Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

SİMASIZLIĞIN APOGEYİ -BMT TŞ arabanın yeddinci təkərindən dəm vurur

 

 Xəbər verildiyi kimi, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası (BMT TŞ) Dağlıq Qarabağda atəşin dayandırılmasının təminatı üzərində nəzarətin vacibliyi məsələsini müzakirə edib.

Yenixeber.org: Bu barədə oktyabrın 19-da Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya xəbər verib.

«İndi atəşin dayandırılmasını təmin etmək lazımdır, bu, ən vacib məsələdir. Belə ki, uyğun razılaşmaya nail olunub, amma ona əməl olunmur. Başlıca məsələ razılaşmanı necə təmin etmək olaraq qalır» - Nebenzya bildirib.

Rusiyalı nümayəndə əlavə edib ki, toplantıdakı məsləhətləşmələrin gedişində, əlbəttə, bu məsələ müzakirə olunub və Şura yanaşmada yetərincə vahid mövqe nümayiş elətdirib.

İndi isə gəlin diqqət yetirək - BMT Təhlükəsizlik Şurası nədənsə Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatların növbəti dəfə alovlanmasının köklərini görməzliyə vurur, amma atəşin dayandırılmasından ağızdolusu danışır. Belə mövqe isə riyakarlığın kuliminasiyasından başqa bir şey deyil. Əgər BMT gerçəkdən sözügedən münaqişə bölgəsində sabitliyin tərəfdarı olsaydı, ilk növbədə münaqişənin köklərinə nəzər salardı və ötən müddət ərzində onun beynəlxalq qanunlar çərçivəsində həllinə çalışardı. Nə yazıq ki, Quterreşin kontoru bunu etməyib!

Digər tərəfdən, BMT TŞ bu münaqişənin həlli istiqamətində 4 qətnamə qəbul edib, amma qətnamələrin yerinə yetirilməsinin qayğısına qalmayıb, əvəzində isə münaqişəni görünməmiş məkrliliklə ATƏT deyilən «anadangəlmə qısır» bir yığnağa ötürüb. Sonuncu isə münaqişənin dondurulması istiqamətində əlindən gələni edib, başqa sözlə təcavükarın (Ermənistan) başını sığallamaqla vaxt ötürüb. Ötən 26 ildə BMT və ATƏT-in «patronajlığı» altında Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında yeraltı «beton-şəhələr» salıb…

Sözümün canı odur ki, indi Azərbaycanı atəşkəsə çağırmaq əvəzinə, yaxşı olardı ki, BMT TŞ Ermənistanı 4 qətnaməyə əməl etməyə səsləyəydi - belədə BMT indikindən qat-qat nüzuzlu olardı, bölgədə isə qan su yerinə axmazdı…

Bir məsələnin də üzərinə işıq salmaq gərəkdir. Yazının əvvəlində adını çəkdiyim Nebenzya o şəxsdir ki, Krımın Rusiya tərəfindən ilhaq olunmasından sonra, məsələ BMT TŞ çərçivəsində müzakirə edilərkən indikindən də iyrənc mövqe ortaya qoymuşdu. O zaman Nebenzyanın riyakarlığından danışan Ukrayna nümayəndəsi belə demişdi: «Onun riyakarlığından sadəcə, iyrənirəm! Az qalıram ki, durub onu döyəm…»

Vay dünyanın halına ki, BMT-də Nebenzya kimi riyakarlar otururlar!

Mirzə AĞ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam