Paşinyan da “həlak” oldu: Keşiş “gəzən fəlakət” adlandırır, generalları hədələyir və...
Bu, bir dövlətin baş nazirinin üzləşə biləcəyi ən rəzil durumdur... Ordusu məğlubdur, cəbhədə vəziyyəti dəyişə bilmir, əsgərləri artıq doğun evlərindən toplamağa çalışır, kilsə təmsilçisi – keşiş isə ona “psixoloji xəstə” diaqnozu qoyub, müalicə olunmağı məsləhət görür... Öz ölkəsində belə, hörmətdən düşən, siyasətçi kimi nüfuzunu itirən bir baş nazirlə danışıqlar masası arxasına oturmaq artıq əhəmiyyətsiz məsələ təsiri bağışlayır...
Yenixeber.org: Cənubi Qafqazda sakitlik pozulub və bu vəziyyətin kökü nə az, nə çox, təxminən 30 il əvvələ gedib, çıxır. Məhz ötən əsrin 90-cı illərinin əvvəllərində erməni adlanan barbarlar keçmiş SSRİ-nın dağılması nəticəsində yaranmış fürsətdən istifadə etməyə çalışdılar. Və müstəqil Azərbaycanın 20 faiz ərazisini işğal etdilər.
Üstəlik, Azərbaycana qarşı işğalçılıq siyasətini ən yüksək mərhələyə çatdıran Ermənistan bu barbarlığı üçün bəzi xarici ölkələrin dəstəyini də öz arxasına ala bilmişdi. Elə vaxtdan başlayaraq, Cənubi Qafqaz regionundan sakitlik, sabitlik və əmin-amanlıq yoxa çıxıb. Yəni, bir ovuc barbar sürüsü öz qəsbkarlıq ehtirasları ucbatından bütün regionun rahatlığını pozmaqda davam edir.
Ancaq doğru deyirlərmiş, hər şeyin nə vaxtsa, mütləq bir sonu olurmuş. Həmin son artıq gəlib. Azərbaycan ordusu Cənubi Qafqaz regionu üçün əsas problemə çevrilmiş erməni barbarlığını birdəfəlik bu bölgədən silib, atmaq uğrunda həlledici hərbi əməliyyatları davam etdirməkdədir. Və savaş meydanında böyük uğurlar mövcuddur.
Məsələ ondadır ki, Ermənistan ordusu hər gün Azərbaycan ordusunun sarsıdıcı zərbələrinə məruz qalmaqdadır. Azərbaycan ordusu ermənilərin barbar silahlı sürüsünü savaş meydanında əzməkdə davam edir. Və bəzi xarici ölkələr tərəfindən silahlandırılmış bu barbar sürüsü artıq son çırpıntıları ilə baş-başa qalıb.
Son məlumatlara görə, Ermənistan ordusunun Dağlıq Qarabağ münaqişəsi bölgəsində olan hissələri bir-birinin ardınca darmadağın olunmaqdadır. Barbarların hərbi itkiləri saysız-hesabsızdır. Təxmini hesablamalara görə, Ermənistan işğal altında saxladığı ərazilərimizdəki ordusunun təxminən 70-75 faizini artıq itirib. Demək olar ki, hərbi texnikasız qalıb.
Savaşın ilk günlərində Ermənistan ordusunun qoşunların təmas xəttində dislokasiya edilmiş hərbi hissələrinin şəxsi heyəti artıq mövcud deyil. Mütləq əksəriyyəti məhv edilib, sağ qalanların bir qismi də döyüş mövqelərini, silah-sursat və hərbi texnikalarını buraxıb, qaçıblar.
Paşinyan hakimiyyəti döyüş mövqelərində yaranmış canlı qüvvə boşluğunu isə “könüllülər”lə doldurmağa çalışırlar. Halbuki son vaxtlar erməni mənbələri bu barbarlar ölkəsində “könüllülər”in də qalmadığını birmənalı şəkildə vurğulayırlar. Yəni, rəsmi İrəvan cəbhə bölgəsinə göndərməyə adam tapmaqda çətinlik çəkir.
Buna sübut kimi, Ermənistanda yaşanan növbəti rəzaləti göstərmək olar. Belə ki, sən demə, bu barbarlar kimisə məcburi əsgərə aparmaq üçün onun azyaşlı övladını belə, girov götürürlərmiş...
Üstəlik, bu önəmli məlumatı erməni vəkil Robert Ayrapetyan ictimailəşdirib: “Hər dəqiqə vətənpərvərlikdən danışanlar, zəif xalqımıza qarşı ikiüzlülükdən başqa bir şey etmirsiniz. Övladları dünyaya gəldikdən bir gün sonra insana necə deyə bilərsən ki, doğum haqqında şəhadətnamə yalnız atanın cəbhəyə ”könüllü getməsi" və bunu təsdiqləyən sənədin gətirilməsi şərti ilə veriləcək? Siz uşaqları və anaları girov götürürsünüz, yoxsa onlarla danışıqlar masasına oturmağa qərar verdiniz? Sizin beyniniz var?”
Göründüyü kimi, belə bir addım normal insanın ağlına gələ bilməz. Bunu yalnız insanlıq dəyərlərindən məhrum olanlar edə bilər. Və bu vasitəyə əl atılmasına əmr verənlər də böyük ehtimalla psixi və mənəvi problemlərlə üz-üzədirlər.
Təbii ki, bunun da sübutu mövcuddur. Ən əsasısa, bunu biz iddia etmirik. Əksinə, yenə ermənilərin öz qənaətinə əsaslanırıq.
Məsələ ondadır ki, bir erməni keşiş ölkəsində və savaş bölgəsində baş verənlərə münasibət bildirib. O, öz ölkəsini idarə edən şəxsin psixi durumunu mümkün olduğu qədər açıq şəkildə təsvir etməyə çalışıb: “Nikol Paşinyan psixi xəstədir, müalicə olunmalıdır. Onu hakimiyyətə gətirənlər də bunu çox gözəl bilirdilər. İndi bunu biz də bilirik. Və bu, zarafat deyil. Onun ciddi psixi problemləri var. Bu cür çatışmazlıqları olan şəxs heç bir ölkədə məsuliyyətli vəzifə tuta bilməz”.
Erməni keşiş həmvətənlərinin əsl həqiqətləri görə bilməmələrindən məyus olduğunu da xüsusi olaraq, vurğulayıb: “Təəssüf ki, İrəvanda hələ də bəziləri Nikolla nəsə əldə edəcəyimizə inanırlar. Həmin insanların Nikol olmadan daha çox şey əldə edəcəyimizi, eyni zamanda, daha az qurban verəcəyimizi başa düşmələri üçün zamana ehtiyacları var. Nikol gəzən fəlakətdir..."
Belə anlaşılır ki, Ermənistanda artıq bəziləri reallıqları olduğu kimi görərək, doğru dəyərləndirməyə başlayıblar. Onlar barbarlar ölkəsinin böyük fəlakətlərə doğru sürükləndiyini nəhayət ki, anlamaqdadırlar. Sadəcə, belələrinin sayı hələlik yetərli deyil.
Bununla belə, Ermənistanda yaranmış vəziyyətdən, xüsusilə də savaş meydanındakı sarsıdıcı məğlubiyyətdən narazı olanların sayı tədricən artmaqda davam edir. Narazılığın yerli mətbuata da yol tapdığı, hətta hərbi dairələrə də sirayət etdiyi barədə məlumatlar yayılmaqdadır.
Məsələ ondadır ki, Ermənistan baş naziri Nikol Paşinyana müxalif olan bir qrup jurnalist onun son addımları barədə bəzi məlumatları ictimailəşdiriblər. Belə li, müxalif jurnalistlərin verdiyi məlumata görə, ötən gecə Nikol Paşinyanın iştirakı ilə Mərkəzi Hərbi Komandanlığın bunkerində iclas keçirilib. İclasda Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Onik Qasparyan və onun müavini Karen Abrahamyan Nikol Paşinyana bildiriblər ki, artıq Azərbaycan ordusu Turşsu-Şuşa yolunu tamamilə nəzarətə götürüb. Yəni, artıq Laçın-Şuşa yolu bağlıdır.
Həmin mənbənin verdiyi məlumata görə, general-leytenant Onik Qasparyan kəskin bir müdaxilə edilməyəcəyi təqdirdə, Azərbaycan ordusunun bir həftəyə Şuşa-Xankəndi üzərində nəzarəti tamamilə ələ keçirəcəyini deyib. Baş Qərargah rəisi Nikol Paşinyandan Rusiyaya təcili müdaxilə üçün müraciət etməyi məsləhət görüb. Əsk təqdirdə, yaxın bir həftə ərzində Dağlıq Qarabağ üzərində nəzarətin tamamilə itiriləcəyini bildirib.
Maraqlıdır ki, hərbi bunkerdə erməni generallar baş naziri hədələmək imkanını da ələdn buraxmayıblar. Hər halda, müxalif erməni jurnalistlər iddia edirlər ki, ehtimal olunan fəlakətin baş verəcəyi təqdirdə, Baş Qərargah rəisi, general-leytenant Onik Qasparyan, onun müavini Karen Abrahamyan və digər generallar susmaq niyyətində olmadıqlarını bildiriblər.
Təbii ki, bu, bir dövlətin baş nazirinin üzləşə biləcəyi ən rəzil durumdur. Belə ki, ordusu məğlubdur, cəbhədə vəziyyəti dəyişə bilmir, əsgərləri artıq doğun evlərindən toplamağa çalışır, generalları hədələyir, kilsə təmsilçisi – keşiş isə ona psixoloji xəstə diaqnozu qoyub, müalicə olunmağı məsləhət görür, “gəzən fəlakət” adlandırır.
Bütün bunları nəzərə aldıqda, Ermənistan baş naziri N.Paşinyanı “rəqs edən təlxək” adlandıran Azərbaycan Prezidenti İlham Əliyevin olduqca kübar davrandığını düşünmək olar. Çünki bu adam öz ölkəsində belə, hörmətini tamamilə itirib. Və onunla bundan sonra sülh danışıqları masası arxasında hansısa müzakirələrin aparılması tamamilə əhəmiyyətsiz məsələ kimi görünür.
Maraqlıdır ki, Prezident İlham Əliyev də deyəsən, elə bu qənaətdədir: "Paşinyanla görüşməkdə məna görmürəm". Belə anlaşılır ki, əslində, N.Paşinyan da müəyyən mənada, siyasi savaş meydanında “həlak” olub. İndi o, nə ölkəsində, nə də onun sərhədlərindən kənarda heç kimə lazım deyil.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert