Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

BMT-nın ikili standartları və Ermənistanın həyasızlığı-ŞƏRH

 

 

 BMT-nin Nizamnaməsində əks etdirilən və hamılıqla qəbul edilən əsas prinsiplər məhz onun 5 daimi üzvü, xüsusilə də ABŞ, Rusiya və Fransa tərəfindən pozulur 

Səngərdə əsgərlərimizə qarşı silah qaldıran hər kəs, cinsindən asılı olmayaraq, düşmən əsgəridir, ona beləcə də yanaşmaq və gərəyini etmək lazımdır!

Yenixeber.org: II dünya müharibəsindən sonra qalib dövlətlərin təşəbbüsü ilə qarşısına dünyada sülhün qorunması, təhlükəsizliyin təmin edilməsi, seperatizmin qarşısının alınması, demokratiyanın inkişafına dəstək və s. məqsədlər qoyan; dövlətlərin ərazi bütövlüyünə hörməti, bir-birinin daxili işlərinə qarışmamağı, zor tətbiq etməməyi və zor tətbiq etməklə hədələməməyi və s. özünün əsas prinsipləri elan edən Birləşmiş Millətlər Təşkilatının yaradılmasından 75 il keçir. Ötən müddət ərzində BMT-nın fəaliyyətinin təhlili göstərir ki, bu ən unversal beynəlxal təşkilat da öz fəaliyyətində, Nizamnaməsindən irəli gələn və onunla şərtləndirilən, ikili standartlardan hələ də qurtula bilməyib. Bunun əsas səbəblərindən biri BMT-nin 5 daimi üzvünün veto hüququna malik olmasıdır. Mühadilər göstərir ki, BMT-nin Nizamnaməsində əks etdirilən və hamılıqla qəbul edilən əsas prinsiplər məhz onun 5 daimi üzvü, xüsusilə də ABŞ, Rusiya və Fransa tərəfindən pozulur. Bu dövlətlər özlərinin mənfeyinə uyğun gəldikdə BMT-nin yerinə yetirilməsi vacib olan və dərhal da yerinə yetirilən qərarlarının qəbul olunmasına nail olurlar. Əgər BMT üzvülərinin səs çoxluğu ilə qəbul edilmiş qərarları qeyd edilən 5 daimi üzvündən kiminsə xoşuna gəlmirsə, o, yerinə yetirlməsi vacib olan qərarların həyata keçirilməsinə mane olur. Məhz bu səbəbdəndir ki, Rusiyanın və İranın dəstəyi ilə Ermənistanın işğal etdiyi əraziləri dərhal, qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT-nin 4 qətnaməsi hələ də icra edilməmiş qalır. Məhz BMT-nin 3 daimi üzvünün təmsil olunduğu ATƏT-in Mins Qrupunun, reallıqda işğalçını dəstəkləyən "fəaliyyətinin" nəticəsidir ki, Ermənistan nəinki işğal etdiyi əraziləri azad etmək istəmir, həyasızcasına yeni əraziləri işğal etmək xəyalına düşüb. Ermənistanın bu cür mövqe sərgiləməsinin səbəblərindən biri də, məhz BMT-nin reallıqda "dişsiz" bir orqana çevrilməsidir. Buna görə də, BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda, sədri olduğu Qoşulmama Hərəkatının 120 üzvü adından çıxış edən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqlı olaraq: "BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına" çağırmış və BMT-nin nüfüzunun yüksəldilməsi üçün digər dövlətlərlə birgə işləməyə hazır olduğunu bildirmişdir. Çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev bu münaqşənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməli olduğunu bir daha beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmışdır.

Ancaq reallıq göstərir ki, BMT-nin 5 daimi üzvü, onun Təhlükəsizlik Şurasında islahatların aparılmasına, daimi üzvülərin sayının artırılmasına imkan vermək fikrində deyillər. Və belə davam edəcəyi təqdirdə Azərbaycan işğal edilmiş ərazilərimizin BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq sülh yolu ilə azad ediləcəyinə ümid bəsləməməli və ərazi bütövlüyünü BMT Nizamnaməsinin 52-ci maddəsinə uyğun olaraq hərb yolu ilə təmin etməlidir. Ermənistanın son təxribatçı hərəkətləri, bəyanatları, yeni ərazilər işğal etmək istəyi, qadınları da cəlb etməklə səfərbərlik elan etməyi, Azərbaycana torpaqlarını hərb yolu ilə azad etməkdən başqa seçim yolu qoymayıb!

Son günlər müzakirəyə səbəb olan bir məsələyə də toxunmaq istərdim. Biz, Azərbaycan müsəlman-türkləri olaraq Peyğəmbərimizin (s.ə.s) cihada getmək istəyən səhabəsinə dediyi: "Anan sağdırsa get ona xidəmət et, cənnəti onun ayaqları altında taparsan" hikmətli sözlərini heç zaman unutmuruq. Biz, Azərbaycan müsəlman-türkləri olaraq qadına-anaya millətindən, dinindən asılı olmayaraq daim hörmət etmişik və edirik. Yəqin mənfur ermənilər də bunu bilməmiş deyillər. Və ermənilərin qadınlarını silahlandıraraq Azərbaycan əsgərinin üzərinə göndərmək istəkləri həm də bununla bağlıdır. Ancaq ermənilər bir şeyi unudurlar: səngərdə əsgərlərimizə qarşı silah qaldıran hər kəs, cinsindən asılı olmayaraq, düşmən əsgəridir, ona beləcə də yanaşmaq və gərəyini etmək lazımdır!

Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam