Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Putin Makronla Suriyanı müzakirə edib

 

Putin Makronla Suriyanı müzakirə edib
Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefon söhbətində Suriyadakı böhranın nizamlanmasını və Ukraynadakı münaqişəni müzakirə edib.
 Yenixeber.org: Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

“Söhbət zamanı Suriya nizamlanması problemi ətraflı müzakirə edilib. Bu müzakirə ilk növbədə, 2018-ci ilin 27 oktyabrında Rusiya, Türkiyə, Almaniya və Fransa liderlərinin İstanbul sammitinin yekununda Suriyada konstitusiya komitəsinin formalaşdırılmasına dair əldə olunan razılaşmalar kontekstində aparılıb. Prezidentlər həmçinin, 2018-ci il noyabrın 25-də Ukraynanın Kerç boğazındakı təxribatını nəzərə almaqla Ukraynadaxili böhranla bağlı fikir mübadiləsi aparıblar” – məlumatda bildirilib. 

Qeyd olunub ki, telefon söhbətində Putinlə Makron həm də bir-birilərini Yeni il münasibətilə təbrik ediblər. 

Xatırladaq ki, Makron ABŞ prezidenti Donald Trampın Amerika qoşunlarının Suriyadan tamamilə çıxarılması qərarını sərt tənqid edəərk, bunu Suriyanın şimalındakı kürdlərə qarşı xəyanət adlandırmışdı. Makron bəyan etmişdi ki, Vaşinqtonun qərarına rəğmən, Fransa Suriyadakı hərbi iştirakını və kürd birləşmələrinə dəstəyini davam etdirəcək. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam