Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Novella Cəfəroğlu: -“Ümid edirəm ki, Tofiq Yaqublu tezliklə azad ediləcək"

Novella Cəfəroğlu: “Ümid edirəm ki, Tofiq Yaqublu tezliklə azad ediləcək

“İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvləri olaraq Tofiq Yaqublunun azad edilməsi üçün müəyyən görüşlər keçiririk”.

Yenixeber.org: Bu barədə hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Onun sözlərinə görə, Tofiq Yaqublunun azad edilməsi üçün həm ölkə başçısına, həm də müvafiq instansiyalara müraciətlər edilib və danışıqlar aparılır:

“Bu günlərdə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucla da “Zoom” üzərindən görüşümüz oldu və yaxın vaxtlarda üzbəüz görüşümüz də olmalıdır”.

N.Cəfəroğlu yaxın günlərdə Tofiq Yaqublunun azad ediləcəyinə ümid etdiyini bildirir:

“95 faiz ümid edirəm ki, o, tezliklə həbsdən buraxılacaq. Çünki onun həbs edilməsi bizim dövlətə lazım olmayan hərəkət idi. Biz xarici dövlətlərin təzyiqindən qorxmuruq, amma bu həbs nə hökumətə, nə dövlətə, nə də dövlətçiliyə uyğun deyildi. İnşallah, yaxın günlərdə onu azadlıqda görəcəyik!”

Qeyd edək ki, T.Yaqublu artıq 8 gündür aclıq etdiyini açıqlayıb.

Xatırladaq ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. 

O, ittihamları qəbul etmədiyini bildirir.

Hökmdən apelyasiya şikayəti verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam