Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

"Erməni kartı" ilə yeni "geopolitik qumar" cəhdi iflasa uğrayır: Ermənilərin tərksilah prosesi başlayır

 

Azərbaycan dövləti hər hansı ölkənin və ya xarici xüsusi xidmət servisinin işğaldan azad olunmuş bölgədə situasiyanı gərginləşdirmək cəhdlərinə seyrçi qalmaz, dərhal reaksiya verər, sərt müdaxilə edər...

Yenixeber.org: Müşahidələrə əsasən, ehtimal etmək olar ki, Rusiya da hansısa pozucu ssenarilərin işə salınması ilə bağlı cəhdlərin ola biləcəyindən artıq duyuq düşüb, məlumatlıdır, narahatdır və ona görə də, əlavə məsləhətləşmələrə ehtiyac duyulub...

Ermənilərin yenə də "geopolitik qumarbazlar"ın "oyun kartı"na çevrilmək niyyətləri onlara çox baha başa gələ bilər, bunu nə Azərbaycan, nə də Rusiya bağışlamaz...

Ermənistanda hər gün mitinq olur. Küçələrə çıxırlar, bağırışırlar, dağılışırlar. Hədəf və nəticə nədir, o da doğru-düzgün anlaşılmır.

Deyəsən, vərdişə düşüblər. Sanki mitinqsiz yaşaya bilmirlər. Bəlkə də darıxırlar. Çünki elə bir depressiv duruma düşüblər ki, zamanı aşmaq üçün başqa məşğuliyyət tapa bilmirlər.

nmitinq-1605090554_modern.az_nukumft_166.jpg (53 KB)

Sadəcə, bəhanə axtarırlar. Bir gün baş nazirlərinin istefası, o birisi gün itkin düşən hərbçilərinin tapılması, növbəti gün də ağıllarına gələn ilk tələblə küçələri ölçürlər.

Son mitinqlərini də savaşda məhv edilmiş erməni hərbçiləri yad etmək məqsədilə təşkil ediblər. Sonrakı mitinqin hansı məqsədlə olacağını yəqin heç özləri də bilmirlər, ilk ağıllarına gələn bəhanəyə qane olacaqlar. Çünki səbəbləri onsuz da bir xeyli çoxdur. Bütün ilboyu hər gün mitinq keçirsələr, yenə də səbəbləri bitib-tükənməz.

Bəli, ermənilərdə bu "ağıl" olduqdan sonra onlar hələ çox mitinq, yürüş keçirməli olacaqlar. Çünki, savaş bitib, amma bunlar hələ də yeni müharibə şüarları bağırırlar. Halbuki, savaşacaq orduları və silahları da yoxdur.

Deyəsən, kimlərsə, bunları dinc oturmağa qoymur. Boş vədlər ilə aldadıb, yenə qabağa verməyə çalışırlar. Bunların əliylə regionda "suları bulandırıb,  balıq tutmaq" istəyirlər. Zərbəsi isə heç şübhəsiz ki, yeni də ermənilərə dəyəcək...

mey-thumb600x0.jpg (140 KB)

Son günlər bəzi xarici media qaynaqları ermənilərin "partizan müharibəsi"nə hazırlaşdıqları barədə məlumatlar yaymağa başlayıblar. Elə özləri də sosial şəbəkələrdə bu barədə yazıb, "od püskürürlər", intiqam alacaqları ilə hədələyirlər.

Ancaq anlamadıqları bir şey var ki, "partizan müharibəsi" işğal edən deyil, işğala məruz qalan ölkənin əhalisinə uyğun savaş modelidir. Bu savaş modelində işğal altındakı ərazilərdə qalmış yerli sakinlər ilə meşələrə çəkilmiş silahlı dəstələr arasındakı koordinasiyalı yardımlaşma (ərzaqla təchizat, lazımlı məlumatların vaxtında ötürülməsi və s.) əsas həlledici faktor sayılır.

Ermənistanın ərazisi işğal olunmayıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilər isə ermənilərin vətəni deyil. Və işğaldan qurtarılan bölgədə ermənilər yaşamır. Deməli, həmin bölgədə "partizan müharibəsi" üçün heç bir şərait və dəstəkləyici resurslar yoxdur.

Beləliklə, ermənilərin "partizan müharibəsi" barədə hay-küylü intiqam təhdidləri onların ənənəvi və qondarma miflər uydurmaq vərdişlərinin növbəti təzahüründən başqa bir şey deyil. Yəni, "od olsalar, yalnız düşdükləri yeri yandıra bilərlər"...

esir-ermeni-52122-1608119596.jpg (216 KB)

Bəzi erməni mənbələri "partizan müharibəsi"ndən dəm vurarkən, əsasən savaşdan qaçıb, meşələrdə gizlənmiş silahlı fərrariləri ünvan göstərirlər. Ancaq unudurlar ki, həmin silahlı erməni fərrarilər artıq qeyri-qanuni silahlı dəstələr durumundadırlar.

Əgər, könüllü təslim olmasalar və hər hansı silahlı təxribatlar törətməyə cəhd etsələr, terrorçu durumuna düşəcəklər. Və Azərbaycan ordusu tərəfindən antiterror əməliyyatları ilə ya məhv olunacaqlar, ya da tərksilah ediləcəklər.

Bu proses artıq başlayıb. Belə ki, bir neçə gün əvvəl Azərbaycanın xüsusi təyinatlı qüvvələri antiterror əməliyyatı keçirdi və xeyli sayda erməni terrorçusunu tərksilah etdi. Təxribat-diversiya cəhdlərinin qarşısını qətiyyətlə aldı. Yəni, ermənilərin "meymunluq etmək" cəhdləri boşunadır, bundan sonra alınmaz. Azərbaycan dövləti imkan verməz, erməni terrorçulara göz açdırmaz.

Onu da qeyd edək ki, bəzi xarici media mənbələri Ermənistanda hansısa adını hələlik çəkmədikləri qurumun işğaldan azad olunmuş bölgədəki meşələrdə gizlənmiş silahlı erməni fərrarilərlə əlaqələr qura bildiyini iddia edirlər. Əslində, bu, qətiyyən istisna deyil. Elə biz də ötən yazılarımızın birində belə bir variantın ola biləcəyini ehtimal etmişdik.

thumbs_b_c_b93c9ff19e641c183c57dadcc274a112.jpg (30 KB)

Çünki silahlı erməni fərrarilərin gözlənilmədən Hadrut və Xocavənddə aktivləşməsi Azərbaycan ordusunu onlara qarşı antiterror əməliyyatlarına sövq etmişdi. Çox qısa zamanda da tərksilah olundular.

Ancaq yeni iddialara görə, meşələrdə gizlənmiş silahlı erməni terrorçuların İrəvandan mərkəzləşdirilmiş koordinasiyasına nail olunub. Üstəlik, bu koordinasiya mərkəzinin arxasında xarici xüsusi xidmət servisləri dayanır.

Əsas məqsəd isə 10 noyabr bəyannaməsinin icrasını təhlükə altına salmaq, situasiyanı gərginləşdirmək və "geopolitik kartların yenidən paylanması"na nail olmaqdır. Yəni, anlaşılan odur ki, kimlərsə, bu regionda yenidən "geopolitik qumar" oynamaq həvəsinə düşüb.

Təbii ki, "geopolitik qumarbazlar"dan danışarkən ilk ağıla gələn dövlət Fransa olur. Çünki bu dövlət dünyada öz ermənipərəstliyi ilə seçilir. Hətta 30 illik münaqişə bitdikdən sonra belə, öz bəd niyyətlərindən əl çəkmir. Fransa parlamentində erməni separatçıları ilə bağlı min hoqqadan çıxırlar, Xankəndinə qayıdan ermənilərlə görüşmək üçün deputat qrupu göndərirlər və s. aranı qarışdıra biləcək davranışlarla canfəşanlıq edirlər.

ordu4-44.jpg (62 KB)

Təbii ki, Azərbaycan dövləti hər hansı ölkənin və ya xarici xüsusi xidmət servisinin işğaldan azad olunmuş bölgədə situasiyanı gərginləşdirmək cəhdlərinə seyrçi qalmaz. Dərhal reaksiya verər, müdaxilə edər.

Eyni zamanda, vəziyyətin gərginləşdirilməsi Rusiyanın maraqlarına da cavab vermir. Belə ki, Rusiya bölgədə sülhməramlı missiyanı öz üzərinə götürüb. Kreml də Rusiyanın sülhməramlı missiyasını təhlükə altına sala biləcək davranışları cavabsız buraxmaz. Kreml üçün Rusiyanın bölgədə üzərinə götürdüyü sülhməramlı missiyanın kənar müdaxiləsiz və problemsiz yerinə yetirilməsi beynəlxalq nüfuzun qorunması baxımından böyük önəm daşıyır.

Onu da qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti rəhbərinin regiona son səfəri də belə düşünməyə əsas verir.  Səfərin əsas məqsədi barədə hələlik geniş məlumat verilməsə də, FTX rəhbərinin həm Bakıda, həm də İrəvanda yüksək səviyyədə görüşlər keçirməsi müəyyən ehtimallara yol açır.

Düşünmək olar ki, Azərbaycan dövləti hər hansı ölkənin və ya xarici xüsusi xidmət servisinin işğaldan azad olunmuş bölgədə situasiyanı gərginləşdirmək cəhdlərinə seyrçi qalmaz. Dərhal reaksiya verər, sərt müdaxilə edər.

Müşahidələrə əsasən, ehtimal etmək olar ki, Rusiya da hansısa pozucu ssenarilərin işə salınması ilə bağlı cəhdlərin ola biləcəyindən artıq duyuq düşüb, məlumatlıdır və narahatdır. Ona görə də, əlavə məsləhətləşmələrə ehtiyac duyulub.

rus-sulh-bb400bf4c5a661c08088ae44aad34.jpg (53 KB)

Maraqlıdır ki, bu səfərə paralel olaraq, Rusiya mətbuatında yayılan bir önəmli xəbər də müəyyən nəticələrə imkan verir. Belə ki, əlavə detallara ehtiyac duyulmadan verilən məlumata görə, Rusiya sülhməramlı qüvvələrinin fəaliyyət zonasında yaşayan ermənilərdən əllərində olan bütün növ silahların təhvil verilməsi tələb olunub. Silahların təhvil verilməsi üçün 12 yanvar 2021-ci il tarixi son müddət olaraq, elan edilib.

Əgər, bu məlumat doğrudursa, deməli, Rusiyanın narahat olmasına yol açan hansısa ciddi səbəb və ya operativ kəşfiyyat informasiyası mövcuddur. Və Kreml qətiyyətli addımlar atmaq niyyətindədir.

Ona görə də, hesab etmək olar ki, bütün bunlar ermənilər üçün heç də yaxşı yenilik sayıla bilməz. Ermənilər yenə də "geopolitik qumarbazlar"ın "oyun kartı"na çevrilmək niyyətinə düşüblərsə, bu, onlara çox baha başa gələ bilər. Bunu nə Azərbaycan, nə də Rusiya bağışlamaz.

Bu baxımdan, ermənilər geopolitik proseslərə proqmatik düşüncə ilə yanaşmağı öyrənməlidirlər və daha belə təhlükəli oyunlara girişməməlidirlər. Çünki artıq çox şey əvvəlki kimi deyil, böyük dəyişikliklər baş verib. Və bu dəyişikliklər reallıqdan uzaq erməni mifləri ilə kəskin ziddiyyət təşkil edir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam