çox arqumentləri də olmamış deyil. Baş nazir N.Paşinyan israrla iddia edir ki, savaşı təkbaşına uduzmayıb. Bu məğlubiyyətdə hər kəsin payı var.

N.Paşinyanın əsas arqumentlərindən biri odur ki, məğlub ordunu o qurmayıb. Artıq darmadağın edilmiş bu ordu ona Köçəryan-Sarkisyan cütlüyünün hakimiyyəti dönəmindən miras qalmışdı.

Azərbaycan Prezidenti İlham Əliyevin də artıq bir neçə dəfə savaşda yalnız Paşinyan hakimiyyətinin deyil, uzun illər boyunca Ermənistanı "idarə etmiş" Köçəryan-Sarkisyan cütlüyünün də məğlub olunduğunu vurğulanması həmin arqumenti təsdiqləyir.

Erməni baş nazirin digər arqumenti isə ordu rəhbərliyinin, vəziyyətdən daha dəqiq məlumatlı olan generalların məsləhətinə əsasən kapitulyasiya sənədinə imza atması ilə bağlıdır. Onun bu arqumentini isə Rusiya prezidenti Vladimir Putinin açıqlaması dəstəkləyir. Belə ki, prezident V.Putin kapitulyasiya sənədini daha əvvəl imzalamağı təklif etdiyini, ancaq N.Paşinyanın bundan imtina etdiyini vurğulayıb.

putinpasinyan.jpg (23 KB)

Təbii ki, burada baş nazir Nikol Paşinyanın siyasi-ictimai mövqelərinin nisbətən möhkəmləndirilməsinə cəhdlər də olmamış deyil. Çünki, Ermənistanda hakimiyyət dəyişikliyi indiki mərhələdə Rusiya üçün o qədər də sərfəli hesab olunmur. İmzalanmış sənədin problemsiz yerinə yetirilməsi üçün N.Paşinyanın hələ bir müddət baş nazir postunda duruş gətirməsi Kremlin də maraqlarına cavab verir.

Təbii ki, günahlarına ortaq axtararkən, baş nazir Nikol Paşinyan bu önəmli faktoru da nəzərə alır. Onun biabırçı məğlubiyyətin səbəblərinə həsr olunmuş son açıqlaması Rusiya da daxil olmaqla, bir çoxlarını hədəfə alır.

O, vurğulayıb ki, 1995-ci ildən hakimiyyətinin dəyişdiyi 2018-ci ilə qədər Dağlıq Qarabağ ilə bağlı sülh danışıqlarının əsas məntiqi ərazilərin Azərbaycana qaytarılması üzərində qurulub: "Rəsmi Bakı tərəfindən hər hansı güzəşt barədə söhbət getmirdi. Azərbaycan Dağlıq Qarabağa hər hansı status verilməsi ilə razılaşmayacağını bəyan edirdi".

Bununla erməni baş nazir demək istəyir ki, Köçəryan-Sarkisyan cütlüyünün danışıqlar prosesində əldə etdiyi nəticələr indikindən heç nə ilə fərqlənmirdi. Yəni, günahkara ehtiyac varsa, onları unutmaq olmaz.

Ancaq Ermənistan baş naziri bu məqamda Rusiyaya qarşı dolayısı ilə həmlə imkanını da qətiyyən qaçırtmır. Onun fikrincə, 2014-cü ildə Rusiyanın Suriya, Krım və Donbass ilə bağlı ciddi geopolitik problemlər ilə üzləşməsi həlledici faktora çevrilib: "Nəticədə Rusiyanın təklifi ilə 5+2 sistemi üzrə ərazilərin Azərbaycana qaytarılması gündəmə gətirildi. Rusiya Dağlıq Qarabağa öz sülhməramlı qüvvələrini yerləşdirmək istəyirdi. Ancaq təkliflər paketində Dağlıq Qarabağın statusu ilə bağlı bir cümlə belə, yox idi".

syunik-1608547783392_qtbsvm0k.jpg (50 KB)

Göründüyü kimi, N.Paşinyan indi fəqrli heç bir şeyin baş vermədiyini sübut etməyə çalışır. Onun dediklərindən belə anlaşılır ki, əslində, Rusiya Köçəryan-Sarkisyan cütlüyünün hakimiyyəti dövründə planlaşdırdığı ssenarinin indi reallaşmasına nail olub.

Ermənistan baş naziri üstüörtülü şəkildə əsas günahkarın məhz Rusiya və Köçəryan-Sarkisyan cütlüyünün olduğunu qabartmağa çalışır. Ona görə də, Ermənistan tərəfinin bu illər ərzində yeganə uğurunun sadəcə, danışıqlar prosesini uzadaraq, zaman qazanılmasından uzağa getmədiyini vurğulayır. Yəni bir tərəfdən Rusiyanı günahlandırır, digər tərəfdən isə Köçəryan-Sarkisyan cütlüyünü onilliklər boyu münaqişənin Ermənistanın xeyrinə həll olunması üçün heç bir iş görməkdə suçlayır.

Göründüyü kimi, N.Paşinyan növbəti hiyləgər siyasi manevrini etməyə nail olub. Hər halda, onun Rusiya haqqında dediklərinin Ermənistan cəmiyyətində hansı reaksiyaya səbəb olacağını proqnozlaşdırmaq o qədər də çətin deyil.

Çünki son illərdə Rusiyaya Ermənistanda əvvəlki kimi rəğbət bəslənmədiyi heç kəsə sirr deyil. Əksinə, Rusiya bu düşmən ölkədə sevilməyən dövlətlər sırasındadır. Ona görə də N.Paşinyan Ermənistanın məğlubiyyətini əsasən Rusiya faktoru ilə arqumentləşdirməyə çalışır.

_AZpressAZ_0819545f17f5fb068efdbfd4f_o.jpg (43 KB)

Daxili günahkarlar sırasına isə Qarabağ klanını da yerləşdirməyə cəhd göstərir. Qarabağ klanı da Ermənistan cəmiyyətində dərin nifrət qazanmış siyasi qüvvədir.

Üstəlik, Rusiya prezidenti Vladimir Putinin Qarabağ klanının liderlərini - keçmiş prezidentlər Pobert Köçəryan və Serj Sarkisyanı yeni il ərəfəsində xüsusi təbrik etməsi N.Paşinyan üçün göydəndüşmə bəhanə verdi. İndi N.Paşinyan Ermənistanın üzləşdiyi bütün fəlakətlərə Rusiya və onun ölkədəki əsas təmsilçilərini - Köçəryan-Sarkisyan cütlüyünü səbəb göstərməklə, rahatlıqla hədəfə çıxartmaq imkanı qazanmış kimi görünür.

İndiki situasiyada belə hədəflər baş nazir N.Paşinyan üçün çox vacibdir. Çünki N.Paşinyan "cəhənnəmə yolçuluğin" artıq başlandığını anlamamış deyil. Hətta hesab etmək olar ki, o, "cəhənnəm"in giriş qapıları qarşısındadır.

Geriyə dönüş şansı qalmadığından sadəcə, hansı qapıdan girmək barədə düşünməsi qalıb. Və bir də tək getməmək üçün kimlərisə özüylə apara bilib-bilməyəcəyini müəyyən etməyə çalışdığını sezdirir. Yəni batacağı təqdirdə, bildiklərini detallı şəkildə ictimailəşdirməklə, özüylə birlikdə digərlərini, hətta hamını batırmağa hazır olmasının mesajını verir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam