Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Rusiya və Türkiyə arasında intensiv danışıqlar – Suriya və Qarabağ problemi müzakirə edilir

 

Oktyabrın 27-də Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəp Tayyip Ərdoğan arasında telefon söhbəti olub. Kremlin saytında dərc edilmiş məlumatda Ərdoğanın Putinə zəng etdiyi qeyd olunur.

Yenixeber.org: Xəbər verilir ki, bu söhbət zamanı iki prezident Suriya istiqamətində qarşılıqlı fəaliyyəti detallı şəkildə müzakirə ediblər. Liderlər Suriya münaqişəsinin siyasi tənzimlənməsi barədə fikir mübadiləsi ediblər.

Söhbət zamanı Astana prosesinin iştirakçısı olan dövlətlərin qarşılıqlı fəaliyyətindən danışılıb, Liviyadakı vəziyyət də müzakirə olunub.

Kremlin məlumatında deyilir ki, Dağlıq Qarabağdakı vəziyyətin müzakirəsi zamanı Rusiya tərəfindən davam etməkdə olan hərbi əməliyyatlardan dərin narahatlıq ifadə edilib. Qeyd olunur ki, Moskva bu münaqişəyə“Yaxın Şərqdən olan terrorçuların” cəlb edilməsindən narahatdır.

Xatırladaq ki, Azərbaycanın Qarabağda gedən döyüşlərdə xarici muzdlulardan istifadə etdiyinə dair iddialar ermənilərin uydurmasıdır və heç bir sübut yoxdur. Əksinə erməni tərəfinin Yaxın Şərqdən olan ekstremistləri münaqişəyə cəlb etdiyini bildirir.

Söhbət zamanı Vladimir Putin türkiyəli həmkarını Azərbaycan və Ermənistan rəhbərliyi ilə əlaqələri barədə məlumatlandırıb. Kreml bildirir ki, Ərdoğan və Putin bu məsələdə iki ölkənin xarici siyasət idarələrinin, müdafiə nazirlərinin, habelə xüsusi xidmət orqanlarının koordinasiyanın yaradılması barədə razılığa gəliblər.

Oktyabrın 27-də həmçinin Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Bu söhbət zamanı da Liviya, Suriya və Qarabağ məsələlərinin müzakirə olunduğu xəbər verilir. Xəbərdə deyilir ki, “Qarabağdakı müharibəyə gəlincə, Moskva və Ankara problemin sülh yolu ilə həllinə alternativin olmadığını, atəşin dərhal dayandırılmasının və Minsk qrupu tərəfindən işlənmiş mexanizmlər çərçivəsində danışıqlara başlanmasının zəruriliyini vurğulayıblar”.

Məlumatda xarici döyüşçülərin cəlbi ilə böhranın beynəlmiləlləşdirilməsinin yolverilməzliyi xüsusilə qeyd olunub.

Bu arada Rusiya prezidentinin sözçüsü Dmitri Peskov oktyabrın 27-də keçirdiyi brifinqdə Türkiyənin Dağlıq Qarabağ tənzimləməsində iştirakının mümkünlüyü barədə suala cavab verib. O deyib ki, istənilən ölkənin Dağlıq Qarabağ tənzimləməsinə cəlb edilməsi Azərbaycan və Ermənistanla razılaşdırıldıqdan sonra mümkün ola bilər.

                                           Türkiyə və Rusiya arasında nə baş verir?

Xatırladaq ki, bir gün öncə İdlibdə Türkiyə hökumətinin dəstəklədiyi "Feylak-üş Şam" qruplaşmasının Türkiyə sərhədinə cəmi 10 km məsafədə (Hatayın qarşı tərəfi) yerləşən Cebel Duveyla məntəqəsindəki təlim mərkəzi Rusiya aviasiyası tərəfindən bombalandı.

Ən müxtəlif mənbələrin məlumatına görə, bombardman nəticəsində qruplaşmanın 80 civarında üzv və tərəfdarı ölüb.

Oktyabrın 23-də isə Türkiyənin nəzarətindəki Cerablusda neft və neft məhsullarının saxlanıldığı və satıldığı bazar Aralıq dənizində, Lazkiye sahilində lövbər salmış Rusiya hərbi gəmisindən atılan 2 ballistik raketlə vurularaq dağıdıldı. Bundan bir neçə gün öncə - oktyabrın 19-da türk əsgərləri İdlibin cənubundakı Morikdə yerləşən 9 saylı müşahidə məntəqəsindən geri çəkildi.

Hadisələri şərh edən siyasi təhlilçı Şahin Cəfərli xatırladır ki, həmin məntəqə 1 ildən çoxdur Əsəd qüvvələrinin mühasirəsində idi.

“Rusiya əvvəllər həmin məntəqə ilə Türkiyənin əlaqəsini təmin etdiyi halda, son həftələrdə bu əlaqəni kəsmişdi və məntəqənin təchizatını - ərzaq, silah-sursat həyata keçirmək mümkün olmurdu. Türk ordusunun İdlibdə Əsəd qüvvələrinin mühasirəsində qalmış daha 6 hərbi müşahidə məntəqəsi var. Türkiyə hərbi kontingenti oraları da boşalda bilər, amma bu, hələ İdlibi tərk etmək demək deyil. Hazırda İdlibdə 10 mindən çox türk əsgəri cəmləşdirib və prezident Ərdoğan oranı əldə saxlamağı həyati əhəmiyyətli məsələ sayır” - deyə ekspertvurğulayıb.

                                   Bəs, bu hadisələrin Qarabağa aidiyyəti varmı?

Ş. Cəfərli hələlik hesab edir ki, Rusiya Suriyada Türkiyəyə təzyiqi artırmaqla onu Qarabağ cəbhəsində atəşkəsin təmin olunmasında rol oynamağa sövq etmək istəyir: “Çünki məhz Türkiyə faktoru səbəbindən Rusiyanın Azərbaycan üzərində əvvəlki təsir gücü zəifləyib və Moskvada hesab edirlər ki, Ankara Bakını hərbi əməliyyatları dayandırmağa razı sala bilər”.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam