Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Paşinyanın məqsədi vaxt udmaqdır” -Politoloq İrəvanda baş verənləri şərh etdi

“Paşinyanın məqsədi vaxt udmaqdır”  - Politoloq İrəvanda baş verənləri şərh etdi
Ermənistanın İkinci Qarabağ müharibəsindəki məğlubiyyəti bu ölkə üçün yeni fəlakətlərə yol açıb. Həm döyüş, həm də diplomatiya meydanında uduzan Nikol Paşinyanın komandası sosial-iqtisadi sfera ilə yanaşı daxili siyasətdə də çıxılmaz duruma düşüb.
Yenixeber.org: Artıq bir aydan çoxdur ki, siyasi qüvvələr iqtidara qarşı birləşib, xalqın böyük qismi baş nazirin istefasını tələb edir. Bu təzyiqlərə tab gətirməyən Nikol Paşinyan isə nəhayət dünən vəzifəsindən istefa verməyə hazır olduğunu bəyan edib. O, bu barədə sosial şəbəkə hesabında yazıb. Baş nazir diqqətə çatdırıb ki, yalnız xalqın qərarı ilə bu addımı ata bilər:

"Xalqın gələcəyə inamının qırılmaması üçün bu çətin dövrdə Ermənistanda liderliyimi davam etdirməyə hazıram”.

Bundan əlavə, Paşinyan siyasi qüvvələri 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün məsləhətləşmələrə çağırıb.

Məsələni şərh edən politoloq İlqar Vəlizadə deyib ki, əslində hər şey göründüyü kimi deyil. Ölkəsində məğlubiyyət rəmzinə çevrilmiş Nikol Paşinyan hakimiyyətdən getməyə çalışmır, əksinə, o vaxt udmaqla məşğuldur:

“Hazırda Ermənistan baş naziri üçün əsas məqsəd vaxt qazanmaqdır. Nikol Paşinyan yenidən öz tərəfdarlarını başına yığmağa, müəyyən resursları əlində cəmləməyə çalışır. Hazırda istəyir ki, müxalifətə qarşı uğurlu bir strategiya müəyyənləşdirsin. Çünki son zamanlar Ermənistanda gedən bəlli proseslərdən də izlədiyimiz kimi müxalifət öz məqsədlərindən əl çəkməyəcəyini göstərir. Amma iş orasındadır ki, artıq vaxt keçdikcə müxalifətin tərəfdarları da ümidlərini itirməyə başlayıblar. Bunu Paşinyanın komandası gözəl anlayır. Bu səbəbdən hazırda baş nazir istefa əvəzinə maksimum vaxt uzatmaqla məşğuldur. Məhz bu amilə görə Nikol Paşinyan hazırda ortaya yeni tezis atıb. Yəni siyasi qüvvələri 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün məsləhətləşmələrə çağırdı”.

Politoloqun fikrincə, Paşinyan sadəcə cəmiyyətə bu mesajı verdi ki, növbədənkənar seçkilərin keçirilməsi realdır və baş nazirin müəyyən şərtlərlə istefası mümkündür. İlqar Verdizadə hesab edir ki, bu mesajlar müxalifəti sakitləşdirməyə hesablanıb:

“Digər tərəfdən isə, Ermənistanın əsas siyasi qüvvələrinin növbədənkənar seçkilərə hazırlıqlar gördüyü sezilir. Sadəcə olaraq Paşinyan çalışır ki, qaçılmaz hala gələn proses reallaşsa belə, seçkiyə qədər olan müddət ərzində öz tərəfdaşlarını buna hazırlasın. O, həmçinin müxalif düşərgədə olan, lakin mövqeyini tam şəkildə müəyyənləşdirməyən bəzi qüvvələri də öz tərəfinə çəkməyə çalışacaq. Hər halda görünən odur ki, Nikol Paşinyanın belə bəyanatlar verməsində əsas məqsəd vaxt udmaq prinsipidir. Düşünürəm ki, yaxın həftələrdə sadaladığım istiqamətdə də aktiv işlər görüləcək”.

Politoloq Paşinyanın istefasının reallaşacağı təqdirdə yeni baş nazirin kimin olacağı məsələsinə də münasibət bildirib. O qeyd edib ki, hazırda daha çox adı hallanan Vazgen Manukyan şərti namizəddir:

“Manukyan baş nazir seçilsə belə, o da müəyyən müddət üçün bu vəzifəni daşıyacaq. Hazırda önə çəkilən bu siyasi fiqur hökuməti idarə etmək üçün müəyyən bir müddət təyin ediləcək. Çünki indi müxalifətin ətrafında müxtəlif qüvvələr birləşib. Onlar buna məcburiyyətdən gediblər. Qarabağ klanı, Vanetisyan, Daşnaksütyun və digər qrupların siyasi məqsədləri əslində çox fərqlidir. İndi həmrəylik göstərmələrinin səbəbi hazırkı iqtidarı devirmək, Nikol Paşinyanı kürsüdən tez bir zamanda endirməkdir.

Amma indiki hakimiyyət hökuməti müxalifətə təhvil verəndən sonra məcburiyyətdən birlik göstərən bu komandanın arasında da ziddiyyətlər artacaq. Manukyan isə bu gün sanki bir rəmzi fiqur sayılır və baş nazir olsa belə, onun idarəçiliyi mütləq qaydada müvəqqəti olacaq. Yəni Ermənistanda müxalifətin hakimiyyətə gəlişi hazırkı plan üzrə reallaşarsa, müəyyən dövrdən sonra oyun qaydaları dəyişəcək. Bütün hallarda görünür ki, İrəvanda aparılan vahid namizəd söhbəti şərti xarakter daşıyır. Vahid namizəd əslində yoxdur. Hakimiyyət davası postNikol dövründə də sərt formada davam edəcək. Bugünkü gərgin siyasi proseslər yaxın illərdə başqa forma və üsullarla gündəmdə olacaq”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam