Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Anarla Çingiz Abdullayev Tofiq Yaqublunun həbsindən danışdı: “İmkan varsa, azad olunsun”

 

 Azərbaycanın xalq yazıçısı, Yazıçılar Birliyinin rəhbəri Anar Tofiq Yaqublunun həbsi ilə bağlı danışıb.

Yenixeber.org: Anar tanınmış siyasətçi, jurnalist və ictimai xadimlərin həbsxanada olmasını istəmədiyini bildirib:

“Tofiq Yaqublunun məhkəmə prosesinin detalları mənə məlum deyil, ona görə onun həbsini qiymətləndirə bilmərəm. Ancaq deyə bilərəm ki, mən istəməzdim ki, tanınmış siyasətçi, jurnalist və ya ictimai xadim həbsxanada otursun”.

Xalq yazıçısı Çingiz Abdullayev isə Tofiq Yaqublunun imkan varsa azad olunmasını qeyd edib:

 “Tofiq Yaqublunun işinin detallarından xəbərim yoxdur, ona görə şərh vermək mənə çətindir. Hər halda, düşünürəm ki, aydınlaşdırmaq və imkan varsa, onu azad etmək lazımdır. Üstəlik, o, Qarabağ müharibəsi veteranıdır. Mən, ümumiyyətlə, həbsdən daha yumşaq metodların tətbiqinin tərəfdarıyam”.  /turan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam