Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Lavrovun sərt tənqidi artıq nəticədir” -Paşinyana növbəti xəbərdarlıq

 

“Lavrovun sərt tənqidi artıq nəticədir” - Paşinyana növbəti xəbərdarlıq
Ermənistanın baş naziri Nikol Paşinyanın 17 avqustdakı 100 günlük hesabat mitinqində vəzifədə olduğu bu müddət ərzində gördüyü işlər barədə hesabat vermək əvəzinə, baş nazir kreslosunda hələ uzun müddət oturmaq üçün təhdid dili ilə əleyhdarlarına ultimatum göndərməsi ölkənin siyasi səhnəsində növbəti tragikomik ssenarilərin işə düşə biləcəyindən xəbər verir.
Yenixeber.org: Erməni KİV-ləri xəbər verir ki, Ermənistanın müxalif Respublikaçılar partiyasının mətbuat katibi, parlamentin vitse-spikeri Eduard Şarmazanov Paşinyan hökumətini “tostlar” səviyyəsində beynəlxalq əlaqələr qurmaqda, boşboğazlıqda və ölkəyə yeni təhdidlər cəlb etməkdə günahlandırıb.

Onun sözlərinə görə, baş nazirin mitinqdə dediyi kimi, Respublikaçılar heç də Rusiya-Ermənistan münasibətlərinin gələcəyindən yox, bu münasibətlərin pisləşməsindən narahatdır. Və İrəvanın Moskva ilə münasibətlərinin əvvəlkitək olmamasında bilavasitə Paşinyan məsuliyyət daşıyır. Çünki Şarmazanovun fikrincə, Rusiya xarici işlər naziri Sergey Lavrovun dedikləri heç də sadə çağırış yox, İrəvana xəbərdarlıqdır.

“Ermənistanla Rusiyanın gələcək münasibətləri üçün narahatlığa əsas var. Fikrimcə, Paşinyan bizdən daha çox narahatdır, çünki bir səhvin ardınca digərini təkrarlayır. Yeni hökumət Rusiya ilə münasibətlərini “tostlar” səviyyəsində qurur. Lakin beynəlxalq münasibətlər tost söyləməklə qurulmur. Necə deyərlər, siyasətdə başlıca məsələ boşboğazlıq yox, effektivlikdir. O da ki, yeni hökumətdə yoxdur. Paşinyan nə istəyir bəyan edə bilər. (Putinlə) görüşlərdən və telefon danışığından da bəhs edə bilər, amma əsas olan bu deyil. Əsas nəticədir. Bizim üçün nəticə isə Rusiya Xarici İşlər Nazirliyi və onun rəhbəri Sergey Lavrovun Ermənistanın yeni hakimiyyətinin yürütdüyü siyasəti sərt qiymətləndirməsi və tənqididir”, - deyə Şarmazanov vurğulayıb.

Parlamentin vitse-spikeri onu da bildirib ki, Paşinyan öz gələcəyindən və vəzifədən getməkdən qorxduğuna görə, şantaj və populizm yeni hökumətin əsas silahına çevrilib. Şarmazanovun sözlərinə görə, baş nazirin növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı konstitusiyaya dəyişiklik etmək istəyi də bununla əlaqədardır. Və gülməlisi odur ki, Paşinyan bunu heç gizlətmir də və mitinqdə əleyhdarlarından qorxduğunu açıq şəkildə nümayiş etdirib. Bu isə o deməkdir ki, Paşinyan üçün hazırkı mürəkkəb geosiyasi vəziyyətdə Ermənistanın gələcəyi və sabitliyi yox, baş nazir postunda möhkəmlənmək daha vacibdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam