Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

BMT Təhlükəsizlik Şurası atəşkəsə çağırır -"Vəziyyətə kimin nəzarət edəcəyi hələ müzakirə olunur"

 

BMT-nin Təhlükəsizlik Şurası Ermənistanı və Azərbaycanı yeni atəşkəs razılaşmasına əməl etməyə çağırıb. Şuranın 15 üzvü qurumun baş katibi Antonio Quterreşin çağırışını bir daha səsləndirib. O, tərəfləri atəşkəsə sayğı göstərməyə səsləmişdi.

Yenixeber.org: "France Presse" agentliyinə danışan bir diplomat deyib ki, Şura üzvlərinin hamısı vəziyyətin pis olması, tərəflərin geri çəkilməli və atəşkəsə əməl etməli olması fikriylə razılaşıblar. Xatırladaq ki, oktyabrın 17-də Azərbaycan və Ermənistan Moskvanın vasitəçiliyi ilə ikinci dəfə atəşkəs razılaşması əldə ediblər. Ancaq tərəflər bir-birini onu pozmaqda ittiham edir.

Moskvanın BMT-dəki elçisi Vasili Nebenzya deyib ki, Təhlükəsizlik Şurasının iclasında üzvlər atəşkəsə nəzarətin vacibliyini vurğulayıblar. Rusiya səfiri bu nəzarət prosesinin ATƏT tərəfindən həyata keçirilməsinin mümkünlüyü istisna etməyib.

"Orada kimin hansı işi görəcəyi, buna kimin nəzarət edəcəyi hələ də müzakirə olunan sualdır", – Nebenzya toplantıdan sonra jurnalistlərə deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam