Redaktor seçimi
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Günün xəbəri

BAKIDAN DÜNYAYA GÖSTƏRİLƏN “BOZQURD” PƏNCƏSİ: -Türkiyə-Azərbaycan hərbi ittifaqı qaçılmaz reallığa çevrilir

 

Professor Kürşad Zorlu

“Habertürk”, Türkiyə, 09 dekabr 2020-ci il

 

Yenixeber.org: Sabah (Bu gün-tərc.) Azərbaycanın paytaxtı Bakıda tarixi bir mərasim keçiriləcək. Bu, sadəcə sözdə deyil, həqiqətən, tarixə düşəcək bir hadisə ilə bağlıdır. Azərbaycan və Türkiyə Qarabağın (7 rayonun və Şuşa şəhərinin) işğaldan azad edilməsi münasibətilə dünyaya genişmiqyaslı bir mərasimlə mesaj vermiş olacaq.

Yəqin ki, 1990-cı illəri yaşayanlar Azərbaycan torpaqlarının necə işğal edildiyini, tankların və bombaların insanları necə hədəf aldığını, yaşanan Xocalı soyqırımını xatırlayırlar. Aradan keçən təqribən 30 il ərzində Azərbaycanın diplomatik səyləri nəticə vermədi və bir çox beynəlxalq təşkilat işğalçıların lehinə olan mövqeyini davam etdirdi. Ancaq bu müddətdə Türkiyə-Azərbaycan münasibətləri sürətlə inkişaf etdi. İqtisadi və siyasi münasibətlər ortaya hərbi sahədə də nəticələr çıxardı. Türkiyənin SPUA (SİHA) texnologiyası sahəsində qət etdiyi məsafə döyüş meydanında Azərbaycanın üstünlüyünü təmin etdi. Və uzun illərdir öz torpaqlarını işğaldan azad etməyə hazırlaşan Azərbaycan xalqı ordusu ilə bütünləşdi. Bu tablo qarşısında tutarsız qalan və anlaşmadan uzaq olan Ermənistan hakimiyyətinin nəticə alması imkansız idi. Əgər Rusiya dövrəyə girməsəydi, Xankəndini də itirəcəklərini özləri deyirlər.

Bununla birlikdə, Azərbaycan Türkiyənin də dəstəyilə Qafqazda geri döndərilməsi çətin olan bir strateji qapını aralamışdır. Şübhəsiz, bunun uğrunda verilən şəhidlər gedən güc mübarizəsinin ağırlığını da ortaya qoyur.

Əslində, açığa çıxan bir başqa hadisə də Türkiyə ilə Azərbaycanın bütünləşməsinin türk dünyasında bir dirilişin, bir yeni sıçrayışın təməllərini atmış olmasıdır. Bu gün çox gözə çarpan olmaya bilər, lakin orta vədədə anlaşılacaqdır.

Dünən Bakı küçələrində Türkiyədən qələbənin qeyd edilməsi üçün gedən “Mehmetcik”lərin bir ağızdan “Nə xoşbəxt türkəm deyənə” hayqırışmasını eşitdik. Sosial mediada bu kadrlara baxış qısa müddətdə milyonlara çatdı. Ardınca Azərbaycan ordusunun yürüşündə “Hər şey Vətən üçün!” şüarları ilə qarşılaşdıq. Və bu görüntülərdə bir hərbçinin “Bozqurd işarəti”lə verdiyi mesaj, sanki, məni daima həyəcanlandıran bir ehtimala işarət edirdi…

Nihal Atsızın “Bozqurdların dirilişi” adlı əsəri bir dövrə öz möhürünü vurmuşdur. Osman Sınav, Türküstana etdiyimiz bir ziyarət zamanı ən böyük xəyalının bu roman əsasında film çəkmək olduğunu ifadə etmişdi. Rəhmətlik atam da bu əsərə bir başqa önəm verər, ilk fürsətdə oxumağımızı istərdi. Oxuyan zaman anlamışdım ki, burada vurğulanmaq istənən şey yalnız cəbhə savaşına deyil, hər anlamda mübarizəyə hazırlaşmaq və daima hazır olmaqdır. Türk tarixində əldə edilən uğurlar da bu dirilişə bənzəyir.

Baqa önəmli bir xüsus isə “Bozqurd” anlayışının, bütün siyasi dəyərləndirmələrin xaricində və sərhədlərindən kənarda, tarixi anlamda yer tutmasıdır. Bu simvolu Bakıda, Afrində, Krımda, Kiprdə və Böyük Çöldə ortaqlaşdıran tərəf onun zaman və məkanın sərhədlərindən kənarda bir məna kəsb etməsidir.

İndi tarix türk dünyasına yeni bir fürsət təqdim edir. Həm də azadlıq uğrunda aparılan bir  mübarizə ilə birlikdə… Bu nailiyyəti inkişaf etdirərək gələcəyə doğru irəliləmək üçün birləşdirici, rasional, konstruktiv olmaq və demokratiyanı qucaqlamaq zamanıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam